Faşizmin din düşmənçiliyi

Dünyada bu günə qədər mövcud olan faşist sistemlərin sahib olduqları ortaq nöqtələrdən biri din əxlaqına qarşı olan münasibətləridir. İlk baxışda, bütün faşist sistemlərin xalqın sahib olduğu dini müdafiə etdiyi görülər. Ancaq faşistlər dini səmimi olaraq müdafiə etməzlər. Tək məqsədləri, dini təşkilatlardan və inanclı xalqdan dəstək almaq, dini termin və anlayışlardan istifadə edərək xalqı özlərinə bağlaya bilməkdir. Bu dinin İslam, xristianlıq və ya yəhudilik olması ya da buddizm kimi batil bir inanc olması faşistlər üçün əhəmiyyət kəsb etməz. Əsl məqsəd eyni inancla bir-birinə bağlı olan cəmiyyət, kütləvi olaraq istənilən şəkildə yönləndirilə bilməsidir. Hitler, Mussolini, Franko kimi faşist diktatorların və hətta müasir faşistlərin siyasəti və tətbiqləri araşdırıldığı təqdirdə, din əxlaqına qarşı olan münasibətin iç üzü də asanlıqla görülə bilir.

Hər şeydən əvvəl faşistlərin səmimi olaraq din əxlaqını müdafiə etmələri qeyri-mümkündür, çünki faşistlərin sahib olduqları xarakter və həyata baxış tərzləri dinin insanlara qazandırdığı gözəl əxlaqla tamamilə ziddir. Uca Allahın insanlar üçün seçdiyi dində sülh və dinclik olduğu halda, faşizmdə döyüş və narahatlıq vardır. Allah insanlara gözəl söz deməyi, bağışlamağı və sevgini əmr edir, faşistlər isə kin və nifrəti, bitib tükənməyən mübarizəni və döyüşü əmr edir. Buna görə də faşistlər dinin səmimi olaraq yaşanmasını və cəmiyyətə dinin gətirdiyi gözəl əxlaqın hakim olmasını istəməzlər, çünki belə bir vəziyyətdə özləri cəmiyyətə hakim ola bilməyəcəklər. Buna görə də həm guya dindar kimi görünür, həm də haqq dinin yaşanmasınının gizlicə və məkrli tədbir və tətbiqlər həyata keçirməklə qarşısını almağa çalışırlar. 20-ci əsr tarixi bunun dəlilləriylə zəngindir.

 

Nasistlərin din düşmənçiliyi

Nasist ideologiyasının köklərini və din mövzusundakı mövqeyini kitabın əvvəlki bölmələrində araşdırmışdıq. Dəlilləriylə ortaya qoyduğumuz kimi, nasist ideologiyası, bütün ilahi dinlərə qarşı nifrət bəsləyən azğın bir təlimdir. Bu ideologiyanın təməli Nitsşenin din düşmənçiliyi fəlsəfəsinə və Darvinin yaradılışı rədd edən ateist təkamül nəzəriyyəsinə əsaslanır. Nasistlərin əxlaq anlayışı isə, qədim Yunanıstandakı və xristianlıqdan əvvəlki kobudluq tərəfdarı olan alman qövmlərindəki bütpərəst mədəniyyətin bir təqlididir: Nasizm bütpərəst bir ideologiyadır. Bu həqiqət, mövzunu araşdıran bir çox şərhçi tərəfindən dilə gətirilmişdir. Amerikalı araşdırmaçı Jerry Bergmann tərəfindən qələmə alınan Darwinism and the Nazi Race Holocaust (Darvinizm və nasist İrq Soyqırımı) başlıqlı bir məqalədə, nasistlərin dinə necə baxdıqları belə izah olunur: "Alman teologiyasının ana xəttindən və məktəblərindən dini çıxarmaq və yerinə Darvinizmi yerləşdirmək, soyqırım faciəsiylə nəticələnən Sosial Darvinizmin qəbul edilməsinə açıq şəkildə kömək etdi.

The Scientific Origins of National socialism (Nasizmin elmi mənşələri) başlıqlı kitabın yazıçısı Daniel Qasman da bu tapıntını təsdiqləyir və belə yazır: Hitler bioloji təkamül fikrini, ənənəvi din qarşısındakı ən güclü silah olaraq vurğulamışdı və xristianlığı təkamül təliminin əleyhdarı olaraq daima günahlandırmışdı. Hitler üçün, təkamül müasir elmin və mədəniyyətin keyfiyyət göstəricisiydi. O da Hekkel kimi təkamülün doğru olduğunu çox güclü şəkildə müdafiə etmişdi. Hitler dinə olan nifrətini bu sözləriylə də göstərmişdi: ... (Din deyilən) uydurulmuş yalan yox edilməlidir. Dövlət mütləq idarəçi olaraq qalmalıdır. Gənc olduğum vaxt dini dinamitlə yox etməyin lazım olduğuna inanırdım... İnsanlarımız din olmadan yaşamağı bacardılar. Altı SS birliyim var və bunlar din mövzusunda tamamilə laqeyddirlər. Amma bu onların ruhları cəsarətlə dolu halda ölümə getmələrinə mane olmur.

Şübhəsiz ki, Hitler bu azğın məntiq örgüsünü irəli sürərkən xeyli aldanmışdı. İnsanlara vicdanlarının əmr etdiyi kimi yaşamağı öyrədən din əxlaqı, bir cəmiyyəti ayaqda saxlayan əsl dəyərdir. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə isə, tarixdə bir çox nümunədə görüldüyü kimi, korlanma və məhv qaçılmazdır. Bu məhvin, faşist sistemlərdə olduğu kimi totalitar tətbiqlərlə qarşısını almaq qeyri-mümkündür. Nasistlərin başına gələn aqibət bu baxımdan da olduqca ibrətamizdir. Üstəlik Hitler bu fikirləriylə robot bir cəmiyyət meydana gətirir və əsgərlərini mənasız bir şey uğrunda daima ölümə göndərirdi. "Alman ruhu", "döyüşçü qüruru" və s. kimi bütpərəst anlayışlarla bəzəməyə çalışdığı bu modeli yox edəcəyini çox yaxşı bildiyi, ilahi dinlərə isə öz aləmində "dinamitlə yox edilməsi lazım olan" inanclar olaraq baxırdı. Hitler din mövzusundakı fikirlərini, Oberzalsbergdəki villasında toplanan zabitlərinə də qısaca olaraq belə çatdırmışdı: "Bizlərin ümumiyyətlə səhvən bir dinə bağlanmamız bədbəxtlikdir. Çünki vətən uğrunda can fəda etməyi müqəddəs sayan yaponların o dini niyə bizdə yoxdur?".

Bütün bunlar Hitlerin inkarçı xarakterini göstərən ifadələrdir. Faşistlərin azğın anlayışına görə əgər din əxlaqı yaponlarınkı kimi döyüşü əmr edirsə, belə bir dini, öz ideologiyaları üçün istifadə edə biləcəklərindən ötrü qəbul edə bilərdilər. Ancaq xristianlıq döyüşün deyil, sülh, rəqabətin deyil, fədakarlığın tərəfdarıydı. Buna görə də nasist partiyası bir tərəfdən katolik kilsəsiylə daima döyüşdüyü halda, bir tərəfdən də "nasizmə uyğun bir xristianlıq" meydana gətirməyə çalışdı.

Geri