Nasist siyasətlər

 Nasist ideologiyasına görə irqlər üç əsas kateqoriyaya ayrılırdı: Birinci kateqoriyalar olan "mədəniyyət yaradan irqlər", almanlar və digər şimallı qövmlərdi. "Mədəniyyəti izləyən irqlər" isə, mədəniyyəti inkişaf etdirmə qabiliyyətləri olmayan, lakin təqlid edəbilən "adi" irqlərdi. Hitler, çinlilər, yaponlar kimi millətləri bu ikinci kateqoriyada sayırdı. Üçüncü kateqoriya isə "mədəniyyəti məhv edən irqlər"di ki, bunlar yəhudilər, slavyanlar, zəncilər kimi irqlərdi. Nasist ideologiyası alman irqinin digər "aşağı" irqlərə qarışmasını təkamülə zidd bir "bioloji səhv" kimi görürdü. Hitler belə deyirdi: "Tarix boyu alman irqinin digər irqlərə qarışması dünya hakimiyyətini ələ keçirə bilməməyimizə səbəb olmuşdur. Alman milləti dünya hakimi ola bilərdi...". Buna görə də nasistlər hakimiyyətə gəldikləri gündən etibarən bu uydurma "təkamül səhv"ini aradan qaldırmağa çalışdılar. Bu məqsədlə Hitler tərəfindən 1933-ci ildə bir sıra qanunlar qəbul edilərək, irqlər arasında təmizlik əməliyyatına başlanıldı. Yalnız alman qanı daşıyanlara vətəndaş hesab edilmə haqqı və onlara imtiyazlar verildi. 1933-cü ilin iyununda isə cəmiyyəti qaraçılardan, zəncilərdən, yəhudilərdən və əlillərdən təmizləyəcək bir qanun qəbul edildi. Hitler bu tətbiqləri belə müdafiə edirdi: Dövlət yeni cütləşdirmə hadisələrini qəti surətdə dayandırmalıdır. Bu mövzuda insanların müqəddəs haqlarından söhbət gedə bilməz, çünki insanın tək müqəddəs haqqı vardır və bu haqq həmçinin də vəzifələrin ən müqəddəsidir: Bu qanının xalis qalması üçün çalışmaqdır. Bu halda irqçi bir dövlətin hər şeydən əvvəl evliliyi irq pozulmasının itələdiyi çuxurdan çıxarması lazım gələcəkdir. Hitler aşağı irqlər bir dəfəlik yox edilsələr gələcək nəsillərin, bəşəriyyəti inkişaf etdirməsindən ötrü özünə minnətdar olacaqlarına inanırdı... Hitler Darvindən aldığı ilhamla "yaratmaq" istədiyi uydurma "üstün irq" gənclərini isə belə təsvir edirdi:

"...Sadəcə bu gənc kişi və oğlanlara bir baxın. Necə bir bəşəriyyət materialıdır. Mən onlara yeni bir dünya quracağam... Mənim metodlarım sərtdir. Mən çəkiclə işləyirəm, həmçinin də çürük və zəif olan hər şeyi bir kənara atıram. Biz qarşısında dünyanın qorxudan titrəyəcəyi bir gənclik yetişdirəcəyik. Kobud, hökm edici, qorxusuz və mərhəmətsiz bir gənclik yetişdirəcəyik. Onun belə olmasını istəyirəm! O, bədbəxtliyə dözə biləcəkdir. Onda zəif, nəzakətli heç bir şeyin olmamasını istəyirəm... Ona fiziki idmanlar etdirəcəyəm. Hər şeydən əvvəl güclü olsun: Ən əhəmiyyətlisi budur...". Bəs Hitler yaratmaq istədiyi "kobud, hökm edici, qorxusuz və mərhəmətsiz üstün irq"i necə meydana gətirəcəkdi? Yalnız təbliğat üsulları bu iş üçün kifayət deyildi. Nasist irq nəzəriyyəsi, insanı bir heyvan kimi görür və heyvan yetişdiricilərinin etdiyi kimi "islah edilməsini" nəzərdə tuturdu. Məhz buna görə də nasistlər, "yevgenika" nəzəriyyəsinə sarıldılar və bunu tətbiq etməyə başladılar. Yevgenika, kitabın əvvəlki səhifələrində nəzərdən keçirdiyimiz kimi, mənşəyi köhnə Yunanıstandakı bütpərəst Sparta şəhərinə gedib çıxan və 19-cu əsrdə Çarlz Darvinin əmisi oğlu Frensis Qalton tərəfindən yenidən gündəmə gətirilən "insan irqinin islahı" nəzəriyyəsidir. Ernst Hekkel yevgenikanın necə ediləcəyini təsvir etmiş, şikəst körpələrin doğulduqları anda öldürülmələrini, xəstə, zəif və ya ağıl cəhətdən inkişafdan geri qalmış insanların xədimləşdirilmələrini müdafiə etmişdi. Nasistlər bu qeyri-insani nəzəriyyəni tətbiq etməkdə yubanmadılar. Hakimiyyətə gəldikləri 1933-ci ildə "irqi sterilizasiya" qanunları qəbul edildi. Bu qanunlara görə şikəstlər, əqli cəhətdən üzrlü olanlar, xəstə insanlar xədimləşdirilməli və beləcə çoxalmalarının qarşısı alınmalıydı. Hətta, cəmiyyətdən təcrid olunmalı və buna görə də müəyyən mərkəzlərdə toplanmalıydılar. Nasistlər bu mərkəzləri vaxt itirmədən qurdular və bir çox insanı bu yerlərdə toplayıb onlara heyvan kimi rəftar göstərdilər. "Nasist Müqəddəs Sağlamlıq Məhkəmələri" ilk üç il əzrində 80 000 adama xədimləşdirmə əməliyyatı həyata keçirdi. Vaxt keçdikcə almanların yevgenika siyasəti daha da gücləndi və nəticədə gicbəsərlərə, dəlilərə və digər istənilməyən adamlara "ağrısız ölüm" tətbiq olundu. Yəni bu kəslər dərman verilmək surətiylə öldürüldülər. Bu dövrdə çəkilmiş bəzi film və fotoşəkillər, nasist həkimləri tərəfindən zəhər vurularaq öldürülən minlərlə ağıl xəstəsi və ya şikəst insanın ürəkağrıdıcı vəziyyətini göstərir. Yaşlılar və kiçik uşaq belə bu vəhşiliyin hədəfi olmuşlar. Nasist Almaniyası bu qorxunc vəhşiliyi tükünü belə tərpətmədən həyata keçirərək, bir tərəfdən də "müsbət islah" işlərinə başladı. Bu islahın məqsədi xəstələrin öldürülməsi mənasını verən "mənfi islahın" əvəzinə, irqi cəhətdən "keyfiyyətli" olan almanların çoxaldılmasıdır. Bu siyasətin tələbi olan "aryan irqindən" olduğu qəbul edilən qadın və kişilərin birləşməsi və uşaq sahibi olması dəstəkləndi. Bu məqsədlə "üstün irq" xüsusiyyətlərinə sahib olduğu düşünülən (sarışın, mavi gözlü, bədən quruluşunda olan) qadınlar seçilib xüsusi evlərdə yerləşdirildilər və proqramda qaldıqları müddətcə mümkün olduğu qədər çox sayda nasist zabiti tərəfindən hamilə buraxıldılar.
Məqsəd yaxşı bir inək və ya at cinsi yetişdirirmiş kimi, yaxşı bir "aryan irq" nəsli yetişdirməkdi. Amma əldə edilən nəticələr nasistləri xəyal qırıqlığına uğradacaq və bu uşaqların İQ-lərinin ümumi orta göstəricidən daha aşağı olduğu aşkar olunacaqdı. Hitler yevgenika və irqin saflaşdırılması tətbiqlərini belə müdafiə edirdi: "Faşist dövləti ən müqəddəs siyasi və ictimai dəyərdir. Onun güclənməsinə kömək edən hər şey əxlaqa uyğundur. Ona mane olan isə əxlaqa ziddir və məhv edilməlidir. İnsan həyatının, faşist cəmiyyətinə faydalı olduğu təqdirdə mənası vardır".

 

Nasizmin digər irqlərə qarşı göstərdiyi vəhşilik

Nasizmin irqçi vəhşiliyi, yalnız Almaniya sərhədləri daxilindəki "uyğun olmayan" insanları deyil, bütün dünyanı hədəf alırdı. Hitlerin yuxusu bütün dünyaya hökm edəcək bir alman imperatorluğu yaratmaq və dünyadakı bütün "aşağı" irqləri sterilizə edərək qondarma "insan təkamülü" prosesini sürətləndirməkdi. Necə ki, bu, Darvinin də dilə gətirdiyi bir proqnozdu. Məlum olduğu kimi Darvin, İnsanın Törəməsi adlı kitabında, "yaxın bir gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da, şübhəsiz ki, aradan götürüləcəklər" deyirdi. Darvinin bu proqnozunu tətbiq etmək vəzifəsini də Hitler boynuna götürmüşdü.

Bu planı 1939-cu ildə tətbiq etməyə başladı. Ani hücumlarla əvvəlcə Polşanı, sonra da Danimarka, Norveç, Belçika, Hollandiya, Fransa, Yuqoslaviya və Yunanıstanı, Şimali Afrikanı və Sovet İttifaqını işğal etdi. İşğal altındakı ölkələrin xalqlarına, xüsusilə "aşağı irqlər" kateqoriyasına daxil edilən insanlara böyük zülm yaşadıldı. Milyonlarla insan dustaq olaraq işlədilmək üçün toplama düşərgələrinə göndərildi və faciəvi şərtlərdə yaşadıldı. Bu düşərgələrdə həyatını itirən yüz minlərlə yəhudi, qaraçı, slavyan, rus və digər millətlərdən olan insanlar, Darvinist irqçiliyin gəldiyi nəticəyə dair bir sənəddir. (Düşərgələrdə həyatını itirən yəhudilərin bir qismi də, həqiqətdə yəhudi xəzər türkləridir). Nasist vəhşiliyinin ən qəribə nümunələrindən biri, nasist zabiti Josef Mengelenin Ausçvitz toplama düşərgəsində məhbuslar üzərində apardığı qeyri-insani təcrübələrdir. Mengele tərəfindən düşərgədəki məhbuslar arasından "sınaq vasitəsi" olaraq seçilən yetkinlər və uşaqlar üzərində, insan bədəninin ağrıya və ya soyuğa nə qədər dözə bildiyini öyrənmək üçün qorxunc təcrübələr aparmışdır. Soyuq qış günündə buzlu sulara zorla soxulub gözlədilən insanların, donmadan əvvəl neçə dəqiqə yaşaya bildikləri sınaqdan keçirilmişdir. Mengelen apardığı təcrübələrdə insanlara narkoz vermədən onlar üzərində cərrahi əməliyyatlar həyata keçirdiyi, məsələn insanların qollarını, qıçlarını və ya mədələrini diri-diri kəsdiyi məlumdur. Mengelenin ən zalım təcrübələri isə, düşərgəyə gələn əkiz uşaqlar üzərində olmuşdur. Mengele düşərgəyə gələn bütün əkizləri digər məhbuslardan ayırmış və üzərlərində müxtəlif təcrübələr apararaq irsi amillərin təsirini ölçmüşdür. Ancaq istifadə etdiyi metodlar inanılmaz dərəcədə əziyyətlidir. Əkizlərin qanını bir-birinə vuraraq reaksiyanı hesablamış, çox vaxt əkizlərdən biri və ya hər ikisi şiddətli ağrılar yaşamış və bədən temperaturları xeyli yüksəlmişdir. Mengele göz rənginin irsi olaraq dəyişdirilib dəyişdirilməyəcəyini yoxlamaq istəmiş və bu məqsədlə əkizlərin gözlərinə mavi rənkli mürəkkəb tökmüşdür. Çoxları dəhşətli ağrılar çəkmiş və bir qismi kor olmuşdur. Kiçik uşaqların bədənlərinə müxtəlif xəstəliklərin mikrobları yeridilmiş və bu xəstəliklərə nə qədər dözə bildikləri yoxlanmışdır. Bir çox günahsız uşaq Mengele adlı bu nasist canavarının əlində işgəncə çəkmiş, şikəst qalmış və ya ölmüşdür. Bu ağlasığmaz vəhşiliyin təməlində, insanları bir heyvan növü kimi görən, bəzi insan irqlərini isə "zərərli heyvanlar" olaraq qəbul edən Darvinist-faşist irq nəzəriyyəsi durur. Necə ki, Mengelenin keçmişinə baxıldığı təqdirdə, bu nəzəriyyə ilə yetişdirildiyi açıq şəkildə görülür. Mengelenin həyatını və törətdiyi vəhşiliklərindən sözü gedən bir işdə, nasist həkiminin ağıl müəllimi olan dr. Ernst Rudinin Sosial Darvinizmindən belə bəhs edilir: Əgər Mengele nasist kariyerasının ən yuxarı nöqtəsində vicdansız bir canavar halına gəldisə, bunu, şübhəsiz ki, Almaniyanın ən şeytani zehinlərindən öyrənmişdir. Mengele şagird olarkən dr. Ernst Rudinin dərslərini izləmişdir. Rudin bəzi insanların yaşamaq haqqına sahib olmadığını və üstəlik həkimlərin bu insanların həyatına son qoyma və cəmiyyətdən çıxarma məsuliyyətinə sahib olduğunu irəli sürən bir adamdır. Fikirləri şəxsən Hitlerin diqqətini çəkmiş və 1933-ci ildə qəbul edilən irsi Sağlamlığı Qoruma Aktı üçün Rudinin məsləhətinə müraciət edilmişdir. Bu güzəştə getməyən sosial darvinist, çoxalaraq və alman gen hovuzunu çirkləndirən aşağıdakı insanların xədimləşdirilməsi üçün başladılan nasist fəaliyyətlərə dəstək vermişdir: Əqli cəhətdən qüsurlu, şizofreniyalı, depressiyalar, epilepsiya xəstələri, irsi korlar, karlar, şikəstlər və s. Sosial Darvinizm nasist vəhşiliyinin hər mərhələsində yenidən ortaya çıxır. Nasist vəhşiliyinin ən qabaqcıl qurucularından biri olan SS rəisi Henrix Himmlerin ilham mənbəyi də darvinist "qarşıdurma" və "həyat mübarizəsi" anlayışlarından başqa bir şey deyildi. Tətbiq etdiyi zülmün uydurma "elmi" məntiqini belə izah etmişdi: "Təbiətin qanunu, güclü olanın həyatda qalacağı dünyamızda öz rolunu oynamalıdır".

Himmler aryan irqindən olmayan insanları, xüsusilə slavyan, yəhudi, rus kimi xalqları bir heyvan kimi görür və onlara hər cür zülmün tətbiq edilməsini normal olaraq qarşılayırdı. Əsir düşən rus qadınlar haqqında belə danışmışdı: "Tankvuran təhlükəsi üçün çuxur qazan 10 000 rus qadını eyni anda yorğunluqdan yerə yıxıldıqları vaxt məni maraqlandıran tək şey o çuxurun Böyük Almaniyanın mənfəətləri üçün tamamlanmasının lazım olduğudur. Qadınlar qaldırılmalı və işlərini qurtarmalıdırlar. Sonra ölürlərsə ölsünlər...". Himmler işğal edilən ölkələrdə almanlarının tərəfində döyüşmək istəyən könüllü şəxsləri belə adam yerinə qoymayan şərhlər verməkdən çəkinməmişdi: "Könüllülərə istədikləri hər şeyi edə biləcəklərini dedim. Amma bir mövzuda bunu bilməlisiz ki, SS sizin ölkələrinizdə də təşkilatlanacaqdır. Bütün Avropada təkcə Alman SS-i mövcud olacaq. Sizin fürsət arxasınca qaçıb almanlaşmağınızı istəyən də yoxdur. Sizdən istənilən və etməli olduğumuz şey, üstün irq və üstün tarixi idealı, milli mənfəət və qürurunuzdan üstün tutmağınızdır. Üstün olan Alman Reyxdir. Bunu unutmayın ".

Hitlerin guya "üstün irqin hakimiyyəti" üçün başlatdığı II Dünya müharibəsinin nəticəsi isə çox ağır oldu. 55 milyondan çox insan öldü ki, bunların çoxu mülki vətəndaş idi. Maddi itkilər fövqəladə göstəricilərə çatdı. Nasistləri bu faciə üçün hərəkətə keçirən ən böyük faktor isə, sahib olduqları "üstün irq" iddiasıydı. Bu iddianın mənşəyi də, Darvinin təkamül nəzəriyyəsi idi. Hitlerin ən böyük müttəfiqi olan Benito Mussolini də eyni onun kimi Darvinizmdən olduqca təsirlənmişdi. Mussoliniyə görə zorakılıq, sosial dəyişikliyi yaşayarkən olduqca lazımi bir ünsürdü. Mussolini danışıqlarında tez-tez darvinist terminlərdən istifadə edir və sülhlə əlaqədar hər cür yanaşmaya qarşı çıxırdı. İngilis imperatorluğunun zəifləməsini, "təkamülün ən əhəmiyyətli hərəkətverici gücü olan döyüşdən qaçmağa çalışmasıyla" əlaqələndirirdi. Faşist irqçilik haqqındakı bu həqiqətlərin ortaya qoyduğu nəticə aydındır:

Darvinizm həm faşist rejimlərin, həm də iki dünya müharibəsinin, pərdə arxasında gizlənən "həqiqi" məsuludur. Bunların Darvinizmlə əlaqəli olduğunu indiki vaxtda bəlkə də çox az insan bilir. Halbuki, faşistlər əsas inanclarını Darvinizmdən alırlar. Heç bir şeyə gücü çatmayan kor təsadüfləri guya yaradıcı bir güc kimi görən bu sistemdə xaos, mərhəmətsizlik, zülm, güclünün haqlı olması kimi prinsiplər vardır. Darvinizmdəki daimi mübarizə prinsipi, bitib tükənmək bilməyən vəhşiliklərin, zülmlərin, qırğınların fəlsəfi zəminini əmələ gətirir. Halbuki, Allah insan irqlərini bir-birləriylə bərabər yaratmış, daha əvvəl də ifadə etdiyimiz kimi üstünlüyün təqvayla, yəni Allahdan qorxub Onun əmrlərinə tabe olmaqla əlaqəli olduğunu bildirmişdir. İnsanlara zülm etməyi, mərhəmətsiz davranmağı isə qadağan etmişdir. Tarix boyu bu əmrə qarşı çıxan zalım liderlər və qövmlər həmişə eyni pis aqibətlə qarşılaşmışlar. Mümin surəsinin 56-cı ayəsində bildirildiyi kimi, "ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar", həqiqətən də heç vaxt bu istəklərinə çata bilməmişdilər. Allah Şuəra surəsinin 227-ci ayəsində "... zülm edənlər, necə devriləcəklərini yaxında biləcəklər" buyuraraq, bu insanların dünyada məğlubiyyətlə qarşılaşacağını xəbər vermişdir. İnsanlara zülm edənlərin axirətdə qarşılaşacaqları aqibət isə çox pisdir.

Quranda belə bildirilir:

 

 

Kafirləri və zalımları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir; içərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün asandır. (Nisa surəsi, 168-169)

Geri