Faşist mədəniyyətin mənşələri

Faşizm Avropa qaynaqlı bir ideologiyadır. 19-cu əsrdə bəzi Avropalı mütəfəkkirlər tərəfindən faşizmin təməlləri atılmış və 20-ci əsrdə də İtaliya, Almaniya kimi Avropa ölkələrində tətbiq olunmuşdur. Faşizmi mənimsəyən və tətbiq edən digər nümunələr də, bu ideologiyanı Avropadan "idxal" etmişlər. Buna görə də faşizmin mənşəyini araşdırmaq üçün, Avropa tarixinə baxmaq zəruridir. Əlbəttə ki, Avropa tarixinin çox fərqli mərhələləri və dövrləri vardır. Ancaq ən ümumi mənada baxıldığı təqdirdə, mədəni baxımdan bütün Avropa tarixini üç əsas dövrə bölmək olar: 1) Xristianlıqdan əvvəlki (bütpərəstlik) dövr; 2) Xristianlığın mədəni cəhətdən Avropaya hakim olduğu dövr; 3) Xristianlıqdan sonrakı (materialist) dövr. Son dövrü "xristianlıqdan sonrakı dövr" olaraq xarakterizə etməyimiz bəlkə ilk başda qəribə gələ bilər. Çünki Avropa cəmiyyətlərində bir din kimi xristianlıq hələ də geniş kütlələr tərəfindən qəbul edilir.

Amma xristianlıq, Avropa mədəniyyətinin əhəmiyyətsiz bir parçası halına gətirilmişdir, yalnız əslindən uzaqlaşdırılmış bir xristianlıq yaşanır. Cəmiyyətə istiqamət verən əsl təşkilat və anlayışlar dinin deyil, materialist fəlsəfənin qəbullarına görə təyin olunmuşdur. 18-ci əsrdə başlayan din əleyhdarı düşüncə, 19-cu əsrdə materialist fəlsəfənin elmə və düşüncəyə hakim olmasıyla özünün pik nöqtəsinə çatmışdır. 20-ci əsr isə materializmin qanlı nəticələrinin yaşandığı əsr olmuşdur. Bu üç dövrə baxdığımızda isə, faşist mədəniyyətin 1-ci və 3-cü dövrə aid olduğunu görərik. Yəni faşizm bütpərəst mədəniyyətin bir parçası kimi meydana gəlmiş və sonra da materialist mədəniyyətin bir parçası olaraq yenidən həyata keçmişdir.

Avropada xristian mədəniyyətinin hakim olduğu 1000 ildən çox müddət ərzində isə, faşist bir ideologiya və tətbiqetmə yaşanmamışdır. Bunun təməlində xristianlığın, sülhsevər və ədalətli bir din olması durur. Şəfqət, mərhəmət, fədakarlıq, sevgi, təvazökarlıq kimi əxlaqi fəzilətləri qəbul edən və cəmiyyətə yerləşdirməyə çalışan xristian mədəniyyəti, faşizmlə tamamilə ziddiyyətdə olmuşdur. Bu isə, xristianlığın ilahi bir din olma xüsusiyyətindən qaynaqlanır. Xristianlıq Allahın hz. İsaya vəhy etdiyi haqq dinlə meydana gəlmişdir. Hz. İsadan sonrada bəzi təhriflərə məruz qalmış, əslindən ayrılmış və bəzi azğın inanclarla pozulmuşdur. Amma yenə də haqq dinin özündə olan bəzi əsas əxlaqi dəyərlər (yuxarıda saydığımız şəfqət, mərhəmət, fədakarlıq, sevgi, təvazökarlıq kimi anlayışlar) xristianlıqda varlığını qorumuşdur. İndi xristianlıqdan əvvəlki dövrdə Avropaya qısaca bir nəzər salaq və faşizmin mənşəyini araşdıraq.

 

Bütpərəst aləmindəki faşistlər

Xristianlıqdan əvvəlki Avropa mədəniyyətinin ən fundamental xüsusiyyəti, bütpərəst inanclara, yəni çoxtanrılı batil dinlərə sahib olması idi. Avropalılar ibadət etdikləri bu saxta ilahların özlərinə həyatın fərqli istiqamətlərində yol göstərdiyi və kömək etdiyi kimi azğın inanclara sahib idilər. Bunların ən əhəmiyyətliləri arasında isə, demək olar ki, hər bütpərəst cəmiyyətdə olan döyüş bütləri idi. Bütpərəst inancda döyüş bütlərinə göstərilən bu rəğbət bu mədəniyyətdə zorakılığın müqəddəs görülməsinin bir nəticəsi idi. Bütpərəst qövmlər ibtidai bir qövmdülər və daima döyüş əhval-ruhiyyəsində yaşayırdılar. Qövm üçün öldürmək, qan tökmək, sanki müqəddəs bir vəzifə sayılırdı.

Zorakılığın ya da vəhşiliyin demək olar ki, hər növü bütpərəst aləmində özünə qanuni bir yer tapa bilirdi. Zorakılığı qadağan edən, bunun səhv olduğunu izah edən heç bir əxlaqi qaynaq yox idi. Bütpərəst aləminin ən "mədəni" dövləti hesab edilən Roma belə, insanların vəhşi heyvanlar tərəfindən parçalandığı ya da ölümü ilə mübarizə apardıqları diyarı idi. Roma rəhbərləri çox vaxt zalımlıqları ilə tarixə keçirdilər. Məşhur Neron öz anası, həyat yoldaşı və ögey qardaşı başda olmaqla çoxsaylı insanı öldürtdürərək hakimiyyətə gəlmişdi. Ölkəsindəki xristianları meydanlarda vəhşi heyvanların qabağına atdırmış, sırf inanclarına görə minlərlə insana işgəncə vermişdi. Roma şəhərinə tamamilə od vuraraq yandırtması və bu qorxunc mənzərəni sarayının pəncərəsindən lir çalıb seyr etməsi isə onun zalımlığına dair tarixə keçmiş məşhur məlumatlardandır.

Romada bu vəhşilik mədəniyyəti hakim olduğu halda, Vandallar, Qotlar, Viziqotlar kimi şimal bölgələrində yaşayan kobud bütpərəst qövmlər daha çox vəhşi idilər. Bu qövmlər bir tərəfdən bir-birlərini qırır, bir tərəfdən də Romanı talan etməyə çalışırdılar. Bütpərəst aləmi yalnız zorakılığın hakim olduğu, üstəlik bu gücün hər cür istifadəsinin guya əxlaqi sayıldığı, hətta ciddi bir əxlaq anlayışının belə mövcud olmadığı bir aləmdi. Bütpərəst aləmində bugünkü mənada "faşizm" deyə biləcəyimiz bir sistemi tətbiq edən ən konkret nümunə isə, yunan şəhər dövləti Sparta idi.

Geri