Yevgenika cinayətlərinin banisi: Frensis Qalton

20-ci əsr faşizminin təməllərini quran başqa bir əhəmiyyətli 19-cu əsr ideoloqu, "yevgenika" nəzəriyyəsinin banisi olaraq tanınan Frensis Qaltondur. Yevgenika anlayışından əvvəlki səhifələrdə bəhs etmişdik. İnsanları bir heyvan növü kimi görən, bundan ötrü də heyvanlar üçün olan qaydaları insanlara tətbiq edən bir zehniyyətin məhsulu olan yevgenika, insan nəslinin də inəklər və ya itlər kimi "heyvan yetişdirilməsi" üsuluyla inkişaf etdirilməsini qarşısına məqsəd qoymuşdu. Yevgenikaya görə bir cəmiyyətdəki əlillərin və xəstələrin çoxalmasının qarşısı alınmalı, (lazım gəlsə bunlar öldürülməlidir) sağlam fərdlər isə bolluca "cütləşdirilərək" sağlam və güclü nəsillər yaradılmalıydı. Bu siyasət, bütpərəst aləminin döyüşçü şəhər dövləti olan Spartada tətbiq edilmiş və Platon tərəfindən də müdafiə olunmuşdu.

Yevgenika xristianlığın hakimiyyətiylə birlikdə tarixin tozlu rəflərinə qoyulmuşdu ki, Çarlz Darvin Növlərin Mənşəyi adlı kitabını nəşr etdi. Darvin kitabının ilk hissələrini heyvan yetişdirilməsi mövzusuna ayırmış, məhsuldar inək və ya at cinsləri meydana gətirən yetişdiricilərə diqqət çəkmiş, sonra da İnsanın Törəməsi adlı kitabında bu üsulu insanlara tətbiq etməyin mümkün olduğunu irəli sürmüşdü. Darvinin açdığı yevgenika yolunu genişləndirən və yevgenikayı əhatəli bir proqram olaraq təsvir edib dünya gündəminə gətirən adam isə, Darvinin əmisi oğlu Frensis Qalton oldu. Qalton ehtimal edilə biləcəyi kimi, Darvinin qızğın bir pərəstişkarı və davamçısı idi. Memories of My life (Həyatımın Xatirələri) başlıqlı tərcümeyi-halında belə yazırdı:

1859-ci ildə Növlərin Mənşəyi adlı kitabın Çarlz Darvin tərəfindən nəşr edilməsi, bəşəriyyətin ümumi düşüncəsində olduğu kimi mənim şəxsi zehni inkişafımda da çox böyük bir dönüş nöqtəsi olmuşdu. Bu (kitabın) təsiri bir çox xurafatçı maneənin bir zərbəylə bir anda yox edilməsi, bütün keçmiş hakimiyyət orqanlarına qarşı bir üsyan ruhunun yüksəlməsi mənasını verirdi. Qaltonun öz aləmində "xurafatçı manelər" və "keçmiş orqanlar" kimi anlayışlarla pisləyərək bəhs etdiyi anlayışlar, dini inanclar və dini qurumlar idi. Yəni Darvin Qaltonun guya "böyük bir dönüş nöqtəsi" yaşamasına və inancını itirib dinsizləşməsinə səbəb olmuşdu. Qaltonun dinsizləşməsi, bütpərəst aləminin irqçiliyini mənimsəməsiylə nəticələndi. Qalton Darvinin yanaşı başqa bir təkamülçü ideoloq olan fransız həkim və antropoloq Paul Brocadan da təsirlənmişdi. Broca insan zəkasının beyin (və bu səbəbdən kəllə) həcmiylə düz mütənasib olduğunu irəli sürmüş və bunu guya "isbat etmək" üçün də Paris qəbiristanlıqlarını dəlik-deşik edərək yüzlərlə kəllə ölçmüşdü. Qalton Brocanın beyin həcmi ilə əlaqədar -və səhv olduğu sonradan qəti olaraq sübut ediləcək - xurafatları ilə əmisi Çarlz Darvinin "heyvan yetişdirilməsi" məntiqlərini birləşdirdi. Nəticədə, bəzi insan irqlərinin digərlərindən daha üstün olduğu və üstünlərlə zəiflərin bir-birindən mütləq ayrılmalı olduğu şəklindəki "yevgenika" nəzəriyyəsi meydana gəldi. Qalton fikirlərini ilk növbədə 1869-cu ildəki Hereditary Genius (İrsi Dahi) adlı kitabında qeyd etdi. Kitabda ingilis tarixində aşkarladığı bəzi "dahilik"lərdən bəhs edir və bunların özlərinə xas irqi xüsusiyyətlər daşıdığını müdafiə edirdi. (Bu "dahi"lərin arasında əmisi Darvini yerləşdirməyi unutmamışdı). Qalton bu iddiasından sonra, ingilis milləti içində genetik olaraq digərlərindən üstün olan ayrı bir qanın olduğunu və bu qanın qorunması üçün tədbirlər görülməsinin lazım olduğunu irəli sürürdü. Bu nəzəriyyə yalnız ingilislər üçün deyil, bütün irqlər üçün də məqbuldu. Kanadalı yazıçı Lan Taylor, darvinizmin sosial təsirlərini ələ aldığı İn the Minds of Men adlı kitabında belə yazır: Qalton bəzi irqlərin irsi olaraq üstün olduqlarını və üstünlüyün keçmişdən gələn və gələcəyə uzanan sabit və dəyişməz bir fakt olduğunu irəli sürürdü... Qaltonun bu iddiasının nəticəsi isə, bəşəriyyətin xeyri naminə, üstün gen hovuzunun aşağı gen hovuzuyla qarışmasının hər nə bahasına olursa olsun qarşısının alınmasının lazımlığı idi. Qalton "üstün irqlə aşağı irqlərin qarışmasının qarşısının alınması" üçün qanuni tədbirlərin tətbiq olunmasının lazım gəldiyini də müdafiə edirdi. Qaltona görə nikahlar bu təkamül məqsəd nəzərə alınaraq qanunla bağlanmalıydı. Onda bir müddət sonra "çox üstün bir insan irqi yaradıla biləcəkdi". Qalton bu irqçi-təkamülçü nəzəriyyəsinə ad tapmaq üçün də, nəzəriyyəsinin bir vaxtlar konkret şəkildə tətbiq olunduğu bütpərəst aləminə yönəldi. Yunanca "yaxşı doğum" mənasını verən "yevgenika" sözünü o tapdı və ilk dəfə istifadə etdi. Yevgenika dövrün ibtidai elm anlayışı içində qısa müddətdə geniş kütlələr tərəfindən dəstəkləndi. Darvinizmi qəbul edənlər qaçılmaz olaraq yevgenikayı da qəbul edirdilər. Sonda 1901-ci ildə London Universitetinin nəzdində Eugenic Education Society (Yevgenika Təhsil Dərnəyi) quruldu. Dərhal sonra qurulan British Eugenics Society isə, yevgenika məqsədiylə cəmiyyətdəki bütün şikəstlərin "sterilizasiya edilməsi", yəni xədimləşdirilməsi lazım olduğunu müdafiə etdi. Çarlz Darvinin oğlu Leonard Darvin 1911-1928-ci illər arasında bu dərnəyin başçısı və gəlib-keçmiş ən aktiv üzvü idi.

Yevgenika İngiltərədən sonra ABŞ-da da özünə tərəfdarlar tapdı. 1920-ci və 1930-cu illərdə Amerikadakı təkamülçü dairələr yevgenika mövzusunda böyük bir təbliğat həyata keçirdilər və bəzi əyalətlər "Sterilizasiya Qanunları" olaraq məlum olan irqçi qanunlar çıxardılar. Bu qanunlar genetik cəhətdən zəif və ya xəstə olduğu düşünülən qadın və kişilərin əməliyyat yoluyla xədimləşdirilməsini nəzərdə tuturdu. Bu qanunlar bu gün ABŞ-da "üz qarası bir irqçilik nümunəsi" olaraq qəbul edilir. Üstəlik, nəzəriyyəsinin elmi həqiqətlərə tamamilə zidd bir xurafat olduğu da qəbul edilir. 2000-ci illərdə çıxarılan insan genomu xəritəsi, fərqli insan irqləri və fərdləri arasındakı genetik fərqin çox-çox kiçik olduğunu və bu fərqliliklərə əsaslanan bir çoxalma siyasəti yürütməyə çalışmağın çox axmaq olduğunu göstərmişdir. İnsan irqlərini Allah bərabər olaraq yaratmışdır. Allah Quranda insanlara belə bildirir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (irq və ya nəsil cəhətdən üstün olanınız deyil) Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

 

Zəif və irsi cəhətdən xəstə olan insanlara qarşı tətbiq olunacaq çıxış yolu isə, onları bir heyvan kimi "sterilizə etmək" deyil, şəfqət və mərhəmət prinsiplərinin tələbinə əsasən müalicə etmək və qorumaq olmalıdır. Ancaq Allahın bizə öyrətdiyi din əxlaqının bir tələbi olan bu yanaşma əvəzinə, Qərb dünyasında 20-ci əsrin əvvəllərində bütpərəst mədəniyyətin və təkamül nəzəriyyəsinin bir nəticəsi olan yevgenik yanaşma qəbul edilmişdir. Bu bütpərəst və təkamülçü nəzəriyyənin nə cür böyük bir vəhşiliyə səbəb olduğu isə, əsl mənada Almaniyanı, nasist Almaniyasını araşdırdığımızda ortaya çıxır.

Geri