20-ci əsr faşizminin analizi

Əvvəlki hissədə faşizmin mədəni köklərini nəzərdən keçirdik, bu ideologiyanın keçmiş bütpərəst xurafatların dirçəldilməsiylə yarandığını və Darvinizm tərəfindən dəstəkləndiyini ələ aldıq. Bu məlumatlar 20-ci əsrdə ortaya çıxan faşist ideoloqların və faşist hərəkatların mənşəyini başa düşmək baxımından çox əhəmiyyətlidir. Ancaq bir də bu hərəkatların 20-ci əsrin birinci yarısında necə olub da bir çox ölkədə hakimiyyəti ələ keçirə bildiyini, hakimiyyət dövründə hansı üsullardan istifadə etdiyi və necə bir kabus meydana gətirdiyini araşdırmaq lazımdır. Məlum olduğu kimi, 20-ci əsrin ilk faşist rejimini İtaliyada Benitto Mussolini qurmuşdur. Onu Hitler Almaniyası və Franko İspaniyası təqib etmiş, beləcə Avropa I Dünya müharibəsindən dərhal sonra faşist ideologiya ilə üz-üzə gəlmişdir. 1930-cu illərdə faşizm məşhur bir siyasi ideologiya halına gəlmiş, bir çox ölkədə irili-xırdalı faşist partiyalar qurulmuş, faşistlər Avstriya və Polşada da hakimiyyəti ələ keçirmiş, beləcə bütün Avropa bu cərəyandan təsirlənmişdir.

Faşizmin ən diqqətə çarpan nümunələrinin yaşandığı Avropa ilə Latın Amerika ölkələrində və Uzaq Şərq ölkəsi olan Yaponiyada bu ideologiyanın ortaya çıxdığı şərtlər araşdırıldığı vaxt, böyük bənzərliklərlə qarşılaşırıq. Faşizm ümumiyyətlə ölkənin daxilində baş verən xaos və qeyri-sabitlikdən faydalanılaraq xalqa qəbul etdirilmiş, xilaskar bir ideologiya və sistem kimi tanıdılmışdır. Faşist hakimiyyətin qurulmasından sonra isə, xalq həm təzyiq və qorxuyla, həm də beyin yuma üsullarıyla nəzarət altında saxlanmışdır.

 

 Faşizmin geniş yayıldığı zəmin: ictimai depressiyalar

I Dünya müharibəsindən sonra qurulan faşist dövlətlərdə, faşizmdən əvvəl hakim olan ictimai və psixoloji zəmin bir-birinə çox bənzəyir. Çox yerdə ölkələr döyüşdə məğlub olub, itkiyə məruz qalmağın gətirdiyi əziklik və əvvəlki gücünü itirmiş ruh halına sahibdirlər. İnsanlar yoldaşlarını, uşaqlarını, yaxınlarını və sevdiklərini müharibədən ötrü itirmişlər. Buna iqtisadi şərtlərin əlverişsizliyi, siyasi qeyri-sabitlik və ölkənin yaşadığı həllsiz ruh halı əlavə olunmuşdur. İnsanlar maddi böhran içindədirlər, ölkənin problemləri ilə əlaqədar olaraq siyasi partiyalar çıxılmaz vəziyyətdir və üstəlik öz aralarında mübahisə edirlər. Məsələn, italyan faşizminin hakimiyyətə gəlişini asanlaşdıran ən əhəmiyyətli faktor, I Dünya müharibəsindən sonra xalqın qarşı-qarşıya qaldığı səfalətdi. Döyüş nəticəsində 600 000-dən çox insan ölmüşdü. Yarım milyona qədər insan şikəst qalmışdı, iqtisadi böhran və işsizlik hakim idi. Əhalinin əksəriyyəti dullar və yetimlərdən ibarət idi. Müharibə italyanlara böyük itkilər gətirmiş, amma nəticədə məqsədlərinin çox azına nail ola bilmişdilər. Bundan başqa müharibədən əldən düşmüş və yorğun çıxmış bir çox xalqda olduğu kimi, italyan xalqı arasında da görkəmli qələbələrin və təmtəraqlı günlərin həsrəti çəkilirdi. Bu psixologiya əslində 19-cu əsrin sonlarından etibarən xeyli güclənməyə başlamışdı. Keçmiş dövrlərdəki böyük İtaliya (yəni Roma İmperasiyası) həsrətlə xatırlanır və keçmiş Roma torpaqları üzərində haqq iddia edilirdi. Həmçinin dünyada söz sahibi olan böyük ölkələrə qarşı da rəqabət hissi bəslənilir və İtaliyanın da onlarla eyni səviyyəyə gəlməsi və ya digər bir sözlə "layiq olduğu yerə" çıxması gözlənilirdi. Bu düşüncələr içində romantik bir sistemə daxil olan İtalyanlar Fransa, İngiltərə və Almaniya kimi böyük dövlətlərlə eyni gücə çatmağı ümid edirdilər. Almaniyada nasizmin kök salmasında da ictimai, siyasi və iqtisadi böhranlar əsas rolu oynadı. I Dünya müharibəsində məğlub olmuş Almaniyada, məğlubiyyətin gətirdiyi xəyal qırıqlığına işsizlik və maliyyə böhranı da əlavə olundu. İnflyasiyanın səviyyəsi dünya tarixində az müşahidə olunan bir göstəriciyə yüksəldi. Kiçik uşaqlar, milyonlarla marklık dəstələrlə oyun oynayırdılar, çünki hər saat öz dəyərini itirən pul işə yaramaz bir kağız halına gəlirdi. Almanlar sındırılan qürurlarını bərpa etmək və təkrar normal standartda bir həyat yaşamaq istəyirdilər. Nasizm bu vədlə ortaya çıxacaq və dəstək toplayacaqdı. İspaniyadakı faşizmdən əvvəlki zəmin də digərlərinə xeyli bənzəyirdi. 19-cu əsrin əvvələrində İspaniyanın, Amerikanın hər iki tərəfindəki müstəmləkələrini itirməsi ölkədə xeyli pis bir əhval-ruhiyyə yaratmışdı. 20-ci əsrin əvvəllərində isə İspaniya yarı çökmüş bir dövlət vəziyyətində idi. İqtisadiyyatı məhv olmuşdu, soylulara verilən imtiyazlar ölkədə böyük haqsızlıqlara səbəb olurdu. İspan xalqı da keçmişdəki böyük və güclü İspaniyanın xeyli həsrətini çəkirdi.

Faşizmin əhəmiyyətli dərəcədə öz təsirini göstərdiyi digər bir ölkə də Yaponiyadır. Faşizmdən əvvəlki dövrdə yapon gəncləri arasında Marksist fikirlərin yayılması yuxarı təbəqədə böyük bir narahatlıq meydana gətirmişdi. Ancaq bu dağıdıcı ideologiyadan qorunmağın və xilas olmağın yollarını tapa bilmirdilər. Digər tərəfdən adət-ənənələrinə möhkəm şəkildə bağlı olan bu millət üçün ictimai sahədə baş verən bu dəyişikliklər qorxunc idi. Ailə əlaqələri zəifləmiş, boşanmalar artmış, yaşlılara hörmət edilməyən bir vəziyyət yaranmış, adət və ənənələr bir kənara qoyulmuş, fərdçiliyə qarşı bir meyil yaranmış, gənclər arasındakı korlanma böyük ölçülərə çatmışdı. Bununla əlaqədar olaraq intihar göstəricilərində də bir artım nəzərə çarpırdı. Bu halıyla ictimai quruluşun gələcəyi heç də parlaq görünmürdü.

Bütün bunlar cəmiyyətdə keçmiş dövrlərə qarşı bir həsrət yaratdı. Keçmişdə yaşanan xoş günlərə çəkilən həsrət ya da keçmişdəki mühiti dirçəltmə səyi, faşist sistemlərə keçitdə xalqın düşdüyü ilk tələ olurdu.

Həmçinin o vaxtlar dünyanı təhdid edən kommunizm təhlükəsini də göz qabağında saxlamaq lazımdır. Bir çox ölkə bəlkə də beləsinə mərhəmətsiz, qanlı və repressiv bir ideologiyaya əsir olmamaq üçün "pisin yaxşısı" zənn etdikləri bir rejim olan faşizmə boyun əymiş, beləcə bir təhlükədən qaçarkən başqa bir təhlükəyə tutulmuşlar.

Geri