Bütpərəstliyin qayıtması: Faşizm

Bu hissənin əvvəlində faşizmin bütpərəst mədəniyyətlərdə ortaya çıxan bir vəhşilik sistemi olduğunu ifadə etmişdik. Faşizmin bu vəhşiliyinin əsas səbəbi, "gücə tapınma" fəlsəfəsinə əsaslanmasıdır. Faşizmdə yeganə müqəddəs dəyər gücdür. Güclü olan haqlıdır. Güclü olanın üstün gəlməyə, zəifləri əzməyə haqqı çatar. Faşistlər güclü olanlara heyran qalar, zəiflərə qarşı isə nifrət və alçaltma hissləri bəsləyərlər. Döyüşmək, qan tökmək, mərhəmətsiz və qəddar olmaq bu azğın əxlaqın əsas prinsipləridir. Spartada, Roma İmperatorluğunun qanlı meydanlarında və ya şimal bölgəsində yaşayan kobud bütpərəst qövmlərdə ortaya çıxan bu azğın əxlaqın qarşısında isə, Uca Allahın bizə öyrətdiyi gözəl əxlaq durur. Din əxlaqına görə, əhəmiyyətli olan anlayış "güc" deyil "haqq"dır. İnsanlar güclərinə görə deyil, Allahın bildirdiyi haqqa tabe olub olmamalarına görə qiymətləndirilərlər. Güclü olan, zəifləri əzməklə, onlara təhkim etməklə deyil, onlara şəfqət və mərhəmət göstərməklə məsuldur. İnsanın vəzifəsi mərhəmətsiz və qəddar olmaq, qan tökmək deyil, əksinə şəfqətli və sülhsevər olmaq, zəifləri qorumaqdır. 19-cu əsrdə kök salan müasir faşizm Allahın insanlara əmr etdiyi bu gözəl əxlaqa qarşı çıxan və bunun əvəzinə müşriklərin irqçi, qan tökən, zalım mədəniyyətini yenidən dirçəltmək istəyən ideoloqların bir məhsuludur. Fransız inqilabı ilə başlayan neo-bütpərəst cərəyan, Fridrix Nitsşe ilə formalaşmış və oradan da nasist ideologiyasına köçürülmüşdür. Çarlz Darvin, Frensis Qalton və Ernst Hekkel kimi təkamülçülər isə, Allahın varlığını inkar edərək, bütün həyatı bir "həyat mübarizəsi" kimi göstərərək və irqçiliyi qanuniləşdirərək, yüksələn bu yeni bütpərəstliyə uydurma elmi bir dəstək vermişlər.
Amerikalı tarixçi Gene Eduard Veiz, Modern Fascism: Liquidating the Judeo-Christian Worldview (Müasir Faşizm: Xristian-yəhudi dünyagörüşünün yox edilməsi) başlıqlı kitabında bu həqiqəti qısaca olaraq belə qeyd edir:

"Faşizm müasir dünyanın bütpərəstliyə duyduğu həsrətdir. Faşizm bir mədəniyyətin Allaha olan üsyanıdır". Nasizm bu həqiqəti çox açıq bir şəkildə ortaya qoymuşdur. Naisistlər istər təşkilatlanma mərhələlərində, istərsə də 1933-cü ildə başlayan hakimiyyətləri ərzində, bütpərəstliyi müdafiə etmişlər və Alman cəmiyyətini xristianlıqdan ayıraraq, bütpərəst inanclara qaytarmağa çalışmışlar.

Nasistlərin ən əhəmiyyətli ideoloqu olan Alfred Rozenberq, hələ 20-ci illərdə, xristianlığın Hitlerin rəhbərliyi altında qurulacaq yeni Alman Krallığı (III Reyx) üçün lazımi olan ruhi enerjini təmin edə bilmədiyini, bundan ötrü də Alman irqinin qədim bütpərəst dininə geri qayıtması lazım olduğunu açıq şəkildə müdafiə etmişdir. Rozenberqə görə, nasistlər hakimiyyətə gəldikləri vaxt kilsələrdəki dini simvollar yerinə svastikalar, Hitlerin Döyüşüm adlı kitabı və almanların məğlub edilməzliyini təmsil edən qılınclar yerləşdirilməli idi. Hitler Rozenberqin bu fikirlərini mənimsəmiş, ancaq cəmiyyətdən böyük reaksiya alacağını düşünərək, sözügedən yeni Alman dini nəzəriyyəsini tam olaraq tətbiq etməmişdir. Ancaq nasist rejimi əsnasında yenə də əhəmiyyətli neo-bütpərəst tətbiqləri yaşanacaqdır. Hitlerin hakimiyyəti ələ keçərməsindən bir müddət sonra, xristianlıqdakı müqəddəs günlər və bayramlar ləğv edilmiş və yerlərinə batil bütpərəst dininin guya müqəddəs günləri qoyulmuşdur. Nikah mərasimlərində "Yer Ana" ya da "Göy Baba" kimi xəyali bütpərəst tanrılarına müraciət olunmuşdur. 1935-ci ildə məktəblərdə şagirdlərə xristian duaları etdirilməsi qadağan edilmiş, sonra da xristianlıqla əlaqədar dərslərin hamısı ləğv edilmişdir. Nasistlərin bütpərəst ideologiyalarını (və azğın homoseksual meyllərini) mövzu gətirən The Pink Swastika (Çəhrayı Svastika) adlı kitabda ifadə edildiyi kimi, "Yunan bütpərəstliyinin yenidən ortaya çıxması, nasist şəxsiyyətinin çox vacib bir xüsusiyyətidir". Eyni kitabda, nasist şəxsiyyətinin əsasını meydana gətirən bu bütpərəst hərəkatın içində, azğın homoseksual bir meylin olduğu da vurğulanır. Kitabda nasistlərin bütpərəst yunan mədəniyyətinə olan bağlılıqları haqqında isə maraqlı bir nümunə verilir:

 

Almaniyadakı Nitsşe faşizmini xalq arasında yayan "ziyalılar" kimlərdir? Bunlardan biri, o dövrdə Almaniyanın ən məşhur şairlərindən biri olan və oğlan uşaqlarına qarşı anormal şəkildə cinsi meylləri olduğu məlum olan Stefan Corc idi. Corc və tərəfdarları Griechendeutschen (Helenistik Almanlar) anlayışını gündəmə gətirmişdilər... Corc 1928-ci ildə nəşr olunan Das Neue Reich (Yeni Krallıq) adlı kitabında isə, Almaniyanın yeni bir yunan dövləti halına gələcəyini iddia etmişdi. Hitler hakimiyyətə gəldikdən sonra Stefan Corcu nasist Ədəbiyyat Akademiyasının başçısı təyin etdi. Nasist hakimiyyəti əsnasında, bütpərəst mədəniyyətinin yenidən dirçəldilməsinə istiqamətli bir çox proqram həyata keçirilmişdir. Şagirdlərə məktəblərdə guya "xristianlıqdan əvvəlki şanlı alman tarixi" öyrədilmiş, nasist Almaniyasının hər bir yerində bütpərəst mədəniyyətdən miras qalan müxtəlif ayinlər və mərasimlər təşkil edilmişdir. Həqiqətdə nasistlərin bütün yığıncaq və mərasimləri klassik bir bütpərəst ayini şəklindədir. Yanan məşəllərin kölgəsi altında, şiddət və nifrət dolu şüarlarla edilən, Vaqnerin bütpərəst musiqisiylə dəstəklənən nasist nümayişləri, min illər əvvəl bütpərəst məbədlərindən və mehrablarından həyata keçirilən azğın tədbirlərdən fərqlənmir. Nasistlər bütpərəstliyi dirçəltmək üçün incəsənətdən də istifadə etmişdirlər. Nasist hakimiyyətindən sonra incəsənətdə qədim yunan anlayışları və simvolları böyük bir üstünlük qazanmış, Aryan irqinin güclü kişi və qadınlarını göstərən bir çox heykəl, qədim Yunanıstandakı tanrı heykəllərinə bənzədilərək hazırlanmışdır. Hitler heykəllərini düzəltdirdiyi bu guya "üstün insanları" yevgenika üsullarını tətbiq etməklə yaradacağını və bunlarla bütün dünyaya hakim olub, qədim Yunanistandakı Sparta modelində zalım və qəddar bir "dünya krallığı" quracağını xəyal etmişdir. Nasist Almaniyası üçün istifadə edilən "III Reich" (Üçüncü Krallıq) deyimi, bu yuxunun ifadəsidir. (Tarixdə daha əvvəl qurulan iki böyük alman padşahlığından sonra, Hitler üçüncü və ən böyük olanını qurmağa cəhd etmişdir). Və bu xəyallar nəticəsində, dünya daha əvvəl heç görmədiyi qədər qanlı bir müharibəylə, tam 55 milyon insanın ölümüylə nəticələnən II Dünya müharibəsiylə üzləşmişdir. Sonrakı hissədə faşizmin hansı şərtlər altında hakimiyyəti ələ keçirdiyini və keçirdikdən sonra nələr etdiyini nəzərdən keçirəcəyik.

Geri