Faşist romantiklik

Şübhəsiz ki, faşizm yalnız liderdən və lider ətrafında toplanan faşist partiyalardan ibarət deyil. İstər nasist Almaniyasında, istərsə də İtaliyada, rejimlərin arxasında böyük bir xalq dəstəyi olmuşdur. Bu dəstək isə, faşist rejim tərəfindən müxtəlif üsullarla yaradılmışdır. Faşist rejimlər xalqlarını yalnız təzyiqlə susduran "avtoritar" rejimlər deyil, həmçinin onları müəyyən bir məqsəd uğrunda motivasiya edən "totalitar" rejimlərdir. Bu totalitar sistemdə kütlələri faşist ideologiyanın ətrafında toplayan ən əhəmiyyətli ünsür isə "həddindən artıq romantiklik"dir. Ətraflarındakı və tarixdəki anlayış və hadisələri ağıldan olduqca uzaq bir şəkildə, romantik olaraq qiymətləndirən insanlar, çox asan idarə olunmuşdur, təhrik ediləcək və cinayət törədən xarakterdədirlər. Bu kəslər əgər özlərindən tələb olunan zalımcasına hərəkətlərin "öz irqlərinin üstünlüyü" kimi guya müqəddəs bir məqsəd üçün olduğuna razı salınsalar, hər şeyi edə bilərlər. Bunu görən faşist rejim kütlələrin romantik bir coşğu və təşviqat içində tutulmasına cəhd göstərər. Ortaya bəzi batil müqəddəs dəyərlər qoyar və onlara bu dəyərlər naminə insanın canını fəda etməsinin, başqa insanları alçaltmasının, işgəncə verməsinin və öldürməsinin vacibliyini təlqin edər.

Buna görə də faşist rejimlərdə kütləvi nümayiş, yürüş, yığıncaq və mərasimlərə böyük əhəmiyyət verilmişdir. Məqsəd toplum halında tək tip bir birlik yaratmaq və bu birliyə hökm etməkdir. Simvollar, heykəllər, xatirə günləri, bayraqlar, bayraqcıqlar, vahid formalar kimi ünsürlərlə insanlar haqq dindən uzaqlaşdırılır və bu romantik coşğular onlara sanki bir din kimi yaşadılır. Sanki ilahi bir gücə ibadət edirmiş kimi, bu insanlar böyük bir həyəcan və coşğuyla faşist yanılmaya özlərini həsr edərlər. Halbuki bu, böyük bir yalandan ibarətdir, ancaq faşizmin azğın təlqinlərinə aldanan kəslər, həyata keçirilən təbliğatdan ötrü düşdükləri vəziyyəti başa düşə bilməzlər.

Yazılan, haykırılar, dəfələrlə təkrarlanan şüarlar, qışqırıqlar, marşlar, salamlar faşist ayinlərin əhəmiyyətli bir hissəsini təşkil edir. Faşist dəstələr ağıllı düşüncə və davranışdan qətiyyən uzaqdırlar. Ortada müxtəlif şüarlarla, mahnılarla və ya şeirlərlə coşdurulmuş, ağlını işlədə bilməyən bir dəstə vardır. Keçmişdəki mifologiya və ya əfsanə qəhrəmanlarıyla özlərini və liderlərini eyniləşdirmələri təmin edilən bu kütlələr, qırğınlarını da yenə bu süni şəkildə yaradılmış "qəhrəmanlıq" duyğularıyla edərlər. Hətta bir gün gəlib də haqq-hesaba çəkildiyində bunu millətləri üçün etdiklərini və əslində özlərinin bir milli qəhrəman olduqlarını deyərlər. Hitler və Mussolininin arxasınca gedənlərin hamısı eyni hipnozun təsiri altında davranmışdılar, qırğınlarını bu süni coşğu halında həyata keçirmişlər. Faşizmdə, bir insanın dövlətinə, millətinə və vətəninə olan qanuni sevgisi təhlükəli bir romantikliyə, ağılsız bir cəsarətə çevrilir və bu hisslərdən istifadə etməklə kütlələrə cinayət işlədilir. (Baxın. şeytanın bir silahı: romantizm, Harun Yəhya) Bundan ötrü də, mülayim və ağıllı milliyyətçiliklə, faşizmin irqçi və təcavüzkar millətçilik anlayışını ayırd etmək lazımdır.

Bunun ən gözəl nümunəsi Türkiyə Respublikası dövlətinin konstitusiyasında ifadə olunan milliyyətçilik anlayışıdır. Atatürkün təsvir etdiyi bu milliyyətçilik anlayışında irqçilik qətiyyən yoxdur. Türkiyə Respublikası torpaqları üzərində yaşayan hər fərd, dil, rəng, irq ayrı-seçkiliyi aparılmadan Türk Millətinin bir üzvüdür. (Atatürkün "Nə xoşbəxt Türkəm deyənə" sözüylə qısaca qeyd etdiyi bu milliyyətçilik tərifi olduqca ağıllı və əhəmiyyətlidir. Çünki Türkiyədə müxtəlif etnik qruplar bir arada yaşayır. Bu kəslərin hər biri Türkiyə Respublikasının vətəndaşıdır və hər kəslə eyni hüquq və azadlıqlara malikdir. Atatürk milliyyətçiliyi, nasizm kimi bir milləti irqi mənşələrinə görə firqələrə ayıran yanlış bir milliyyətçilik deyil, əksinə fərqli etnik mənşələri uyğunlaşma içində birləşdirən doğru bir milliyətçilikdir.)

 

Faşizmin saxta müqəddəs dəyərləri

 Faşizm ilahi dinləri aradan qaldıraraq onların yerinə batil bütpərəst inancları gətirmək istəyən saxta bir dindir. Bu saxta dinin də normal olaraq saxta müqəddəs dəyərləri vardır. Məsələn, nasistlər "Qan və Torpaq" (Blut und Boden) şüarından daima istifadə etmiş və bu iki anlayışı müqəddəs bir simvol halına gətirməyə çalışmışlar. Bunun üçün xüsusi ayinlər keçirmişlər. Məsələn, Hitlerin 1923-cü ildəki müvəffəqiyyətsiz zərbə cəhdi vaxtı yaralanan nasistlərin qanlarıyla islanmış bir partiya bayrağı, sanki bir bütə çevrilmişdir. "Qan Bayrağı" (Blutfahne) adı verilən bu bayraq olduğu kimi saxlanmış və hər nasist mərasimində ən müqəddəs simvol olmuşdur. Hətta nasist partiyasının on minlərlə yeni bayrağı Blutfahneye sürtülmüş və ondakı "guya müqəddəs" gücün beləcə bu yeni bayraqlara da keçdiyi düşünülmüşdür.(38) Faşizmin digər bir əsas xüsusiyyəti olan şiddət və döyüş də yenə müqəddəs bir dəyər kimi göstərilmək istənilən bütpərəst anlayışlardır. İlahi dinlərdəki məqsəd şiddətdən və döyüşdən təmizlənmiş bir cəmiyyət və dünya meydana gətirməkdir. Halbuki, faşizmdə döyüş öz-özlüyündə bir dəyərdir. Bir qəbilənin, irqin və ya xalqın, şərəfini və gücünü apardığı döyüşlərdən və verdiyi ölülərdən qazandığına inanılar. Bu batil inanc, normal olaraq yeni döyüşlərin baş verməsini, qan tökülməsini tələb edir. Beləcə faşizm sanki bir "qan tökmə quyusu" kimi daima yeni vəhşiliklərə hazırlaşır.

Geri