Faşist sistemin incəsənətə endirdiyi zərbə

Faşizmin diqqət çəkici başqa bir cəhəti isə faşist rəhbərliklər altında yaşayan insanların incəsənət qabiliyyətlərinin inkişaf etməməsi və elmi istiqamətdəki işlərindən səmərəli bir nəticə əldə etməmələridir. Bunun səbəbini görmək üçün, əvvəlcə incəsənətin nə olduğunu bilmək lazımdır. İncəsənət insanın gözəlliklərdən zövq alması və bunu ifadə etmək arzusuyla başlayır. Bunun üçün də əvvəlcə bu gözəlliklərdən zövq alacaq bir ruha sahib olmaq lazımdır. Məsələn, sevgi, şəfqət kimi hisslərə, estetik hisslərə sahib olan bir sənətkar bir heyvana, bir mənzərəyə, bir bitkiyə baxdığı vaxt onun gözəlliyini görür, ona qarşı coşğulu bir sevgi duyar və onu təsvir edər. Bu tip gözəlliklər qarşısında bir bəstəkar da gözəl musiqilər bəstələyə bilər, çünki ruhunda bu gözəllikləri hiss edər və bunu ifadə edər. Eyni şey ədəbiyyatdan musiqiyə qədər hər sahə üçün, incəsənətin hər sahəsi üçün məqbuldur.

Digər tərəfdən donuq və qatı bir ruhla, zalımlığa, mərhəmətsizliyə alışmış, insani xüsusiyyətlərini itirmiş bir bədənlə incəsənətlə məşğul olmaqdan söhbət belə gedə bilməz. Təcavüzkarlığın, kobud qüvvətin üstünlüyünə inanmış, qan tökücülüyün vacibliyini mənimsəmiş, dünyanı bir döyüş mühiti, güclü olanların yaşamağa haqqının çatdığı bir cür meydan kimi görən bir insanın təbiətdəki gözəlliklərdən və ya insan gözəlliyindən təsirlənməsi, bunlardakı incəlikləri fərq edə bilməsi qeyri-mümkündür. Bu sayılan xüsusiyyətlər faşistlərin xüsusiyyətləridir. Bundan ötrü də, bir faşistin incəsənət hissinə sahib olması qeyri-mümkündür. Olduqca kobud, anlayışsız və cahil olan faşist ruh, incəsənəti "lazımsız" bir şey kimi görər. Əslində faşistlərin incəsənətə olan əleyhdarlığı, özlərinə nümunə götürdükləri faşist spartalılara qədər gedib çıxır. Afinada incəsənətin olduqca inkişaf etdiyi bir dövrdə, spartalılar incəsənətlə məşğul olmağı lazımsız hesab edirlər və hələ kiçik yaşlarından etibarən vətəndaşlarını döyüşçü kimi yetişdirirdilər. Spartalı uşaqların bu təhsili əsnasında oxuyub-yazma, incəsənət kimi mövzularla maraqlanmaları az qala qadağan idi. 20-ci əsrin faşist dövlətlərində isə ən çox dövlət mənafeyini əks etdirən incəsənət əsərləri görmək mümkündü ki, bunlar da onsuz da faşist dövlətin təbliğatından istifadə etmək üçün hazırladılmış, ruhsuz və mexaniki "xüsusi hazırlanmış" məhsullar idi. Buna görə də ortaya həqiqi bir incəsənət əsəri çıxmırdı. Məsələn, yalnız dövlətin izn verdiyi mövzular, məsələn döyüş rəsmləri çəkilə bilər, lakin xoşa gəlməyən mövzular çəkilə bilməzdi. Bu, ədəbi əsərlər üçün də etibarlı idi, ancaq faşist dövlətin izn verdiyi mövzular yazıla bilər, bundan kənara çıxıla bilməzdi. Bunun nəticəsində incəsənətə bənzəməyən bir incəsənət meydana gəlir və incəsənətdə, arxitekturada, ədəbiyyatda estetik cəhətdən bir kütlük, kobudluq və ruhsuz bir donuqluq meydana gəlirdi. Bunun ən aydın nümunələri Hitler Almaniyasında müşahidə olunurdu. Hitler irqçi fikirlərindən ötrü, bəzi incəsənət məhsullarını boykot etmişdi. Məsələn, qara dərili insanları "aşağı irq" kimi gördüyü üçün, "zənci musiqisi" olaraq məlum olan caz musiqisinin Almaniyada çalınmasını qadağan etmişdi. 1935-ci ildə dövrün radio baş direktoru Eugen Hadamovski Hitlerdən aldığı əmrlə "zəncilərin çaldığı caz musiqisinin alman radiolarından səslənməsini qəti şəkildə qadağan edirəm" deyə bildirmişdi. 1940-cı illərin əvvəllərində isə, Hitler ən görkəmli günlərini yaşayarkən, İngiltərə və ABŞ-a istiqamətlənmiş radio təbliğat verilişlərində bu dəfə caz musiqisindən bir vasitə kimi istifadə etməyə başladı. Bu dövrdə hər iki ölkədə də caz ən çox dinlənilən musiqi növlərindən biriydi. Nasistlər isə bunu bir təbliğat ünsürü kimi istifadə edə biləcəklərini düşündülər. Avropanın məşhur cazçılarını bir yerə topladılar. İlk növbədə bütün məşhur caz mahnılarının ingiliscə olan adlarını alman dilinə çevirdilər. Mahnı sözləri, tamamilə Almaniyanın gücünü izah edən təbliğat sözləriydi. Bu nasist versiyalı caz musiqisi yalnız qərbə istiqamətli proqramlarda çalınır, alman radiolarında isə çalınması qətiyyən qadağan edilirdi. Mahnıların sözləri isə faşist məzmunluydu. Budur bir nümunə: "Sən ən böyüksən... Bir alman pilotusan... Pulemyot atəşisən... Qəhrəman bir dənizaltı əsgərisən... Ən böyüksən... Bir alman bombardmanısan...". Budur nasistlərin incəsənətdən və musiqidən anladıqları bu idi. Şəkillər, mahnı sözləri, musiqi növləri və ədəbiyyat, həmişə dövlət tərəfindən seçilən mövzulardan ibarət olmalıydı. Rəssamlar ancaq döyüş ruhunu qızışdıracaq şəkillər çəkə bilərdilər. Məsələn, yuxarıda bəhs etdiyimiz "dövlət tərəfindən idarə edilən caz qrupu" nasist təbliğatından kənar məzmunlu bir albom çıxardığında dərhal "degenerasiya" olmaqla günahlandırılmış və bir daha belə bir şeyi sınaqdan keçirməmək məqsədiylə xəbərdar edilmişdi. Hitlerin müğənnilərə istiqamətlənmiş tətbiqləri bununla da kifayətlənməmişdi. 1933-cü ildə qəbul olunan irq qanunlarından sonra Reichsmusikkammer (Reyx Musiqi Palatası) bütün alman müğənnilərin siyahısını çıxartdı. Nəticə etibarilə yüzlərlə istedadlı musiqiçi irqləri və ya bəstələdikləri musiqi Hitlerin xoşuna gəlmədiyi üçün işlərindən atıldılar və kariyeralarına son qoyuldu. Mendelssohn, Mahler, və Skoenberq kimi məşhur bəstəkarların eyni səbəblərə görə musiqiləri qadağan olundu . Hitlerə görə incəsənətin vəzifəsi müəyyən siyasi mesajları daşıyaraq xalqın fikirlərini formalaşdırmaqdı. Hitlerin həqiqi incəsənət dediyi şey, çöl həyatı, sağlamlıq və Aryan irqinin mövzu olaraq seçilməsiydi. Bir çıxışında incəsənət və sənətkar anlayışını belə izah edirdi:

"Biz, Alman irqinin mədəni damğasını alman xalqı üzərində təsirli olaraq istifadə edə bilən sənətkarları tapıb və onları təşviq edəcəyik. Onlar çəkdikləri şəkillərdə xalqın ruhunu və ideyalarını ifadə edərlər". Bütün bunlardan aydın olduğu kimi faşist rəhbərliklər altında yaşayan insanların incəsənət qabiliyyətləri və elmi işləri çox səmərəsiz olar. Bunun müqabilində bir cəmiyyətdə din əxlaqının, dinin həqiqi mənada yaşanması, incəsənətdə böyük bir irəliləyiş və yüksəliş meydana gətirər. Dindar insanlar kainatı və bütün canlıları Uca Allahın yaratdığını bildikləri üçün ətraflarındakı hər şeyə bu gözəllikləri görmək məqsədiylə baxarlar. Allahın yaratma sənətini görər və buna böyük heyranlıq duyarlar. İnsanları, heyvanları, bitkiləri və təbiətdəki hər şeyi Allahın yaratdığı varlıqlar kimi görər, həm dəyər verər, həm çox sevər, həm də onlardakı gözəllikləri və incəlikləri görərlər. Necə ki, tarixdəki ən böyük incəsənət əsərləri, dindar sənətkarların dini anlayışlardan aldıqları ilhamla ortaya çıxmışdır.

Geri