Faşizmin cinsi azğınlıqları

Faşizmdəki bura qədər araşdırdığımız qadın düşmənçiliyi, əslində şüurlarının altındakı qaranlıq bir meylin də xaricə əks olunmasıdır. Faşistlər qadınları sevgi, mərhəmət, şəfqət kimi özlərinin qarşı çıxdıqları hisslərlə eyniləşdirirlər və bunun faşizmin qadınlara qarşı olan soyuqluğunda böyük bir rolu vardır. Digər tərəfdən, döyüşçülük, qan tökmək, mərhəmətsizlik, sərtlik kimi meyillər isə "kişiyə xas" xarakter olaraq təsvir edilir və buna görə də "kişilik" sanki müqəddəs bir anlayış kimi ucaldılır. Faşist ideologiyanın bu "kişilik" əfsanəsinin bir az dərinliyinə nəzər saldıqda isə, qarşımıza homoseksuallığın azğın aləmi çıxır. Faşizmlə homoseksuallıq arasındakı bu az insan tərəfindən bilinən, lakin əhəmiyyətli əlaqə, faşizmin ən keçmiş modeli olan Spartaya qədər gedib çıxır.

Saytın əvvəlki hissələrində faşizmin bütpərəst bir mədəniyyət olduğunu və bütpərəstliyi yenidən dirçəltmə iddiasıyla ortaya çıxdığını öyrənmişdik. Bütpərəstliyin ən diqqətə çarpan xüsusiyyəti isə, Allah tərəfindən vəhy edilmiş əxlaq meyarlarına və qaydalarına sahib olmaması idi. Buna görə də bütpərəst aləmində hər cür cinsi azğınlıq asanlıqla yayıla bilirdi. Bunların arasında ən pik nöqtəyə gedənlər isə, qədim Yunanıstandakı şəhər dövlətləriydi. Afinada və Spartada homoseksuallıq çox normal, qanuni bir əlaqə kimi görülür, hətta bir üstünlük kimi səciyyələndirilirdi. Xüsusilə faşizmin atası olan Spartada "kişilik" anlayışına xüsusi bir əhəmiyyət verilir, homoseksualizm kimi bir azğınlıq isə "kişi sevgisi" adı altında məqbul bir davranış hesab edilirdi. Spartalı əsgərlər, bir-birləriylə cinsi əlaqəyə girməklə güclərini artıra biləcəkləri kimi böyük bir azğınlığa inanardılar. E.ə. 50-120-ci illərdə yaşayan tarixçi Çaeronealı Plutarx, ordudakı ən seçkin əsgərlərdən ibarət olan 300 nəfərlik xüsusi döyüşçü birliyin əslində "150 cüt sevgili"dən meydana gəldiyini qeyd edirdi. Spartada 12 yaşına gələn güclü kişi uşaqlarının hamısı orduya alınır və ilk növbədə ordudakı təcrübəli əsgərlər tərəfindən təcavüzə məruz qalırdılar. Bu azğın əlaqələrin Spartanı "döyüşçü" mədəniyyətinin və qan tökməyi sevən ordusunun ən böyük güc mənbəyi olduğuna inanılırdı. Məhz bu iyrənc və azğın mədəniyyət, 19-cu əsrdə meydana gələn yeni-bütpərəst cərəyanıyla birlikdə yenidən dirildi. Bu azğınlığın ən əhəmiyyətli mərkəzlərindən biri isə Almaniya idi. Bu cərəyanın qabaqcılı olan Adolf Brand 1902-ci ildə, kişi uşaqlarına olan azğın cinsi meylləriylə tanınan Vilhelm Yansen və Benedikt Friedlander ilə birlikdə, orjinallar dərnəyini (Gemeinschaft der eigenen) qurdu. Friedlander 1904-ci ildə "Yunan Erotizminin Yenidən Doğuşu" (Renaissance des Eros Uranios) adlı bir kitab nəşr etdi. Kitabın üz qabığında yarı çılpaq bir yunan gəncinin şəkli vardı. Friedlander məqsədlərinin nə olduğunu da kitabın içində belə bildirirdi: Müsbət hədəfimiz, yunan cəngavərliyinin yenidən dirçəldilməsi və cəmiyyət tərəfindən tanınmasıdır... Yunan cəngavərliyi sevgisiylə də, kişilər arasındakı yaxın sevgini, xüsusilə də müxtəlif yaşdakı kişilər arasındakı əlaqələri nəzərdə tuturuq. Orjinallar dərnəyinin məqsədi, Almaniyanı din əxlaqından tamamilə uzaqlaşdıraraq bir yunan mədəniyyətinə çevirməkdi. Və bu azğın təşkilat, həmçinin irqçiliyin da qabaqcılı idi. Orjinallar Dərnəyinin fikirləri çərçivəsində 1923-cü ildə yaradılan İnsan Haqqları Dərnəyi adlı təşkilatın lideri Canavar Hildebrandt, Norm, Entartung, Verfall (İdeal, degenerasiya, dağıtma) adlı kitabında ən üstün irqin, homoseksuallar tərəfindən yaradılan irq olduğunu müdafiə etmişdi. Buna görə də, irqin davamı üçün qadınlarla "çoxalma məqsədli" əlaqələr qurulmalı, ancaq "əsl kişi xarakterli" bir irq əldə etmək üçün həqiqi cinsi "sevgi" kişilər arasında yaşanmalıydı. Bu fikirlər əslində nasist partiyasının fikirlərindən başqa bir şey deyildi. Belə ki, nasist partiyası da əslində bir "homoseksuallar klubu" idi. Bu həqiqət, Skott Liveli və Kevin Abrams tərəfindən qələmə alınan və 1995-ci ildə nəşr olunan The Pink Swastika: Homosexuality in the Nazi Party (Çəhrayı Svastika: Nasist Partiyasında homoseksuallıq) adlı kitabda yer verilən geniş əhatəli araşdırma ilə ortaya qoyulmuşdur. Kitabda istər nasistlərin qabaqcılı olan kütlələr və təşkilatlar, istərsə də nasist partiyasının idarəçi heyəti ətraflı olaraq araşdırılır və bu faşist heyətin içində çoxlu sayda homoseksual olduğu qeyd edilir. Nasistlərin homoseksualları həbs etmək və toplama düşərgələrinə göndərmək şəklindəki tətbiqlərinin həqiqət olmadığı, bu tətbiqlərlə nasist kadrların öz azğınlıqlarını gizlətməyə çalışdıqları da yenə tarixi sənəd və dəlillərlə izah edilir. Homoseksual olduğu məlum olan nasistlər arasında SA-ların lideri olan Ernst Roehm, Gestapo rəisi Reinhard Heydriç, hava qoşunları komandiri Herman Goering, Rudolf Hess, Hitler Jugend (Hitler Gəncliyi) təşkilatının lideri olan Baldur von Sciraç, nasist Almaniyasının Maliyyə Naziri Volter Funk, Hitlerin quru qoşunları komandiri Freiherr Verner von Fritsç kimi adlar vardır. SS rəisi Himmler və Adolf Hitlerin isə homoseksual meyilləri olduğuna dair bəzi dəlillərə rast gəlinmişdir.
The Pink Swastika, bu azğınlığın nasistlərlə məhdudlaşmadığı, ABŞ-da fəaliyyət göstərən müxtəlif neo-nasist və irqçi təşkilatların liderləri arasında da bir çox homoseksual olduğu, bu azğınlığın faşizmin sanki irsi bir xüsusiyyəti olduğu yenə dəlilləriylə izah edilir. Faşist müşrikləri, Quranda izah edilən digər bir bütpərəst qövmün, hz. Lutun peyğəmbər olaraq göndərildiyi Lut qövmünün azğınlığını tətbiq edirlər. Ancaq bu azğınlığı həyata keçirənlər, Lut qövmünün məruz qaldığı aqibəti ağıllarından çıxartmamalıdırlar. Bu azğın qövmün məruz qaldığı aqibət Quranda belə bildirilir:

 

Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır” – deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu. (Əraf surəsi, 80-84)

Geri