Faşizmin asan hədəfləri: Cahil kütlələr

Faşist sistemin yaranmasına səbəb olan digər bir faktor kütlələrin cəhalətidir. Avropanı dəridən qabıqdan çıxaran I Dünya müharibəsiylə birlikdə təhsildə də böyük bir geriləmə yaşanmış, bir çox təhsilli gənc insan döyüş sahələrində ölmüşdür. Bu, cəmiyyətin ümumi mədəniyyət səviyyəsini aşağı salmışdır. Məhz ümumiyyətlə faşizmə dəstək verənlər, onun uğrunda mübarizə aparanlar və onun təcavüzkar siyasətlərinə alət olanlar bu cahil insanlardır. Çünki faşizmin əsas fikri dayaqları (yəni irqçilik, romantik milliyyətçilik, şovinizm, xəyalpərəstlik və s.) ancaq cahil insanlar tərəfindən böyük miqyasda qəbul edilə biləcək olduqca səthi və sadə ifadələrə əsaslanır. Özlərini hər cəhətdən çıxılmaz vəziyyətdə görən və sadə bir çıxış yolu axtaran bu kütlələr, sanki "həyatının parçasını" tapmış kimi faşist liderlərə sarılmışlar. Erik Hoffer "qəti inananlar" adlı kitabında belə bir şeyi aşkarlamış olur:

Adamlar böyük rejim dəyişikliyi hərəkətlərinə qaçıb uymaları üçün xeyli narazı olmalı, lakin həddindən artıq yoxsulluq içində yaşamalıdırlar. Və həmçinin yaxşı bir təlimə, səhvliyə yol verməyən bir rəhbərə və ya yeni bir texniki üstünlüyə sahib olmaq yolu ilə məğlubedilməz güc mənbəyi qapılarının özlərinə açılacağına inanmaları lazımdır. Həmçinin də gələcəyə dair vədlər və imkanlar haqqında şişirdilmiş bir inanca sahib olmaları lazımdır. Və nəticə etibarilə qoşulduqları böyük həmlənin həyata keçirilməsində qarşılaşılacaq çətinliklərdən xəbərsiz olmaları lazımdır. Faşizmdən əvvəlki şərtlər nəzərdən keçirildikdə həqiqətən də xalqların bu psixologiyaya sahib olduğu görünər.

 

 Faşistlərin hakimiyyəti ələ keçirmə metodları

Faşizm ilk müvəffəqiyyətini İtaliyada əldə etdi. İtaliyadakı ictimai gərginliyi və sistem axtarışını fürsət bilən Mussolini döyüşün bitməsindən sonra köhnə əsgərləri, işsizləri və universitet tələbələrini bir yerə topladı. Liderlik etdiyi faşist qrup Romanın keçmişdəki xoş güzəranını geri qaytarma şüarıyla özünü tanıdırdı. Mussolini tərəfdarlarını "Qara Köynəklilər" olaraq tanınan yarı-hərbi bir quruluş içində təşkilatlandırdı. Qara Köynəklilərin tətbiq etdiyi üsullar zorakılığa əsaslanırdı. Rəqib gördükləri qruplara qarşı küçə hücumları həyata keçirməyə başladılar. Roma üsulu salam tərzləriylə, mahnılarıyla, vahid formalarıyla, şüar və rəsmi paradlarla cahil və ümidsiz xalq üzərində romantik bir həyəcan meydana gətirdilər. 29 oktyabr 1922-ci ildə faşistlər altı generalın əmriylə 50 min faşist milislə gedərək Romaya daxil oldular. Kral qarşısındakı qüvvənin zorakılıq və təzyiqlə nələr edə biləcəyini və onlara müqavimət göstərməyin qeyri-mümkün olduğunu bildiyi üçün, hökuməti qurmaq məqsədiylə Mussolinini çağırdı. Bunun ardınca baş verən hadisələr nəticəsində italyan faşistləri hakimiyyəti əllərinə keçirdilər. Mussolini bir müddət sonra digər bütün siyasi partiyaları bağlatdırdı. Müxalifət liderlərinin bir qismi ölkədən xaricə getdi, bir qismi də həbs olundu.

Hitler də bənzəri üsullarla hakimiyyətə gəldi. Nasist hərəkatı 1920-ci illərin əvvəlində meydana gəlmiş və hələ o illərdə məşhur Pivəxana Zərbəsi təşəbbüsüylə ilk şiddət hərəkatını reallaşdırmışdı. (Hitler 8 noyabr 1923-cü ildə qruplaşmanı xatırladan birlik əsgərləri və 600 SA əsgəriylə birlikdə Bavyera Dövlət Komissarı Qustav Qahrın çıxış etdiyi Münhen şəhər pivəxanasındakı yığıncağa basqın etdi. Hitler yığıncağın ortasında, böyük bir hirslə içəri daxil olaraq salonu işğal etdi, tavana atəş açaraq milli inqilab elan etdiyini dedi. Ancaq bu zərbə müvəffəqiyyətli olmadı, Hitler həbs olundu və 9 aylıq sürgün həyatı yaşadı). Daha sonrakı illərdə faşistlər rəqiblərini qorxudaraq, yəhudi düşmənçiliyini qızışdıraraq gücləndilər. Sonda nasist partiyası parlamentin əhəmiyyətli partiyalarından biri halına gəldi. Əlbəttə ki, bunu edərkən nasistlər eynilə italyan Faşist Partiyasının etdiyi kimi tez-tez qeyri-qanuni yollardan istifadə edirdi. 1933-cü il 30 yanvar günündə Hitler baş nazirliyə təyin edildi. Onu bu vəzifəyə gətirən yaşlı prezident Hindenburg idi. Çünki nasional-sosialist hərəkat təhlükəli bir şəkildə güclənirdi. Bunu görən Hindenburgda bir vətəndaş müharibəsinin baş verməsinə imkan verməmək məqsədiylə Hitleri bu vəzifəyə gətirdi. Hitler mart ayında yeni bir seçkiyə namizədliyini irəli sürdü. Bu seçkidə nasistlər faşist rəhbərlərin hamısının etdiyi kimi qorxutma, həzm etmə və hiylə üsullarına müraciət etdilər. Beləcə həm icra, həm də qanunvericilik gücü Hitlerin əlinə keçmiş oldu. Ancaq qısa bir müddət sonra Hitlerin səlahiyyətləri daha da artacaqdı. Necə ki, 1934-cü ilin avqustunda Hindenburgun ölümündən ötrü, prezident və baş nazirlik orqanları birləşdirildi. Hitler hər ikisinin də idarəsini öz boynuna götürdü. Hitler Mussolininin izlədiyi siyasəti təqib edirdi. Gücdən istifadə etməklə yanaşı hər cür anti-demokratik üsula da müraciət edə bilirdi. Məsələn, bütün müxalifət partiyalarını bağladı, həmkarlar ittifaqını qeyri-qanuni elan etdi, insan azadlıqlarını isə tamamiylə aradan qaldırdı. Universitet müəllimləri belə Hitlerə sədaqət andı içməli idi. Nasist təzyiqi həyatın hər sahəsinə daxil oldu. Franko isə İspaniyada qanlı bir vətəndaş müharibəsindən sonra hakimiyyətə gəldi. Hitler və Mussolini tərəfindən dəstəklənən Frankonun orduları uzun və qəddarcasına həyata keçirilən bir müharibə nəticəsində əleyhdarları olan kommunistləri məğlub edərək İspaniyanı hakimiyyətləri altına saldılar. Sonra da Franko olduqca repressiv bir rejim qurdu və ölkəni 1975-ci ilə qədər "dəmir yumruq" siyasətiylə idarə etdi.

Geri