Faşist əxlaq Quran əxlaqına tamamilə ziddir

Faşizmin bəşəriyyətə yalnız qan və əzab gətirən bir ideologiya olduğu çox aydındır. 20-ci əsrin tarixi bu həqiqətin bir isbatı hesab edilə bilər. Ancaq bu həqiqətə qarşı dünyanın bir çox yerində hələ də faşizmə rəğbət bəsləyən insanlar vardır. İndiki vaxtda neo-nasistlər, xuliqanlar kimi fərqli adlar altında faşist qruplaşmalar getdikcə yayılır. Bu faşist qruplaşmalara qarşı qəbul edilən qanuni tədbirlər isə tək başına təsirli olmur, İngiltərə və Almaniya kimi güclü dövlətlər belə bu qrupları təsirsiz hala gətirə bilmirlər. Çünki istifadə etdikləri üsul səhvdir. Dindən tamamilə uzaq yetişdirilmiş, özünü və digər insanları heyvan kimi görən həddindən artıq məsuliyyətsiz, özbaşına və təcavüzkar insanları cilovlamaq, onlara hakim olmaq, onları tutmaq qeyri-mümkündür. Bu gün bir çox ölkədə hələ də davam edən bu təcavüzkarlığa və terrora mane olmağın tək yolu, insanlara faşizmin mənşəyi olan dinsiz və ya bütpərəst ideologiyaların deyil, Allahın insanlara əmr etdiyi gözəl əxlaqın aşılanmasıdır.

Sayt boyu izah edilənlərdən də aydın olduğu kimi faşizm sülhə, dostluğa, qardaşlığa, razılığa və tolerantlığa qarşıdır. Dinin özünü isə bu kimi gözəl əxlaq xüsusiyyətləri təşkil edir. Buna görə də faşizm, dinlə tam mənasıyla ziddiyyət təşkil edən bir ideologiyadır: Məsələn, faşizm irqçiliyi mənimsəyər. Faşistlər daim öz irqlərinin, millətlərinin digərlərindən üstün olduğu iddiasıyla yola çıxıblar, üstəlik bu iddiaya əsaslanaraq digər millətlərin torpaqları və malları üzərində haqq iddia etmişlər. Bu irqçi iddia çoxsaylı müharibənin, qarşıdurmanın, qətliamın, "etnik təmizliyin" yaranma səbəbidir. Halbuki, daha əvvəl də ifadə etdiyimiz kimi Qurana görə üstünlük irqə, rəngə və ya digər başqa bir xüsusiyyətə görə deyil Allaha olan yaxınlıqdan, inanc və əxlaqdan asılıdır. Bu həqiqət Quranda belə bildirilir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (irq və ya nəsil cəhətdən üstün olanınız deyil) Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

 Allah başqa bir ayəsində isə irqçiliyi "cahiliyyə dövrünün hirsli soy qoruyuculuğuna" olaraq təsvir edir və inananları bu təhrikedici ideologiyaya qarşı qoruyacağını belə bildirir:

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahilik lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)

Ayədə bildirildiyi kimi, Allah insanları bir-birləriylə tanış olmaları, sülh, qardaşlıq və tolerantlıq içində yaşamaları üçün müxtəlif irqlərə və etnik mənşələrə ayırmışdır. Yəni faşistlərin fərz etdiyi kimi, fərqli irqlər və etnik qruplar, Darvinist qarşıdurmanın və "həyat mübarizəsi"nin bir vəsaiti deyil. Fərqli etnik qruplar və irqlər arasında bioloji bir üstünlükdən də söhbət belə gedə bilməz. Uca Allah insanlar arasındakı üstünlüyün yalnız "təqvadan", yəni Allaha olan yaxınlıqdan, inancdan və əxlaqdan asılı olduğunu bildirmişdir. Onda insanların Qurana tabe olduqları bir mühitdə, irq, rəng və qəbilə qarşıdurmalarının yaşanmayacağı, bu kimi axmaq üstünlük iddialarıyla hərəkət edilməyəcəyi aydındır.
Tarix "hirsli soy qoruyuculuğu"nun bütpərəst və ya dinsiz cəmiyyətlərə aid bir xəstəlik olduğunu göstərir. Bu cəmiyyətlərdə daima irq, nəsil və qəbilə üstünlüyünə əsaslanan iddialar və buna əsaslanan qarşıdurmalar mövcud olmuşdur. Çünki insanlar üstünlüyü irq, nəsil, qəbilə kimi maddi xüsusiyyətlərdə axtarmışlar. Halbuki, Quranda bildirildiyi kimi, "...izzət və güc bütünlüklə Allaha məxsusdur..." (Yunis surəsi, 65), insanlar isə irqləri, rəngləri, dəriləri əhəmiyyət kəsb etmədən Allahın yaratmış olduğu, Allaha olduqca möhtac, aciz varlıqlardır. Hamısı da ölümə məhkumdur. Buna görə də bir insanın digər bir insana və ya bir cəmiyyətin digər bir cəmiyyətə qarşı bir "izzət", yəni böyüklük iddiasında olmağa haqqı yoxdur. Necə ki, bu axmaq iddialar, ölümlə birlikdə unudulub gedəcək. Qiyamət günüylə əlaqədar bir ayədə bu həqiqət belə bildirilir:

Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən (üstünlük ünsürü olaraq əsilliliyi) soruşmazlar. (Muminun surəsi, 101)

 Ayədə bildirildiyi kimi ölüm anında, qiyamət günündə, ya da axirətdə irq, rəng, etnik mənşə kimi ünsürlərin heç bir əhəmiyyəti olmayacaq. O an əhəmiyyətli olan tək şey adamın Allaha olan yaxınlığı və Allahın razılığını qazanıb qazanmadığı olacaq. O gün heç kim heç kəsə, hansı nəslə və hansı irqə mənsub olduğunu soruşacaq bir vəziyyətdə də olmayacaq. Bu gün nəsillərindən ötrü azğınlaşanlar, həddini aşanlar, insanları öldürən, hətta diri-diri yandıranlar, o gün hansı nəsildən olurlarsa olsunlar, nə qədər aciz və möhtac vəziyyətdə olduqlarını dərk edəcəkdirlər.

Faşizmin digər bir diqqətə çarpan xüsusiyyəti isə zorakılığa olan meylidir. Faşistlər zorakılığı, kobud qüvvəti, döyüş və qarşıdurmanı sanki müqəddəs anlayışlar kimi görürlər. Qurana uyğun bir həyat yaşayan insan üçün bu da qeyri-mümkündür. Allah möminlərdən gözəl əxlaqlı olmalarını istəyir. Quranda bu əxlaqın necə olacağı da təsvir edilir. Məsələn müsəlman özünə pislik edildiyi vaxt belə yaxşılıqla qarşılıq verməklə məsuldur. Bu mövzudakı ayələrdən birində Allah belə buyurur:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

 Yuxarıdakı ayənin göstərdiyi şəkildə hərəkət edən bir insanın faşist məntiq və üsullara rəğbət bəsləməsindən, azacıq da olsa faşizmə meyl etməsindən, əlbəttə ki, söhbət belə gedə bilməz. Faşist əxlaqın başqa bir xüsusiyyəti, özü üçün müəyyənləşdirdiyi guya "müqəddəs" məqsəd uğruna minlərlə günahsız insanı göz qırpmadan fəda edə bilməsi və bunu bir erdem kimi görməsidir. "Hədəflər vasitələri qanuniləşdirər" məntiqiylə düşünən faşistlər, həqiqətdə heç bir şəkildə qanuni də olmayan bir hədəf üçün hər cür vəhşiliyi edə bilərlər. Halbuki Quranda insanlara haqsız yerə hücum etməyin, günahsız insanları öldürməyin çox böyük bir cinayət olduğu bildirilmişdir. Faşizmə görə insan həyatının heç bir əhəmiyyəti yoxdur, amma dinə görə tək bir insanın həyatı belə çox əhəmiyyətlidir. Allah belə buyurur:

...Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar... (Maidə surəsi, 32)

Tək bir insanın belə günahsız yerə öldürülməsi bütün insanların öldürülməsi kimi olduğu halda, faşistlərin törətdikləri cinayət, qırğın və soyqırımların nə qədər böyük bir cinayət olduğu aydındır. Allah faşistlərin bu zalım xarakterinin axirətdəki qarşılığını belə bildirir:

Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. (Şura surəsi, 42)

 Faşistlərin xüsusiyyətlərindən bəhs edərkən olduqca romantik bir xarakterə sahib olduqlarından, bundan ötrü də asanlıqla qışqırdılan, qəzəblənib, şiddətə yönələ bildiklərindən bəhs etmişdik. Faşist qruplar ümumiyyətlə küçə qruplaşmaları tərzində hərəkət edər, ən sadə bir hadisədə belə hirslənib özündən çıxar və bundan sonra da dərhal döyüş və qarşıdurmaya başlayarlar. Əlbəttə ki, bu romantik şiddət, Quranın əmrlərinə tamamilə zidddir. Quranda müsəlmanlar qəzəbləndikləri vaxt qəzəblərini boğan, ağıllı, etidallı və mülayim insanlar olaraq təsvir edilir. Qarşılaşdıqları heç bir hadisə, hiddətlənmələrini və aqressivləşmələrini tələb etməz:

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 134)

 Faşistləri istiqamətləndirən digər bir xüsusiyyət də kütlə ruhudur. Faşist qruplaşmalar içində iştirak edən bir çox ağılsız və cahil gənc, nəyi nə üçün etdiyini belə bilmədən, kütlənin, şüarların, marşların təsiriylə romantik bir xəstəliyə qapılar, kütlə psixologiyasına daxil olar və həqiqətdə öz iradəsiylə etməyəcəyi kütlə cinayətlərinə qarışar. Bir əcnəbiyə durduğu yerdə hücum edə, bir iş yerini talan edə bilər. Bu aksiyalara qatılanların çoxu, iradə və vicdanları zəif olduğu üçün, kütlə psixologiyası içində hazır vəziyyətə gəlmiş, "sürü" halına çevrilmişdir. Halbuki, Allah insanları əksəriyyətin azğınlığına qarşı xəbərdar edər:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

 Məhz bu səbəblə də möminlər əksəriyyətə tabe olmaq əvəzinə daim ağıl və vicdanları ilə hərəkət edərlər. Bu da Qurana tabe olmaqla mümkün olar. Dinlə faşist ideologiyanın üst-üstə düşmədiyi bir nöqtə də Quranın sülhü, güzəştə getməyi müdafiə etməsi və bunu tövsiyə etməsidir. Diqqət yetirilsə bu xüsusiyyətlər faşizmlə tamamilə zidddir. Faşizm təcavüzkar olmağı, işğal etməyi, döyüşməyi, kobud qüvvətlə hərəkət etməyi, zülm etməyi yol kimi seçmişdir. Ancaq bütün bunlar Qurana görə zalımlıqdır. Həmçinin, Allahın xoşlamadığı hərəkətlərdir. Tam əksinə Allah yaxşılıq etməyi və insanların arasını düzəltməyi əmr edir:

Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik. (Nisa surəsi, 114)

Nəticədə faşist xarakterə baxdığımızda, din əxlaqının gətirdiyi sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, yardımlaşma, qənaətkarlıq kimi əxlaqi fəzilətlərə tamamilə zidd bir əxlaq ortaya çıxır. Şübhəsiz ki, bu əxlaq tarixin hər dövründə mövcud olmuşdur, ancaq faşizm bunu sistemli bir şəkildə müdafiə edən və Darvinizmin təsiriylə "elmi" və ağıllı bir yanaşma kimi göstərən fikri bir cərəyandır. İlahi dinlər tərəfindən lənətlənmiş "zalımlıq" anlayışı, faşizm tərəfindən sistemli şəkildə təriflənir, qanuni olaraq göstərilir və müdafiə edilir. Hitlerin törətdiyi soyqırımların, Mussolininin mərhəmətsiz işğallarının, Frankonun həyata keçirdiyi qanlı vətəndaş müharibəsinin, Pinokhetin işgəncələrinin, Səddam Hüseynin 5000 vətəndaşı sinir qazıyla öldürməsinin, Miloseviçin bosniyalılara və albanlara qarşı həyata keçirdiyi qeyri-insani vəhşiliklərin və digər müasir faşistlərin cinayətlərinin arxasında həmişə bu zalım və mərhəmətsiz ideologiya durur. Yalnız bu kimi siyasi vəhşiliyi deyil, gündəlik həyatda qarşımıza çıxan müxtəlif şiddət nümunələrində də faşist ideologiyanın rolu vardır. Bir-birlərini sadə bir anlaşılmazlıq nəticəsində döyən, bıçaqlayan və ya güllələyən insanlar, zorakılığı qəhrəmanlıq kimi görən və göstərən bir mədəniyyətin məhsuludurlar. Bu mədəniyyətin təməllərinə nəzər yetirdikdə isə, qarşımıza Darvin və ya Nitsşe kimi ideoloqların "həyat mübarizəsi" təlqinləri çıxır.

 

Bu xəstəliyin ən əsas mənbəyi isə, sözü gedən insanların din əxlaqından uzaq olmalarıdır. Bəlkə özlərindən soruşulsa dindar olduqlarını iddia edəcəklər, amma din əxlaqının insana qazandırdığı mənəvi gözəlliklərdən və zadəgan əxlaqdan tamamilə xəbərsizdirlər. Buna görə də xəstəliyin həlli də, insanların Quran əxlaqını həqiqi mənasıyla öyrənmələri, qavramaları və yaşamalarından asılıdır.

Geri