Mussolininin iki üzü

Faşist xarakteri analiz etmək üçün nasizmdən sonra araşdırılan ikinci nümunə, şübhəsiz ki, "faşizm" termininin əsl sahibi olan italyan diktator Benito Mussolinidir. Mussolininin həyatına baxdığımızda da, faşizmin həqiqətdə dinə böyük bir düşmənçilik bəsləyən, ancaq siyasi mənfəətlər üçün lazım gəldikdə dindar kimi görünən ikiüzlü xarakterin əhəmiyyətli bir nümunəsini görərik. Mussolininin həyatının bizə göstərdiyi digər bir həqiqət isə, faşizm ilə kommunizm arasındakı xəttin çox nazik olduğudur. Faşizm və kommunizm bir-birlərinə çox zidd ideologiyalar kimi görünərlər. Halbuki, repressiv, zalım və totalitar cəhətləriylə, azlıq hakimiyyətinə əsaslanan sistemləriylə, dinə olan düşmənçilikləriylə, Darvinist dünyagörüşləriylə əslində hər iki ideologiya da bir-birinə çox bənzəyir (Baxın. Komünizm Pusuda, Harun Yəhya). Bundan ötrüdür ki, bir faşist ilə bir kommunist arasında həqiqətdə çox az bir fərq var və hər ikisi də asanlıqla bir-birinə çevrilə bilər. Proletar inqilabı xəyallarıyla qan tökən bir kommunist, bir müddət sonra eyni vəhşiliyi bu dəfə faşist ideallar üçün həyata keçirməyə başlaya bilər. Çünki hər iki ideologiya da vəhşilik üçün bir səbəbdən başqa bir şey deyil. Mussolini də, illər boyu qızğın bir kommunist, gözü dönmüş bir din düşməni və qatı bir Darvinist olaraq italyan siyasətində özünə yer əldə etməyə çalışmış, bu yolla da məqsədinə nail olmadıqda isə, bir anda dəyişərək faşist olmuş bir diktatordur.

 

Mussolininin kommunist illəri
Mussolini 1883-cü ildə kiçik bir kənddə dünyaya gəldi. Atası qatı bir Marksist idi. Bu ideologiyasını oğluna da köçürmüşdü, Oxford Universiteti tarixçisi Denis Mak Smitin, Mussolini başlıqlı kitabında yazdığına görə, "əhəmiyyətli ailə iclaslarında Mussolininin atası uşaqlarına Marksın Das Kapital əsərindən hissələr oxuyardı". Atasından kommunist təhsil alan gənc Mussolini məktəb həyatında da heç kəslə yola getməyən, davakar, sərt və çoxbilmiş bir uşaq olaraq tanınırdı. Demək olar ki, heç bir dostu yox idi. Mussolini 20-li yaşlara gəldikdə qatı bir kommunist olaraq ortaya çıxdı. Kommunizmi, hətta kommunizmdən daha da radikal və qatı bir inqilabçı ideologiya olan anarxizmi müdafiə edirdi. Denis Mak Smit belə yazır: 1903-ci ildə özünü "avtoritar kommunist" olaraq xarakterizə edirdi. Atasından, islahatçı sosializmə və ya demokratik və parlementer üsullara etibar etməməyi öyrənmişdi, bunların yerinə idarəçi sinfi devirəcək bir inqilabı müdafiə edirdi. Parlament ləğv edilməli, qrup qarşıdurmasının yerini qrup həmrəyliyi almalı, xüsusi mülkiyyət tamamilə aradan qaldırılmalı idi. Sosialistlər heç vaxt burjuaziya hökumətləriylə əməkdaşlıq etməməli, heç vaxt maaşlarını artırmaq üçün tətil aksiyaları keçirməməli, bunun yerinə tam bir ictimai inqilab reallaşdırmaq üçün terrorizm və kütləvi zorakılıq üsullarından istifadə etmək məqsədiylə hazırlanmalıydılar. Göründüyü kimi Mussolini gənc yaşlarında olduqca qatı bir communist idi. Müdafiə etdiyi "zorakılıq və terror yolu ilə inqilab" modeli, bu modeli Rusiyada həyata keçirəcək Leninin terrorist üsullarına çox bənzəyirdi. Necə ki, o illərdə Mussolini Leninlə əlaqə yaratmışdı: Sonradan özünün dediyinə görə, o dövrdə İsveçrədə olan Leninlə görüşmüş və hətta onun rəğbətini qazanmışdı. Mussolini Marksizmə olan bağlılığını "Marks sosializmin ən böyük nəzəriyyəçisidir" deyərək vurğulayır və məqalələrində tez-tez Marksın sitatlarından istifadə edirdi. Kommunist Mussolininin ən diqqətə çarpan xüsusiyyətlərindən biri də, dinə qarşı kəskin bir nifrət bəsləməsi idi. Denis Mak Smit bu mövzuda bunları yazır: Atasından kilsə-düşmənçiliyi öyrənmişdi. Açıq şəkildə özünün bir ateist olduğunu deyirdi... Dinin fərdi bir vicdan məsələsi olduğunu deyən sosialistlərə çox əsəbləşirdi... (Mussoliniyə görə) Xristianlıq təvazökarlıq və geri çəkilmə kimi mənasız fəzilətləri yayaraq zərər vermişdi, yeni sosialist əxlaq isə zorakılığı və inqilabı bayram etməliydi. Yuxarıdakı sitatda açıq şəkildə görüldüyü kimi Mussolini çıxışları əsnasında Uca Rəbbimiz Allaha qarşı açıq şəkildə böhtan olan sözləriylə, Allaha olan inamsızlığını və dinə olan nifrətini göstərmişdir (Allahı tənzih edirik).

Mussolininin bu azğın şərhləri, eynilə tarix boyu yaşamış inkarçıların ağılsız çıxarış və şərhlərinə bənzəyir. Unutmamaq lazımdır ki, Allahın varlığı və birliyini inkar edənlərin, bu açıq-aşkar həqiqəti görməməzliyə vuranların, din əxlaqına qarşı qəzəbləri, özlərinə böyük əzabla geri qayıdır. Allah bu insanlara həm dünyada, həm də axirətdə əzab verər. Məsələnin diqqəti cəlb edən tərəfi isə Mussolininin sözü gedən din düşmənçiliyini, hakimiyyətə gəldikdən sonra gizlətməsidir. Mussolini növbəti səhifələrdə araşdıracağımız kimi, hakimiyyəti ərzində kilsənin dəstəyini almaq ehtiyacı hiss etmiş, bu məqsədlə də bəzən özünü dindar kimi göstərmişdir. Üstəlik Mussolini hələ daha qatı bir kommunist olduğu illərdə belə bəzən özünü dindar kimi göstərməyə çalışmışdır. Ölkəsində din əleyhinə qatı əsərlər yazıb çıxışlar edərkən, ingilis-amerikan mənbələri üçün hazırladığı bir yazıda nə qədər dərin və güclü bir inanca sahib olduğuna dair bir hekayə uydurmuşdur.

Mussolininin din düşmənçiliyi və kommunist militanlığı XX əsrin 10-cu illərinin sonlarına qədər davam etdi. 1908-ci ildə La Lima adlı kommunist jurnalda xüsusi bir ləqəblə yazılar qələmə aldı. Maraqlısı, Mussolininin məqalələrinin yer aldığı La Lima jurnalının bütün buraxılışlarının, Mussolininin hakimiyyətə gəlməsindən sonra bütün kitabxanalardan toplanılıb məhv edilməsiydi. Çünki Mussolini hakimiyyətə gəldikdən sonra dini, siyasəti üçün istifadə etməyə qərar verəcək və həqiqi üzünü, yəni din düşməni şəxsiyyətini gizlədəcəkdi.

 

Mussolininin baniləri: Nitsşe və Darvin

 Mussolininin kommunizmə olan bağlılığı, əslində zorakılığa olan meylindən və fərdi psixoloji problemlərindən qaynaqlanırdı. Denis Mak Smit Mussolininin daxili aləmini belə izah edir: Marksa olan daimi bir bağlılığıyla yanaşı, əslində öz sosializminin elə də əsaslı bir doktrinası yoxdur. Bəzən özünü bir peşə tərəfdarı sosialist kimi qiymətləndirirdi, amma xüsusi söhbətlərində bütün digər sosialistlər barəsində çox kobud şəkildə danışırdı və bəzi hallarda da hamısından fərqli bir anarxist kimi görünürdü.

Mussolininin həyatını araşdıran digər bir tarixçi, Anjelika Balabanoff isə belə yazır: "Fikirləri, müəyyən bir anlayış və qavrayışdan çox, öz üsyankar eqoizminin əksi idi. Daha çox öz qeyri-sabit və narahat ruh halından və narazılığından, öz nəfsinin istəyini təmin etmək arzusundan və fərdi intiqam qərarlılığından qaynaqlanırdı".

Əslində Mussolininin tək əllə tutula bilən dünyagörüşü, "qarşıdurma" və "döyüş" anlayışlarına olan inancıydı. Bunları da faşizmin ideoloji nəzəriyyəçilərindən öyrənmişdi: Bu şəxslər də Fridrix Nitsşe və onun fikri təməlini meydana gətirən Çarlz Darvin idi. Mussolininin bu iki ada olan heyranlığına dair bir çox dəlil vardır. Nitsşeyə olan bağlılığını, "Nitsşe məni ruhi bir erotizmlə doldurur" deyərək şəxsən özü açıq şəkildə ifadə etmişdir. Denis Mak Smit Mussolini adlı kitabında bu mövzuda bunları yazır: Nitsşe də, təvazökarlıq, fədakarlıq, xeyirxahlıq və yaxşılıq kimi xristian dəyərlərinə qarşı başladığı döyüşə bir səbəb tapırdı. Yenə Nitsşedən, "təhlükəli həyat", "güc istəyi" kimi məşhur anlayışlarını götürmüşdü. Burada yenə Tanrıya və kütlələrə qarşı çıxan böyük eqoist anlayışını, Nitsşenin "üstün insan" fikrini görürük.

Mussolininin Darvinizmə olan ideoloji bağlılığı isə, bir dövr redaktorluğunu etdiyi La Lotta di Classe (Sinif Qarşıdurması) adlı həftəlik kommunist jurnalda nümayiş etdirilirdi. La Lotta di Classe-nin ilk buraxılışının üz qabığında Marks və Darvinin böyük bir şəkli vardı. Giriş yazısını qələmə alan Mussolini bu iki materialist ideoloqdan, "keçmiş əsrin ən böyük iki mütəfəkkiri" deyə bəhs etmiş, yazıda Darvinin nəzəriyyəsinə böyük təriflər yağdırmışdı. Mussolini La Lotta di Classe jurnalında Darvinist, kommunist və dinin əleyhinə bir çox yazı yazdı, ancaq 1922-ci ildən sonra, yəni Mussolini hakimiyyətə gəldikdə, bu jurnalın da nüsxələri birdən-birə kitabxanalardan yoxa çıxdı.

 

Mussolininin saxta dindarlığı
Mussolini XX əsrin 10-cu illərinin sonunda ani bir dəyişiklik keçirdi və əvvəldən bəri radikal bir kommunist olduğu halda, bir anda "faşizm" olaraq adlandırılan ideologiyanın liderinə çevrildi. Roma imperiyasının bütpərəst mədəniyyətini təmsil edən "balta" simvolundan çıxış edilərək ortaya atılan "faşizmi" Mussolini tapmamış, o dövrdə İtaliyada çoxalan irqçi ideoloqlardan mənimsəmişdi. Ancaq öz icadı olmayan bu ideologiyaya qısa müddətdə yiyələndi və siyasi bir hərəkata çevirdi. Eynilə Hitler kimi ətrafına işsiz-gücsüz küçə avaralarını, macəra axtarışında olanları, zorakılıq tərəfdarı olan cahil kütlələri topladı. Bunları "Qara Köynəklilər" adlı yarı hərbi bir təşkilat şəklində təşkilatlandırdı və siyasi rəqiblərinə qarşı bir terror mexanizmi kimi istifadə etdi. Bu üsullarla da bir neçə il ərzində hakimiyyətə gəldi. 1922-ci ildə İtaliyanın Baş naziri vəzifəsində işləyirdi. Qısa müddət keçdikdən sonra isə "Duçe", yəni "lider" olaraq xatırlanmağa başlayacaq və tam bir diktator olacaqdı.

Mussolini faşizmin lideri olaraq ortaya çıxmaqla yanaşı, dinə olan düşmənçiliyini də bir anda gizlətməyə, üstəlik guya olduqca dindar bir katolik kimi görünməyə qərar vermişdi. Xüsusilə, hakimiyyətinin ilk illərində bu imici yaratmaq üçün səy göstərdi. Keçmiş din düşməni yazılarının olduğu jurnalları toplatdırıb məhv etməklə yanaşı, bir tərəfdən də özünü dindar kimi göstərməyə başladı. Məsələn, yarım əsrlik bir fasilədən sonra din dərslərini icbari hala gətirdi, məktəblərə xaç simvolları asılmasına qərar verdi. Çıxışlarında hər dəfə dindar, mühafizəkar, milli adət və ənənələrə bağlı bir insan portreti çəkməyə səy göstərdi. Mussolininin yeni meydana gətirdiyi azğın bir dünyagörüşünə görə, "din dövlətin güclənməsinə kömək etməyə borclu olan bir təşkilatdı". Mussolininin bu ikiüzlü dindarlığı təsirli oldu və qısa müddətdə kilsənin də dəstəyini qazandı. Müasir Liderlər Ensiklopediyasında Mussolininin "kilsənin ürəyində etdiyi fəth" belə izah edilir:

...Faşistlərin kilsənin dəstəyini qazanması 1922-ci ilin fevral ayında keçmiş Milano kardinalının papa seçilməsiylə başlayır. XI Piusa görə İtaliyanı anarxiyadan xilas edən insan Mussolinidir. Faşizm tərəfdarı Papa ilə bir vaxtlar "Həqiqi Dinsiz" imzalı yazılarla kilsəyə döyüş açmış Mussolini arasındakı əlaqələr həmişə əməkdaşlığa əsaslandı. Vatikan qəzeti olan Osservatore Romano 1923-ci ilin fevralında bunları yazmışdır: "Mussolini bütün İtaliyada vətənin tarixini bərpa edən insan olaraq alqışlanmışdır. Bu dini ənənələrin və xalqın sivilizasiyasının zəfəridir". Kardinal Vicaire isə həmin ildə vətəndaşları, faşistləri dəstəkləməyə çağırır. Vatikan, katoliklərinin partiyası Partito Popoleranın faşizmə qarşı olan rəftarını uyğun görməz və Don Sturzanın, partiyasının liderliyindən ayrılmasını təmin edər. Bunun müaqbilində Mussolini də kilsəyə olan hörmətini hər fürsətdə göstərər, on iki il əvvəl evləndiyi həyat yoldaşı ilə dini nikah kəsdirər, uşaqlarını xaç suyuna saldırır... 1929-cu ilin fevralında həm kral, həm də Mussolininin kilsə adına da Kardinal Qasparinin imzaladıqları "Patti Laterono" ilə kilsənin 1870-ci ildə əlindən alınan hüquqları geri qaytarılır. Müqavilə ilə kilsəyə mütləq bir inanc və ibadət azadlığı, katolizmin rəsmi dövlət dini qəbul edilməsi, Vatikanın müstəqilliyinin rəsmi şəkildə tanınması və ona imtiyazlar verilməsi, Papanın dövlət başçısı qəbul edilməsi, papalığa təzminat ödənməsi, dini nikahın qəbulu, ibtidai məktəblərdə din dərslərinin oxudulması kimi hüquqlar verildi. Papa da bunların müqabilində Mussoliniyə 1932-ci ildə "Qızıl Dəmir" ordeni verər və onu "bənzərsiz bir baş nazir" olaraq xarakterizə edər. Ancaq Mussolini bütün bu teatra baxmayaraq həqiqətdə dinsizliğini davam etdirirdi. İtalyan cəmiyyətini bir dəfəyə öz tərəfinə çəkib ayağa qaldırdıqdan sonra, din əxlaqını ortadan qaldırmağa xidmət edən həqiqi siyasəti özünü göstərməyə başladı. 1930-cu illərdə dini anlayışlar yavaş-yavaş ortadan qaldırılmaqla yanaşı, bunun yerinə Mussolinini sanki müqəddəs bir adam kimi görən bütpərəst bir mədəniyyət hakim olmağa başladı. Mussolininin tək inancı, öz eqoizmi idi və bunu mərhələli şəkildə italyanlara qəbul etdirməyə çalışdı. O dövrdə istifadə edilən aşağıdakı şüar, İtaliyaya təlqin edilən "Mussolini bütü"nün bir ifadəsiydi:
"Tanrını sevməkdən bir an belə geri qalma. Amma unutma ki, İtaliyanın Tanrısı Duçedir". (Uca Allahı tənzih edirik)

Mussolinin özünü bu şəkildə insandan üstün bir varlıq elan etməsi, əlbəttə ki, böyük bir azğınlıqdır. Tarix boyu özünü digər bütün insanlardan üstün tutan və eynilə Mussolini kimi guya ilahlaşdıran (Allahı tənzih edirik) bir çox inkarçı lider və rəhbər yaşamışdır. Ancaq hamısı bu təkəbbürlülüklərinin və azğınlıqlarının əvəzini almışlar. Mussolini bir tərəfdən də dini anlayışların içini boşaldıb bunları öz bütpərəst dininə görə yenidən şərh etməyə cəhd edirdi. Nəşr etdiyi əmr və bildirişlərə "On Əmr" adını verməsi, qürur və ədəbsizliyinin dərəcəsini göstərirdi. Ancaq Mussolininin qüruru uzun vaxt çəkmədi. II Dünya müharibəsinə Almaniya ilə birlikdə daxil oldu, ancaq almanlardan xeyli əvvəl məğlubiyyətə uğrayaraq məhv oldu. 1943-cü ildə öz vətəndaşları tərəfindən ələ keçirildi və həbs edildi. Hitlerin köməkliyi ilə xilas oldu və İtaliyanın şimalındakı qüvvələriylə müxaliflərinə qarşı bir müddət daha müqavimət göstərdi. Döyüşün sonunda alman forması geyinərək sərhədi keçməyə çalışdığı vaxt yenidən ələ keçirildi və yanındakı aşnası ilə birlikdə güllələndi. Cəsədi Milandakı bir meydanda ayağından asıldı. Bu, özünü guya "müqəddəs insan" zənn edən ruhi cəhətdən xəstə biri üçün olduqca ibrətamiz bir aqibətdi.

Geri