Nasistlərin irq nəzəriyyəçisi: Ernst Hekkel

Darvindən nasistlərə gedən yolda nəzərdən keçirməyimiz lazım olan son ad, 20-ci əsrin əvvəlində Almaniyanın ən məşhur Darvinisti və ən qatı yevgenika tərəfdarı olan zooloq Ernst Hekkeldir. Hekkel elm aləmində "Bireyoluş Soyoluşun təkrarıdır" deyə məlum olan nəzəriyyə ilə tanınır. Bu təkamülçü nəzəriyyəyə görə, hər canlı ana bətnindəki inkişafı əsnasında, atalarının yaşadığı qondarma "təkamül müddəti"ni yenidən yaşayır. Hekkel Darvindən təsirlənərək ortaya atdığı bu nəzəriyyəni dəstəkləyə bilmək üçün bəzi embrion şəkilləri çəkmişdir. Ancaq sonradan Hekkelin bu şəkillərdə qəsdən təhriflər apardığı və nəzəriyyəsinin həqiqətdə elmi bir saxtakarlıqdan başqa bir şey olmadığı aydın olmuşdur. Hekkel elmi Darvinizmə uyğunlaşdırmaq üçün saxta dəlillər hazırlayan bir fırıldaqçıdır. Hekkelin saxta elminin başqa bir nümunəsi isə nəzəriyyəsidir. Çarlz Darvin, Frensis Qalton və Leonard Darvin kimi adlardan götürdüyü yevgenika nəzəriyyəsini daha da irəli aparmış və qədim Yunanistandakı Sparta modelinə, yəni uşaq qırğınlarına geri qayıtmağı təklif etmişdir:

Hekkel, Wonders of Life adlı kitabında, "şikəst doğan körpələrin heç vaxt itirmədən öldürülməsini" müdafiə etmiş və bu körpələrin hələ bir şüura sahib olmadıqlarını irəli sürərək "bunun bir cinayət hesab olunmadığını" iddia etmişdir.  Hekkel yalnız şikəst doğan körpələrin deyil, guya cəmiyyətin təkamül keçirməsinə mane olan bütün xəstə və şikəst insanların "təkamül qanunları"nın tələbinə görə aradan götürülməsini istəmişdir. Xəstələrin müalicə edilməsinə qarşı çıxmış, bu müalicənin təbii seleksiyaya mane olduğunu irəli sürərək belə yazmışdır: Sağalması mümkün olmayan yüz minlərlə xəstə, məsələn ruhi xəstələr, cüzam xəstələri, xərçəng xəstələri süni şəkildə yaşadılır, amma bu özlərinə və ya cəmiyyətə heç bir fayda vermir... Bu pislikdən xilas ola bilmək üçün, səlahiyyətli bir komissiyanın qərarı və nəzarəti altında xəstələrə güclü və təsirli bir zəhər verilməlidir.

Hekkelin nəzəriyyəsini qurduğu bu vəhşilik, nasist Almaniyası tərəfindən tətbiq ediləcəkdi. Nasistlər hakimiyyətə gəldikdən qısa bir müddət sonra, rəsmi bir yevgenika siyasəti başlatdılar. Alman cəmiyyəti içindəki ruhi xəstələr, şikəstlər, anadangəlmə korlar və irsi xəstəliklərə tutulanlar, xüsusi "sterilizasiya mərkəzləri"ndə toplandılar. Bu kəslərə Alman irqinin xalisliyini və təkamül prosesini korlayan parazitlər kimi baxılırdı. Necə ki, bir müddət sonra cəmiyyətdən təcrid edilən bu insanlar, Hitlerdən gələn gizli bir təlimata əsasən öldürülməyə başlayacaqdılar. Ernst Hekkelin fikirlərinin və ümumiyyətlə Darvinist ideologiyanın, nasizmin təməli olması, mövzunu tədqiq edən bir çox tarixçi tərəfindən dilə gətirilmiş bir həqiqətdir. Amerikalı tarixçi Daniel Gasman, The Scientific Origins of National socialism: Social Darwinism in Ernst Haeckel and the German Monist League (Nasizmin Elmi mənşələri: Ernst Hekkelin Sosial Darvinizmi və Alman Monist Birliyi) adlı kitabında, bu mövzuda çox əhatəli dəlillər təqdim edir.

Daniel Qasmana görə, "Hekkel Almaniyanın irqçilik, faşizm və imperializmə dəstək verən ən əhəmiyyətli ideoloqu" sifətini daşıyır.  Hekkel nasizmə həm ideoloji, həm də təşkilati bir miras qoyub getmişdir. Bir tərəfdən yevgenika və irqçilik nəzəriyyəsini yaratmış, bir tərəfdən də "Monist Birliyi" adlı ateist bir dərnək qurmuş və bu dərnək nasistlərin xalqın təhsilli təbəqəsində əks-səda tapmasında böyük rol oynamışdır. Kembric Universiteti tarixçisi və London Times qəzetinin yazıçısı Ben Macintyre, Hekkelin nasistlərə miras qoyub getdiyi Darvinist düşüncəni belə izah edir:

Alman embrioloq Hekkel və onun Monist Birliyi, dünyaya və xüsusilə də Almaniyaya, xalqların bütün tarixinin təbii seleksiya ilə izah edilə biləcəyini deyirdilər. Hitler və onun yanlış nəzəriyyələri, irqi təmizlik və ən uyğun olanların yaşaması naminə irqləri kütləvi şəkildə yox etməyə cəhd edərək bu elmi saxtakarlığı siyasətə çevirdi. Hitler kitabına Mein Kampf (Mənim Döyüşüm) adını verməklə, əslində Hekkelin Darvinin "həyat döyüşü" anlayışına etdiyi tərcüməni əks etdirirdi.(28) Nasizmin və digər faşist ideologiyaların təməlindəki bu Darvinist təsiri, kitabın sonrakı hissələrində daha təfərrüatlı olaraq nəzərdən keçirəcəyik.

Geri