Gündəlik həyatda faşizm

Faşizmin ən əsas xüsusiyyətlərindən biri olan irqçilik, bura qədər nəzərdən keçirdiyimiz kimi, Qərb dünyasında yüksəlir və bunun arxasında da darvinist-bütpərəst dünyagörüşünün yayılması durur. Bəs görəsən faşizmin digər bir əsas xüsusiyyəti olan şiddət sevgisi, yəni şiddəti, vəhşiliyi, qan tökməyi, mərhəmətsizliyi normal hesab edən bütpərəst əxlaq hələ də yaşayırmı? Bəli yaşayır, həm də çox güclü bir şəkildə yaşayır. Amerikalı tarixçi Gene Eduard Veiz, Modern Fascism: Liquidating the Judeo-Christian Worldview (Müasir Faşizm: Xristian-yəhudi dünyagörüşünün yox edilməsi) başlıqlı kitabında, faşist mədəniyyətin hansı səbəbə görə, hələ də hökm sürdüyünü belə izah edir: 1930-cu illərdə (faşist) qabaqcıl sənətçilər, şiddəti və ibtidai hissləri ucaldan estetik nəzəriyyələriylə, burjuaziyanı təəccübləndirmişdilər. Əgər, bu gün bu köhnə faşist incəsənətin nümunələrini görmək istəyirsinizsə, yalnız Hollivudun keçid rekordları qıran son filminə getməyiniz, MTV kanalını açıb seyr etməyiniz və ya bir Heavy Metal konserti izləməyəniz kifayətdir. Bunlarda faşistlərin bədii ideallarını görə bilərsiniz: Bu ideallar şiddətdən zövq almaq, əxlaqa üsyan etmək arzusu və Aryan bədən dini. Bir şiddət filmindəki vəhşi qaniçənlik, düşmənlərinin üstünü pulemyotla yoxlayaraq ixtiyarı öz əllərinə alan vücudu inkişaf etdirən və ya Metallicanın "sanki səni öldürürəm kimi, hay-küy sal", şəklindəki mahnısına uyaraq rəqs edən gənclər, incəsənətin bu növü, məhz faşist estetikasının özüdür. Gündəlik həyatda qarşılaşdığımız "məşhur mədəniyyət"də də, faşist ideologiyanın gizli bir hakimiyyəti vardır. Filmlərdə, çizgi romanlarda, rok konsertlərində, musiqi kliplərində ortaya çıxan bu şiddət həvəsi mədəniyyət, Darvinist-faşist dünyagörüşünün bir nəticəsidir. İnsanlara bir heyvan növü olduqlarını, yeganə təbiət qanununun "qarşıdurma, öldürmə, qalibiyyət"dən ibarət olduğunu təlqin edən, bunu qanuni, ağıllı və elmi bir düşüncə kimi göstərən bu dünyagörüşü, 1930-cu illərdə alman cəmiyyətini nasist kobudluğuna sürüdüyü kimi, indiki vaxtda da kütlələri şiddət hərəkətlərinə, təcavüzkar, vəhşi, kobud və qan tökücü bir əxlaqa sürükləyir. Gündəlik həyatdakı faşizmi görmək üçün dünya mətbuatına baxmaq kifayətdir: Adi bir anlaşılmazlıq nəticəsində bir-birlərini bıçaqlayan ailə üzvləri, bir futbol matçının sonunda bir-birlərini ölənə qədər döyən futbol azarkeşləri, yaşlı atasının mirasını ələ keçirmək üçün onu mərhəmətsizcə öldürən xain övladlar, kiçik bir uşağı qaçırıb işgəncəylə öldürən və bunu "zövq almaq üçün "etdiyini deyən ruhi xəstələr...  Bu kimi nümunələr o qədər çoxdur ki, insanların çoxu bunları "normal" və "qaçılmaz" saymağa başlamışlar. Halbuki, bunlar əslində cəmiyyətdə yayılan bir "dünyagörüşü”nün nəticələridir. Kiçik yaşlarından etibarən, "həyat bir döyüşdür, güclülər qalib gələr", "əgər sən əzməsən, başqaları səni əzər" kimi təlqinlər altında böyüyən, seyr etdikləri filmlərdə, dinlədikləri mahnılarda davamlı olaraq bu mesajlarla beyni yuyulan bir kütlə vardır və sözügedən mətbuat xəbərləri, bu yuyulmuş beyinlərin günahlarından ibarətdir. Bu xəbərlərin qəhrəmanları, əsasən cəmiyyətin təhsilsiz təbəqəsidir. Daha "səviyyəli" kimi görünən kübar təbəqə isə, əslində eyni dünyagörüşünün tələb etdiyi cinayətləri yenə törədir, amma bunu daha üstüörtülü və peşəkar bir şəkildə həyata keçirir. Dünya cəmiyyətlərindəki bu qəribə şiddət meyli insanlara məlumdur, amma buna heç bir çıxış yolu tapıla bilmir. Bunun bir səbəbi, başda ifadə etdiyimiz kimi bu ictimai şiddətin "normal" hesab edilməsidir. İkinci bir səbəb isə, əksər insanın bu şiddətin həqiqi qaynağını görə bilməməsidir. Problemin yalnız məhkəmə və detektiv tədbirlərlə həll edilə biləcəyini zənn edir və yanılırlar. Əlbəttə ki, sözügedən "texniki" tədbirləri görmək lazımdır, amma əsl həll cəmiyyətlərdəki korlanmanın mədəni qaynağını tapmaq və bu qaynağı yenə mədəni bir inkişafla müalicə etməkdir. Bu korlanmanın qaynağı isə, kitabın əvvəlindən bəri nəzərdən keçirdiklərimizin bizə açıq şəkildə göstərdiyi kimi, Darvinizmdir. "Həyat bir döyüşdür, güclülər qazanar", "əgər sən əzməsən, başqaları səni əzər" kimi təlqinlərin qaynağı olan Darvinizm dünyada getdikcə genişlənən​“gündəlik həyat faşizminin" əsl cavabdehidir. Bu diaqnoz qarşısında bəziləri etiraz edə bilər və "şiddət göstərən insanların böyük əksəriyyətinin Darvinizmdən xəbərsiz olduğunu" irəli sürə bilər. Bu iddia qismən doğrudur: Həqiqətən də dünyada yayılan şiddətin təşəbbüskarları, Darvinizm barədə heç nə eşitməmiş belə ola bilərlər. Amma bu kütləni istiqamətləndirən, onların dünyagörüşünü meydana gətirən təbəqə, bu mövzuda Darvinizmdən ilham alır. Bu təbəqə universitetlərdə, mətbuatda, bir çox elmi təşkilatda, incəsənət və ədəbiyyat sahəsində, kino və televiziyada və insanların düşüncəsinə təsir edən hər cür ictimai sektorda güclü və hakim vəziyyətdədir. Və cəmiyyətə "həyat bir döyüşdür, güclülər qazanar", "əgər sən əzməsən, başqaları səni əzər" kimi təlqinləri verənlər də bunlardır. Məhz cəmiyyətə istiqamət verən bu təbəqə, Darvinizmə kor-koranə inanır, özlərini Allah tərəfindən yaradılmış və Ona qarşı məsul olan qullar kimi deyil, meymunlardan təsadüfən törəmiş və tək məqsədi "qarşıdurma" olan inkişaf etmiş heyvanlar kimi görürlər. Necə ki, qəzetlərində, jurnallarında, ekranlarında bu Darvinist mesajı mütəmadi surətdə verirlər.

Halbuki bu insanların hamısı –sözügedən xəbərlərə vəsait olan kütlə də, bunların dünyagörüşünü meydana gətirən "seçilmişlər" də- böyük bir yanılma içindədirlər. İnsan Darvinizmin iddia etdiyi kimi təsadüflərlə ortaya çıxmış və tək məqsədi münaqişə etmək olan bir heyvan deyil. İnsanı Allah yaratmışdır və O da Onun öyrətdiyi əxlaqa görə yaşamaqla məsuldur. Və elm, Darvinist təbliğatın əksinə, Darvinizmi deyil, yaradılış həqiqətini təsdiqləyir. Quranda bildirildiyi kimi, "O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir”. (Həşr surəsi, 24)  Allahın yaratdığını inkar edən faşist mədəniyyətin ortadan qalxması üçünsə, sözügedən Darvinist fəlsəfənin fikirlə çökdürülməsi və insanların bu yalandan xilas edilməsi vacibdir. Əhəmiyyətli olan, insanlara "mərhəmətsiz olun, qan tökün, öldürün, bu sizin instiktinizdir, onsuz da bir heyvansınız və öldükdə yox olacaqsınız" deyə pıçıldayan səsin susdurulmasıdır. Bu səs susdurulduğunda, bununla keyləşdirilmiş kütlələr də həqiqətləri görəcək və bu dünyada nə üçün yaşadıqlarını başa düşəcəklər.

Geri