Vəhşiliyi tərifləyən xəstə beyin: Fridrix Nitsşe

Darvinizmin gətirdiyi neo-bütpərəst anlayışını mənimsəyən, şərh edən və bu yolla faşizmin təməllərini quran çox əhəmiyyətli bir 19-cu əsr mütəfəkkiri daha vardır: Alman filosofu Fridrix Nitsşe. Nitsşe 1844-cü ildə Leypsiq yaxınlığındakı bir alman kəndində anadan olmuş və gənc yaşında yunan dilini öyrənərək yunan mədəniyyətinə maraq göstərmişdir. 1868-ci ildə İsveçrənin Bazel şəhərində fəlsəfə müəllimliyinə başladı. Nitsşe xristianlıq və İslam, yəhudilik kimi digər ilahi dinlərə nifrət edir və qədim Yunanistanın bütpərəst mədəniyyətinə heyranlıq duyurdu. Bazeldə dövrün məşhur bəstəkarı Vaqner ilə yaxın dost oldu. "Tanrıların Alaqaranlığı" (Die Gotterdammerung) adlı bəstəsiylə məşhurlaşmış Vaqner də yenə bütpərəst mədəniyyətinə heyran, ilahi dinlərə isə düşmən olan bir alman irqçisi idi. (Hitler dövrü ərzində Vaqner, Almaniyanın ən böyük mədəni dahisi qəbul ediləcəkdi). Nitsşenin kitablarını nəşr edən Peter Gast, onu "dünyadakı ən qatı ateist və xristianlıq dininin düşmənlərindən biri" olaraq xarakterizə etmişdi.  Nitsşenin ən məşhur kitablarından birinin adının Dəccal (Anti-Christ) olması, onun dinə olan nifrətinin digər bir ifadəsi idi. Nitsşe zərdüşt belə buyurdu adlı kitabıyla da, ilahi dinlərdən kənar bir əxlaq anlayışı yaratmağa çalışmışdı. Nitsşenin ömür hekayəsini qələmə alan tarixçi H.F. Petersin ifadəsiylə, Nitsşenin fəlsəfəsi Roma və yunan bütpərəstliyinə əsaslanır və "dünyanı dəyişdirəcək yeni bir Sezar tapmaq" axtarışının nəticəsi idi. Nitsşe xüsusilə xristianlıq, İslam və yəhudilikdə ortaq olan əxlaq anlayışına böyük nifrət bəsləyirdi. Nitsşeyə görə bu əxlaqın təməli olan şəfqət, mərhəmət, təvazökarlıq, sevgi kimi anlayışlar tərk edilməli və bunun əvəzinə döyüşçülüyü, mərhəmətsizliyi qəbul edən guya "üstün insan əxlaqı" yaranmalıydı.

Nitsşe Thus spake zarathustra adlı kitabında, "bütün yazılı əsərlər arasında, mən yalnız insanın qanıyla yazdıqlarımı xoşlayıram. Qanla yazın, beləliklə də qanın ruh olduğunu başa düşərsiniz" demişdir. (Nitsşe Fridrix, Thus Spake Zarathustra, Birinci Bölüm, "Okuma ve Yazma" üzerine)

Nitsşe həmçinin irqçi idi. İnsanların bir qisminin "üstün insan" (Übermensch) olduğunu, digərlərinin bunlara xidmət və itaətlə məsul olduğunu müdafiə edirdi. Üstəlik bu qondarma "üstün insanların" quracağı aristokratik bir dünya nizamını müdafiə edirdi. Nitsşenin bu nəzəriyyəsi Hitlerin orduları tərəfindən 1939-cu ildə II Dünya müharibəsinin başlamasıyla tətbiq olunmağa başlayacaqdı. Nitsşenin bu iki xüsusiyyəti, yəni irqçiliyi və şiddətə olan meyli diqqət yetirilsə Darvinizmlə böyük bir uyğunluq təşkil etdiyi görünər. Necə ki, Nitsşe fəlsəfəsini inkişaf etdirərkən Darvindən böyük ölçüdə təsirlənmişdir. Əvvəlcə Darvinin insan irqləri arasında apardığı ayrı-seçkilik, Nitsşenin "üstün insan-aşağı insan" tərifinə uyğun gəlmişdir. Üstəlik Nitsşe dinə qarşı bəslədiyi nifrəti də, Darvinizmin ateizmiylə birləşdirmişdir. Darvinist yazıçı Daniel C. Dennett, Darwin's Dangerous İdea adlı kitabında Darvinin Nitsşe üzərindəki təsirini belə ifadə edir: "Fridrix Nitsşe Darvində çox kosmik bir mesaj tapmışdır... Əgər Nitsşe egzistansiyalizmin atası isə, onda bəlkə Darvinin də bu fəlsəfənin babası sifətini qazanmağı haqqı çatır".
Dennet, kitabında Darvinin və Nitsşenin fikirlərinin çox üst-üstə düşdüyünü təfərrüatlı olaraq izah edir, Nitsşenin bəzi məqalələrində Darvini tənqid edən kimi görünməsinə baxmayaraq, həqiqətdə Darvinist düşüncəni eynilə mənimsədiyinə dair bir çox nümunə verir.

Nitsşenin ölümündən sonra fəlsəfəsini müdafiə edən və onu təmsil edən ən əhəmiyyətli adam bacısı Elizabet Nitsşe olmuşdur. Elizabet Nitsşe, Hitler Almaniyasında nasist ideologiyasının əhəmiyyətli bir müdafiəçisi olaraq məşhurlaşmış və qardaşının irəli sürdüyü "üstün insan" modelinin Hitler tərəfindən reallaşdırıldığını elan etmişdir.

Nitsşenin nasist ideologiyası üzərindəki böyük təsiri bir çox tarixçi tərəfindən vurğulanan konkret bir həqiqətdir. Tarixçi V. Kleo Skousen, "Hitlerin Döyüşüm adlı kitabını yazması, sanki Nitsşenin məzarından danışması kimi olmuşdur" deyir.  Başqa bir tarixçi Corc Likzheim isə belə yazır: "Nitsşe olmadan, Hitlerin SS birliklərinin Şərqi Avropada törətdikləri qırğınları davam etdirəcək ilhama sahib ola bilməyəcəklərini demək heç də şişirtmə deyil".  Tarixçi H.F Petersin tərifiylə desək, "Nitsşe faşizmin atasıdır".  Nasist ideoloqu Alfred Rozenberq 20-ci Əsrin Əfsanəsi adlı kitabında Nitsşeyi tərifləmişdir. Nasistlərin gənclik qolu xüsusiyyətindəki "Hitler Gəncliyi" (Hitlerjugend) təşkilatı, Nitsşenin Zərdüşt belə buyurdu adlı kitabını sanki "müqəddəs kitab" olaraq mənimsəmişdir. Adolf Hitler Nitsşenin xatirəsinə xüsusi bir abidə inşa etmiş, üstəlik bununla yanaşı "alman gəncliyinin Nitsşenin üstün irq doktrinasını öyrənə biləcəkləri bir təhsil mərkəzi və kitabxana"nın təməlini atmışdır.  "Fridrix Nitsşe zum Gedächniserbau" (Fridrix Nitsşe monumental binası) Hitler tərəfindən 1938-ci ilin avqustunda açılmışdır.

Nitsşenin təsiri yalnız Alman faşizmiylə məhdudlaşmamış, faşizmin ana vətəni İtaliyada da böyük olmuşdur. İtalyanın faşist diktatoru Mussolininin fikir atası hesab edilən Gabriele D'Annunzio Nitsşe fəlsəfəsindən çox təsirlənmişdir,  Mussolininin də danışıqlarında Nitsşeyə istinadlar etdiyi və onun kitablarından təsirləndiyi, tarixçilər tərəfindən qeyd edilir.  Faşizmin banisi olan Nitsşenin 20-ci əsrdə bəşəriyyətə gətirdiyi fəlakətlər bu alman filosofun Darvinist düşüncələrinin nə cür səhv olduğunu göstərən tarixi bir dəlil olmuşdur. Allahın insanlara vəhy yolu ilə öyrətdiyi üstün əxlaqa qarşı çıxan, bunun əvəzinə bütpərəst cəmiyyətlərin qan tökücü, zalım mədəniyyətinə etina edərək bunu müasir dövrə daşımağı qarşısına məqsəd qoyan, Darvinin insanları heyvan kimi görən, onları üstün irq və aşağı irq deyə qruplaşdıran fikirlərini insanlara təlqin edən Nitsşe, dinsizliyin insanları və cəmiyyətləri sürüyəcəyi qaranlıq dünyanı ən yaxşı şəkildə təmsil edir. Nitsşenin həyatı da bu cəhətdən ibrətamizdir. 44 yaşında olarkən ruhi bir xəstəliyə tutulmuş və getdikcə artan xəstəlik nəticəsində tamamilə havalanaraq ölmüşdür. 1902-ci ildə P.J Mobius adlı bir həkim, insanlara "Nitsşe barəsində diqqətli olmalarının lazım olduğunu, çünki fikirlərinin xəstə bir beynin məhsulu olduğunu" xəbər vermişdir.  Amma almanlar bu xəstə beynin xəstə fəlsəfəsinə etibar etmiş və bu da nasist Almaniyasını meydana gətirmişdir. Nitsşenin şəxsi həyatı, ən az fəlsəfəsi qədər qaranlıq və xəstədir. Nitsşenin aqibəti də tarix boyu yaşamış bütün inkarçılar kimi çox pis olmuşdur. Nitsşe bir dəlixanada, sifilisdən ölmüşdür. Ayələrdə belə buyurulur:

 Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır. Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları ağrılı-acılı bir əzab gözləyir. Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır. (Ali İmran surəsi, 176-178)

Geri