İspan faşizminin dini istifadə etmə metodları

Bura qədər öyrəndiklərimizdən aydın olduğu kimi, faşizm həqiqətdə ilahi dinlərə şiddətlə düşmən olan, ancaq bəzən siyasi baxımdan bu düşmənçiliyini gizlədən, əksinə dindar görünən bir ideologiyadır. Faşistlərin dindar görünüşünün arxasındakı məqsəd isə, dini anlayışları həqiqi mənalarından uzaqlaşdıraraq faşizmin vasitəsi halına gətirməkdir. Faşistlərin sözü gedən dindarlıq rolunun gücü isə, yaşdıqları cəmiyyətin quruluşuna görə dəyişər. Nasizm bu rolu oynamağa çox az ehtiyac hiss etmiş, çünki onsuz da din əxlaqından xeyli uzaqlaşmış bir cəmiyyətdə meydana gəlmişdir. Ancaq buna baxmayaraq, Mussolini dindar bir cəmiyyət olan italyanlara nəzarət etməyə çalışmış və buna görə də saxta dindarlıq roluna daha çox ehtiyac duymuşdur. İspaniya nümunəsinə baxdığımızda isə, yenə dindar bir cəmiyyətlə və yenə dindar görünüşlü bir faşizmlə qarşılaşarıq. Bu faşizmin lideri isə Fransisko Frankodur.

Frankonun ideologiyası "Falanjizm" olaraq tanınır. Bu termin, İspaniyada 1933-cü ildə qurulan Falanj (uzun adıyla, Falange Española Tradicionalista Y De Las Juntas De Ofensiva Nacional-Sindicalista) adlı siyasi partiyadan gəlir. Jose Antonio Primo de Rivera adlı faşist bir ideoloq tərəfindən qurulan partiya italyan faşizmini eynilə təqlid etmiş və demokratik rejimə, konstitusiyaya və kilsəyə tamamilə qarşı çıxan bir ifadə yaratmışdır. Necə ki, Falanj sözü (ispan dilində Phalanx) bütpərəst mədəniyyətlərdən gələn bir döyüş anlayışıdır. Əvvəlcə qədim şumerlərdə və sonra da Qədim Yunanistanda və Romada istifadə edilən bir hərbi batalyon nizamını ifadə edir. O dövrdə İspaniya ordusunun baş komandiri olan General Franko 1936-cı ildə ölkədəki sağ və sol qarşıdurması nəticəsində başlayan vətəndaş müharibəsi əsnasında Falanj partiyasını ələ keçirmiş, yiyələnmiş, ancaq partiyanın din əleyhdarı üslubunu yumşaldaraq Falanj faşizminə dini bir görünüş verməyə çalışmışdır.

Franko olduqca qanlı bir vətəndaş müharibəsi həyata keçirmiş, lazım gəldikdə dinc əhalini bombalamaqdan çəkinməmişdir. 3 il davam edən döyüş nəticəsində 1939-cu ildə qələbə çalışmış və bundan sonra qurduğu dikta rejimini 1970-ci ilə qədər davam etdirmişdir. Bu rejimi ayaqda saxlaya bilmək üçün də katolik kilsəsindən istifadə etmə siyasəti həyata keçirmişdir. Bu vaxt kilsəyə də İspaniyanın iqtisadi həyatında kapitalist bir rol verilmişdir. Franko kilsəni daima qoruma siyasətini güdmüş, onu öz lehində istifadə etmək istəmişdir. Ancaq faşist qanunlardan kənar baş verəcək hər cür dini fəaliyyət rəhbərliyin ağır təzyiqləriylə qarşılaşmışdır. “Franko Kimdir? Falanjizm Nədir?” adlı əsərdə, İspaniyada faşizmin uğur qazanmaq üçün dindən necə istifadə etdiyi belə izah edilir: Faşizm bu məqsədlərinə çatmaq üçün də kütlələrə möhtacdır. Xalq kütlələrinə oda atmaq üçün dini səbəblər, monarxiya kimi sözlər kifayətdir... İspaniyada katoliklər həmişə güclü idi. Rahiblərin böyük əksəriyyəti açıq şəkildə faşizmi dəstəkləyirdi… Buna görə də İspaniya faşizminə də bir nəzəriyyə tapmaq və bunu ortaya atmaq lazım idi. İspaniya faşizminin nəzəriyyəsini tapıb ortaya çıxaran Gil Robles olmuşdur. Gil Robles İspaniyanın böyük torpaq sahiblərinə möhkəm şəkildə bağlıdır. Təhsilini katolik yezuit məktəblərində başa vurmuş və ilk siyasi fəaliyyətinə də yenə bu katolik qurumlarında başlamışdır... Alman faşizmi hakimiyyətə gəldikdə, Robles də dərhal Almaniyaya qaçdı. Məqsədi alman faşistlərinin iş qaydalarını öyrənməkdi. Robles bir çox sahədə alman faşizmini təqlid etməyə çalışdı, lakin üstün və xalis irq nəzəriyyəsini bir cür ortaya ata bilmədi. Çoxlu sayda afrikanlılarla qarışmış İspaniya üçün belə nəzəriyyə, əlbəttə ki, gülünc olacaqdı. Bu vəziyyətdə Roblesin nəzəriyyəsi və proqramı nə ola bilərdi? Robles katolikliklə əlaqələndirdiyi qatı bir şovinizmi ön plana keçirmişdi: "Hər şeydən əvvəl İspaniya gəlir. Tanrı İspaniyadan üstündür. Özünü nə dərəcədə ispan hiss etsən, o dərəcədə də katoliksən!". Roblesin bu katolik şovinizmini İspaniyanın öz xüsusiyyətlərindən gəlirdi. Robles Katolik birliklərindən kooperatiflərindən və katolik gənclik təşkilatlarından istifadə edirdi. Katolik mətbuatı da faşizmə xidmətə edirdi. Robles'in özü də mühafizəkar dairələrdə çox məşhur olan El Debato qəzetinin direktoruydu. Frankonun yalanlarına aldanan dövrün kilsə rəhbərlərinin faşistlərə bundan başqa yardımları da olmuşdur. Latın Amerikası ispanları və o biri faşist qruplar, Amerika ölkələrinin İspan rəhbərliyinin hakimiyyəti altına daxil olması üçün cürbəcür Falanjlar qurmuşdular. Bu ölkələrdəki bəzi katolik kilsələri də oyunda hərəkət verici bir güc rolunu oynamışdır.

Göründüyü kimi faşizmin hakimiyyəti ələ keçirmə macəraları ümumiyyətlə bir-birinə bənzərdir. Faşistlər üçün din əsas hədəflərindən ən əhəmiyyətlisi idi. Digərlərində olduğu kimi istifadə edilən taktikalar nəticəsində İspaniyada da kilsə Frankonun yanında olmuşdur. Ancaq faşistlərin dinə qarşı bu müsbət yanaşmaları, hakimiyyətə gələnə qədər davam etdiyindən və hakimiyyətə gəldikdən sonra isə çox vaxt kilsəyə ya da din əxlaqına açıq şəkildə cəbhə almaqdan çəkinmədiklərindən bəhs etmişdik. Bu, İspaniyada da belə olmuşdur. Necə ki, inqilabdan altı ay qədər sonra Corc Orvellin izah etdikləri inqilabçı Barselonanın vəziyyətini göz qabağına gətirir: ...Demək olar ki, hər kilsə dağıdılmış, dini şəkillər və heykəllər yandırılmışdı. Hər yerdə kilsələr fəhlələr tərəfindən son daşına qədər dağıdılırdı...

Faşistlərin Franko nümunəsində açıq şəkildə özünü göstərən dindən istifadə üsullarınının azacıq dərinliyinə getsək, kitabın əvvəlki bölmələrində nəzərdən keçirdiyimiz bir həqiqətlə yenidən qarşılaşarıq. Faşizm Avropa cəmiyyətlərini xristianlıqdan əvvəlki bütpərəst dinlərə qaytarmaq istəyən bir ideologiyadır. Yalnız Avropada deyil, hər yerdə faşistlərin həqiqi dini bütpərəstlik olmuşdur. Hər faşist cərəyan, öz cəmiyyətinin bütpərəst mədəniyyətini bir inanc və nümunə olaraq mənimsəyər. İfadələri, simvolları, bənzətmələri həmişə yaşadıqları cəmiyyətin tarixində yaşamış olduğu bütpərəst dininin xüsusiyyətlərini daşıyar. Beləcə faşistlər, xalqı atalarıyla və onların ənənələriylə romantik bir coşğuya qapılmasına imkan verməmək və beləcə sanki bir kütlə hipnozu yaratmaq istəyirlər. Xalqı keçmişin "ehtişamlı günlərinə" qaytaracaqlarına dair tamamilə xəyal məhsulu vədlərlə arxalarından sürükləyərlər. Bütpərəst inanclarını yaşadıqları cəmiyyətin sahib olduğu dini termin və simvollarla bəzəyərək, faşizmə xas azğın bir din meydana gətirərlər. Özlərini dindar göstərməyə çalışsalar da həqiqətdə bütpərəstdirlər.

Geri