Faşizmin iki üzlü din siyasəti

Hitlerin din haqqında istifadə etdiyi ikiüzlü siyasət də, yalnız nasizmə xas bir üsul deyil, faşist rejimlərin ümumi obrazıdır. Faşist ideologiya üçün din yalnız bir vasitədir. Çünki dini dəyərlərdən istifadə etmədikləri müddətcə xalqlarının, etdikləri zülmlərə və irqçi siyasətlərə reaksiya verəcəklərini bilirlər. Bu səbəblə də dini anlayışları təhrif edərək öz ağıllarına görə şərh irəli sürərlər. Ağızlarında daima yaşadıqları cəmiyyətin istifadə etdiyi dini terminlər, dini ifadələr vardır, ancaq tətbiqə baxıldığı təqdirdə dindən olduqca uzaq bir strukturla qarşılaşırıq. Bu, faşist liderlərin xalqı özlərinə bağlaya bilmək məqsədiylə meydana gətirdikləri bir siyasətdən başqa bir şey deyildir. Çünki xalqın dini dəyərlər naminə bir çox fədakarlığı edə biləcəyini, bu ülvi inanclardan ötrü bir çox şeyi gözə ala biləcəklərini onlar da bilirlər. Bu səbəblə də özlərini Allah naminə, din naminə yola çıxmış kimi göstərərlər. Dini xatırladacaq və beləcə xalqı motivasiya edəcək şüarlar istifadə edib, təbliğatlarında da dini simvollara üstünlük verib, özlərinə dini bir görünüş qazandırmaq istəyirlər. Buna qarşı faşizmin tələb etdiyi bütün zalımlıqları və qeyri-insani hərəkətləri də edərlər. Yəni əslində dedikləriylə etdikləri bir-birinə tamamilə ziddir. Faşistlərin öz hakimiyyətləri üçün dini beləsinə saxtakar bir üzlə istifadə etmələri onların zalımlıqlarının başqa bir dəlilidir. Allaha qarşı yalan uyduranlar üçün Rəbbimiz ayədə belə bildirir:

Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır” – deyəcəklər. Allahın lənəti olsun zalımlara! (Hud surəsi, 18)

 

Digər tərəfdən, faşistlərin istifadə etdiyi dini şüarlara aldanan və onların bu taktikasından təsirlənənlər isə, yenə səmimi olaraq dinə inanan insanlar deyillər. Bunlar kobud, cahil, düşünmə qabiliyyəti inkişaf etməmiş, dini də atalarından qalan bir ənənə kimi qiymətləndirən insanlardır. Buna görə də faşistlərin dindən istifadə etmələrindəki ağılsız, səthi və saxtakar üslubu görə bilməzlər ya da görməməzlikdən gələrlər. Əvvəlki səhifələrdə izah edilənlərdən da aydın olduğu kimi bu cür dini təlqinlərlə xalqa Darvinist məntiqi və irqçi aksiyaları haqlı göstərməyə çalışmışlar. Əslində bunlar faşistlərin ağılsızlıqlarına aydın bir dəlildir. Çünki din əxlaqının irqçiliyi aradan qaldırdığı və insanlar arasında qardaşlığı, sülhü dəstəklədiyi çox aydın bir həqiqətdir. Allah insanlar arasındakı yeganə üstünlüyün təqvaya görə olduğunu, rəqabətin deyil, fədakarlıq, şəfqət və həmrəyliyin gözəl olduğunu insanlara bildirmişdir. Ancaq faşistlər bu saxta dindar görünüşləriylə yalnız xalqın çox cahil bir hissəsinə təsir edə bilərlər.

Geri