Nasistlərin meydana gətirdiyi "İrqçi Xristianlıq"

Nasistlər əslində din əxlaqına qarşı olmalarına baxmayaraq, qarşı tətbiqdə siyasi davrandılar, bəzən kilsəni dəstəkləyirmiş kimi görünərkən, bəzən də açıq şəkildə kilsəyə qarşı döyüşə başladılar. Əsl məqsəd dini təşkilatlardan çatmaq istədikləri məqsəddə maşa kimi istifadə edə bilməkdi. Hitler, xüsusilə, bütün xristianları millətüstü bir birlik içində görən katolik kilsəsinə düşmən idi. Hitlerin məqsədi bunun əvəzinə, yalnız almanlara xas bir kilsə qurulması, sonra da kilsənin nəzərdə tutduğu dinin mərhələli şəkildə alman faşizminin bir vasitəsi halına gəlməsiydi. Nasist ideoloqlarından Qottfried Feder "nasist Partiyasının Proqramı və Dünya Görüşü" başlıqlı bir yazısında belə deyirdi: Əlbəttə ki, bir gün alman xalqı, sahib olduğu şimallı qanın tələb etdiyi bir Tanrı qəbul edəcək və təcrübə qazanacaq. Əlbəttə ki, ancaq bu təqdirdə qan, inanc və dövlət üçlüyü tam olaraq reallaşacaqdır.
Bu bütpərəst və inkarçı dünyagörüşünə görə din, "qan və dövlət"lə, yəni nasistlərin irqçi ideologiyası və totalitar rejimi ilə uyğun bir hala gəlməliydi. Hitler dindən istifadə etməyə yönələn bu yanaşmasını, Döyüşüm adlı kitabında da qısaca olaraq belə qeyd etmişdi: "Kim birlikləri qazanmaq istəyirsə, o, birliklərin ürəklərini açan açarları bilməlidir.

Hitler kütlələri öz tərəfinə çəkə bilmək üçün dini terminlərdən öz aləmində bir açar kimi istifadə etdi və irqçiliyi sanki müqəddəs bir ibadət kimi göstərməyə çalışdı. Həqiqətdə bir Darvinist olmasına, yəni yaradılışı inkar etməsinə baxmayaraq, kütlələrə irqçilik təbliğatı edərkən yaradılışa istinad etmiş, ancaq bu həqiqəti təhrif edərək irqçiliyə əsas meydana gətirmək istəmişdi. Hitlerin Döyüşüm adlı kitabında olan bu cümlələr diqqət çəkicidir: "Nəticə etibarilə bunu deyə bilərəm: Yüksək irqin səviyyəsini aşağı salmaq, fizika və fitri bir geriləmə meydana gətirmək, yaradıcımız olan Allahın iradəsinə qarşı günah işləməkdir". "Cütləşdirilən yaxud cütləşməyə imkan verən millətlər, Allahın iradəsinə qarşı günah işləyərlər. Bir millət şəxsi xüsusiyyətinə bağlı qalmasa dünyada varlığına son qoyulmasına şikayətçi olmağa haqqı çatmır". Əlbəttə ki, bunlar yalnız bir təhrif və məlumatsız xalqı inandırmaq üçün istifadə edilən yalanlardı. Necə ki, nasizmin dini anlayışları bu şəkildə düzgün əks etdirməməsi və irqçi ideologiyanın vasitəsi halına gətirməsi, müəyyən ölçüdə təsirli oldu. Bunda, Almaniyadakı bəzi kilsələrin fürsətçi idarəçilərinin də əhəmiyyətli bir payı vardı. Hitler ilə əməkdaşlıq edən bu ikiüzlü din adamları, nasizmi müxtəlif yollarla təbliğ etdilər. 1933-cü ildə, Hitlerin hələ hakimiyyətə gəldiyi günlərdə alman kilsələr Birliyi idarəçisi olan Viskansler von Pappen: "Dövlət idarəçisinə xas instinkt sayəsində bütün çətinliklərin və təhlükələrin öhdəsindən gələrək, ölkəni parlaq və xoşbəxt gələcəyə çatdıracaq idarəçiləri olduqca çətin bir vaxtda bizə bəxş edən mərhəmətli Tanrı, Almaniyanı müqəddəsləşdirdi" deyərək açıq şəkildə yalan danışırdı. Bəzi şairlər də Hitleri Almaniyanı parlaq bir gələcəyə qovuşdurmaq məqsədiylə, xüsusi seçilmiş bir adam olaraq tərifləyirdilər. Nasistlər bəzi kilsələri əməkdaşlıq edərkən, bəzilərini isə təzyiq və qorxuyla məhv etmək istədilər. 1932-ci ildə protestant kilsəsindən olan keşiş Dietriç Bonhoeffer Berlində "Həqiqət" barəsində bir dini söhbət etdi. Çıxışında kinə əsaslanan irqçi bir sistemə qarşı sevgini irəli sürdü. Bu rejimə zidd olan münasibətindən ötrü sonunda nasistlər tərəfindən edam edildi. 1933-1939-cu illər arasında bir çox katolik keşişi həbs olundu. Katolik hərəkatın lideri Eriç Klausener, 1934-cü ildəki təmizlikdə öldürüldü. Katolik nəşrlər qadağan edildi. Nasistlər bəzi protestant kilsələrinə də hücum etdilər. Nasist ideologiyasını müqəddəsləşdirən din adamları isə mükafatlandırılırdı. Bunlardan biri, Hitler tərəfindən Kilsə rəhbəri olaraq təyin olunan Hans Kerrl idi. Dr. Kerrl, 13 fevral 1937-ci ildə din adamlarına verdiyi bir nitqində, öz aləmində xristianlığı nasist ideologiyasının bir cihazı halına gətirir və böyük bir yalana şərik olurdu: "Partiya müsbət xristianlığa əsaslanır və müsbət xristianlıq da nasional-sosializmdir. Nasional-sosializm Tanrının əmrini yerinə yetirir". 1937-ci ilin sonu və 1938-ci ilin əvvəlində, nasist terroru qarşısında boyun əyən protestant keşişləri, Hitlerə sədaqət andı içərək, kilsə qurumunun təslimiyyətini rəsmiləşdirmiş oldular. Beləcə Hitler hakimiyyəti hər sahədə əlində tutmuş olurdu. Kilsə belə öz nəzarəti altında idi. Ancaq son məqsədi, bütün ilahi dinləri ortadan qaldırmaq və Almaniyanı tam bir bütpərəst cəmiyyət halına gətirməkdi. 1941-ci ilin iyun ayına aid məxfi bir sənəddə, dinin yox edilməsi məqsədi belə izah edilirdi:

Xalq, kilsədən və onun keşişlərindən mümkün ola bildiyi qədər daha çox uzaqlaşdırılmalıdır. Bundan belə xalqın və onun idarəsində kilsənin təsirinə daha çox imkan verilməməlidir. Bu təsir tamamilə yox edilməlidir. Ancaq Reyx hökuməti və onun təlimatlarına görə partiya və partiyanın tərkib elementləri, ona yaxın olan təşkilatları, xalqı idarə etmə hüququna sahibdir.

Əlbəttə ki, Hitler bu məqsədinə heç vaxt çata bilməmişdir və Hitler kimi oxşar məqsədlə, din əxlaqına qarşı mübarizə aparanlar da, Allahın izniylə, məğlub olmağa məhkumdurlar. Bu, Allahın qanunudur. Rəbbimiz bir ayəsində, inkarçılar istəməsələr də din əxlaqının üstün gələcəyini belə müjdələmişdir:

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. (Tövbə surəsi, 32)

Geri