Faşizmin meydana gəlməsi və neo-bütpərəstlik

Avropadakı bütpərəst mədəniyyətin xristianlıq tərəfindən basdırılmasına baxmayaraq yox olmamışdır. Müxtəlif təlimlərlə, bəzi təriqətlərlə, masonluq kimi gizli təşkilatlarla yaşamağa davam etmiş və Avropa tarixinin 16-cı və 17-ci əsrlərində yenidən diqqətə çarpan bir şəkildə ortaya çıxmışdır. Müxtəlif Avropalı mütəfəkkirlər, Platon və ya Aristotel kimi qədim yunan mütəfəkkirlərinin kitablarından təsirlənərək bütpərəst aləmin anlayışlarını yenidən Avropaya daşımağa başlamışlar. Neo-bütpərəstlik, yəni yeni-bütpərəstlik deyilə bilən bu cərəyan, çox uzun bir müddət nəticəsində getdikcə güclənmiş və 19-cu əsrdə də xristianlığa qarşı üstün gələrək Avropanı fikirlə təsiri altına almışdır. Bu uzun prosesi burada təfərrüatlı şəkildə qeyd etməsək də, bəzi əsas şeyləri ifadə etmək faydalı olar. Neo-bütpərəstliyin ilk qabaqcılları "Humanistlər" olaraq tanınan mütəfəkkirlərdir. Bu insanlar qədim yunan mənbələrindən təsirlənərək Platon, Aristotel kimi mütəfəkkirlərin bütpərəst fəlsəfələrini mənimsəmiş və yaymağa çalışmışlar.

"Humanizm" məfhumu ilə ifadə etdikləri inanc isə, Allahın varlığını və insanın Allah qarşısındakı məsuliyyətini görmək istəməyən, insanı öz başına üstün və uca bir varlıq kimi təsvir edən azğın bir fəlsəfədir. Humanizmin təsirləri 17-ci və 18-ci əsrdə ortaya çıxan İşıqlanma fəlsəfəsiylə daha geniş ölçülərə çatmışdır. İşıqlanma fəlsəfəçiləri qədim Yunanistanda meydana gəlmiş bir fəlsəfə olan materializmi mənimsəmiş və qızğın şəkildə müdafiə etmişlər (Materializm, Leucippus və Democritus kimi yunan mütəfəkkirləri tərəfindən ortaya atılan, hər şeyin maddədən ibarət olduğunu hesab edən bir xurafat fəlsəfəsidir). Bütpərəstliyin yenidən ortaya çıxması, maarifçilik fəlsəfəsinin siyasi nəticəsi olaraq qəbul edilən fransız inqilabında çox diqqətə çarpan bir şəkildə ifadə edilmişdi. Fransız inqilabının qanlı "terror" dövrünə liderlik edən Yakobinlər, xristianlıq əvəzinə bütpərəstliyi mənimsəyir və xristianlığa olan nifrətləri də xeyli artırırdı. İnqilabın ən qızğın günlərində Yakobinlərin fəal təbliğatı nəticəsində geniş şəkildə "xristianlıqdan çıxma" hərəkatı baş verdi. Hətta bununla yanaşı xristianlıq əvəzinə bütpərəst simvollar əsasında yeni bir "ağıl dini" ortaya atıldı. İlk əlamətləri 14 iyul 1790-cı ildə Respublika bayramında görülən "inqilabçı ibadət" getdikcə yayılmağa başladı. Yakobinlərin əliqanlı lideri Robespierre, "inqilabçı ibadət"ə yeni qaydalar gətirmiş, bu ibadətin qanunlarını sənəd halına gətirərək adını "Uca Varlıq İbadəti" adlandırmışdı. Bu hadisənin təəccüblü bir nəticəsi məşhur Notrdam kilsəsinin "ağıl məbədi"nə çevrilməsi idi. Kilsənin divarlarındakı xristian fiqurları sökülmüş və mərkəzdə "ağıl tanrısı" adlandırılan qadın heykəli, yəni bütpərəst bir büt yerləşdirilmişdi.

Bu bütpərəst meyl, inqilabçılar tərəfindən müxtəlif simvollarla da ifadə edilirdi. Fransız inqilabında inqilabçı gözətçilər tərəfindən geyinilən və bir çox illüstrasiyada inqilabın simvolu kimi istifadə edilən qırmızı başlıq, bütpərəst aləmindəki Mitra əfsanəsindən miras qalan bütpərəst bir emblemdi. Bütpərəst mədəniyyətinin bu şəkildə yenidən ortaya çıxması və Avropaya fikirlə hakim olmağa başlaması, bütpərəst aləminə aid bir sistem olan faşizmin də yenidən ortaya çıxmasına səbəb olurdu. Necə ki, Spartada tətbiq olunan faşist sistemin bir bənzəri, yəni nasist Almaniyası bu bütpərəst mədəniyyətə dözəcəkdi. Ancaq 18-ci əsrin sonunda baş verən fransız inqilabından 20-ci əsrin əvvəlindəki nasist Almaniyasına keçmək üçün bəzi əhəmiyyətli mədəni dəyişikliklər lazım idi. Bu dəyişikliklər 19-cu əsrdəki bəzi mütəfəkkirlər tərəfindən reallaşdırıldı. Bunların ən əhəmiyyətlisi Çarlz Darvin idi.

 

Darvinizm və bütpərəst "təkamül" xurafatının dirilməsi
Bütpərəst aləminə aid olan, ancaq 18-ci və 19-cu əsrdə yenidən Avropaya daşınan batil inanclardan biri, bütün canlıların təsadüflər nəticəsində və bir-birindən törəyərək meydana gəldiklərini irəli sürən "təkamül nəzəriyyəsi" idi. "Canlılar və insan necə yarandı?" Allahın varlığından xəbəri olmayan, bunun əvəzinə öz uydurduqları bir çox saxta məbuda ibadət edən müşriklər bu suala "təkamül" deyə cavab vermişdilər. İlk dəfə qədim Şumer kitabələrində rast gəlinən təkamül anlayışı, əslində qədim Yunanistanda formalaşdı. Tales, Anaksimenderes və Empedokles kimi bütpərəst filosoflar, canlı varlıqların, yəni insan, heyvan və bitkilərin hava, od və ya su kimi cansız maddələrdən özbaşına əmələ gəldiklərini iddia etdilər. Bu nəzəriyyələrinə görə ilk canlılar suda və birdən-birə, özbaşına ortaya çıxmış, bəzi heyvanlar vaxt keçdikcə suyu tərk etmiş və quruya uyğunlaşmışdılar. Tales uzun müddət Misirdə yaşamışdı. Misirdə isə "canlıların özbaşına palçıqdan əmələ gəldiyi" xurafatı geniş yayılmışdı. Misirlilər Nil çayının suyu çəkildiyi vaxtda ətrafa yayılan qurbağaların bu şəkildə əmələ gəldiyini güman edirlər. Tales də bu xurafatı qəbul etmiş və buna bəzi fikirlər əlavə edərək bütün canlıların özbaşına əmələ gələ bildiyini irəli sürmüşdü. Tales bu iddiaları təcrübəyə və ya müşahidəyə deyil, yalnız məntiqi əsaslara əsaslanaraq irəli sürürdü. Qədim Yunanıstandakı digər təkamülçü filosoflar da eyni metoddan istifadə etdilər. Talesin bir şagirdi olan Anaksimenderes, təkamül nəzəriyyəsini inkişaf etdirdi. Onun qərb düşüncə həyatına daxil etdiyi iki böyük materialist anlayış vardır. Bunlardan birincisi kainatın sonsuzdan gəlib sonsuza getdiyi, ikincisi isə Tales dövründə yavaş-yavaş formalaşmağa başlayan canlıların bir-birlərindən təkamül keçirdikləri fikridir. Hətta "təbiət" adını daşıyan klassik şeiri, təkamül nəzəriyyəsinin izah edildiyi ilk yazılı əsərdir. Anaksimenderes bu şeirində heyvanların, günəş işığıyla buxarlanan bir palçıqdan əmələ gəldiyini iddia etmişdi. İlk heyvanların tikanlı və pulcuqlu qabıqlara sahib olduğunu və dənizlərdə yaşadığını irəli sürmüşdü. Bu balığa bənzəyən varlıqlar daha sonra dəyişiklik keçirmiş, quruya keçmiş, pulcuqlu qabıqlarını tökmüş və insana çevrilmişdi. Anaksimenderesin təkamül nəzəriyyəsinə necə bir təməl meydana gətirdiyi isə fəlsəfə kitablarında bu şəkildə təsvir edilir: ...Başlanğıcda bütün varlıqlar, suda yaşayan varlıqlardı. Sonradan suların çəkilməsi, quru parçalarının meydana gəlməsi ilə bu sularda yaşayan varlıqlar quruda yaşayan canlılar formasında dəyişiklik keçirdi. Bu nəzəriyyə təkamül nəzəriyyəsinin ilki ya da başlanğıcı hesab edilə bilər.


Bir sözlə, Darvinizmin iki əsas ünsüründən biri, yəni canlıların təsadüflərlə bir-birlərindən törədikləri fərziyyəsi, birbaşa bütpərəst fəlsəfəsinin ortaya atdığı bir iddia idi. Darvinin nəzəriyyəsinin ikinci əhəmiyyətli ünsürü olan "həyat mübarizəsi" anlayışı da yenə bütpərəst bir inancdır. Təbiətdəki canlılar arasında bir həyat döyüşü olduğu tezisini ilk irəli sürənlər yunan fəlsəfəçiləridir. Bütpərəst mütəfəkkirlər tərəfindən, təcrübəyə və müşahidəyə deyil, mücərrəd ağıl icra etməyə əsaslanaraq ortaya atılan təkamül fikri, 18-ci əsr Avropasında yenidən əks-səda doğurmuşdur. Bütpərəst düşüncəsindəki təkamül fikri, "Böyük Yaranma Zənciri" olaraq adlandırılmış və təkamül nəzəriyyəsinin ilk qabaqcılları olan Benoit de Maillet, Pierre de Maupertuis, Comte de Buffon Jean Baptiste Lamark kimi fransız elm adamları bu anlayışdan təsirlənmişlər. Buffon Histoire naturelle adlı kitabının dərhal əvvəlində, özünü "Böyük Yaranma Zənciri doktrinasının şərhçisi" olaraq xarakterizə edir.

Buffondan Lamarka keçən təkamülçü anlayışı ondan da Çarlz Darvinə miras qalmışdır. Çarlz Darvinin babası olan Erasmus Darvin də bütpərəst inanclara sahib bir təkamlüçü idi. Erasmus Darvin Şotlandiya Edinburghdakı məşhur Canongate Kilwining mason lojasının ustadlarından biri idi. Üstəlik, Fransadakı Yakobinlərlə və din düşmənçiliyini bir nömrəli vəzifə edən masonik İlluminate təşkilatıyla da yaxın əlaqəsi vardı. Yaratdığı səkkiz min km2-lik sahəsi olan botanik bağçada apardığı tədqiqatlarla Darvinizmə təməl təşkil edəcək məntiqləri meydana gətirmiş və bunları The Temple of Nature (Təbiət məbədi) və Zoonomia adlı kitablarında qeyd etmişdi. Erasmus Darvinin kitabına verdiyi ad, yəni "təbiət məbədi" anlayışı, həqiqətdə sahib olduğu bütpərəst inancın bir ifadəsi idi. Bu təbiətin yaradıcı bir gücə sahib olduğuna inanan keçmiş azğın bütpərəst inancların bir təkrarı idi.

Geri