Faşistlərin paranoyası

Faşist dövlətin ən diqqətə çarpan xüsusiyyətlərindən biri öz xalqına etibar etməməsi və şübhəli gördüyü hər kəsi öldürməyə qədər gedib çıxan mərhəmətsiz metodlardan istifadə etməklə onları susdurmağa çalışmasıdır. Demək olar ki, hər faşist rejimdə xalqa nəzarət etməyə və müxalifləri ortadan qaldırmağa istiqamətli "gizli polis" təşkilatları qurular. Nasistlərin məşhur Gestaposu faşist rejimin paranoyasının nə cür böyük işgəncə və vəhşiliklərə gətirib çıxardığının tarixi bir dəlilidir. Erik Hoffer, qəti inananlar adlı kitabında nasistlərin xalqı nəzarət altında saxlamaq üçün necə bir "qorxu" siyasəti həyata keçirdiklərini belə bildirir: Nasist partiyasının aşağı təbəqələrindəki kəslər daima bir nəzarət altında saxlanıldıqlarına inandırılmış və həmişə qorxu içində saxlanılmışdılar. Qonşusundan qorxmaq, dostundan qorxmaq və hətta qohumlarından qorxmaq bütün kütlə hərəkatlarında qanun halına gəlmişdir. Vaxtaşırı günahsız insanlar şübhə mexanizminin yaşadılması məqsədiylə ittiham və fəda edilirlər.

Bu vəhşiliyin mənşəyi faşizmin fəlsəfəsindədir. Bu fəlsəfədə xalqın özbaşına buraxıldığı təqdirdə həm rejimə xəyanət edəcəyinə, həm də korlanacağına inanılar. Xalqı yola gətirməyin yolu isə təzyiqdən istifadə etməkdir. Faşizmin ideoloqlarından olan və xüsusilə Mussoliniyə çox təsir göstərən fransız filosof Corc Sorel (1847-1922) bu düşüncəni müdafiə edənlərin başında gəlir. Sorel cəmiyyətlərin normal olaraq korlandığını və nizamının pozulduğunu müdafiə etmişdir. Ona görə şiddət tətbiq edərək bu çürümənin qarşısı alınmalı və beləcə totalitar bir rejim qurulmalıdır. Bu paranoya nümunələrinə mövcud İraq rejimində də rast gəlinir. Səddam Hüseynin ən yaxın qohumlarını belə "xəyanət" şübhəsiylə öldürtməsinin arxasında duran səbəb də bənzər bir şübhə hissidir. Səddam 1979-ci ildə Əhməd Həsən əl Bəqriyi prezidentlik vəzifəsindən devirdikdən sonra üzv olduğu Baas partiyasının yarısından çoxunu öldürtmüşdü. İnsanları öldürməsindəki meyarı isə gələcəkdə ailəyə verə biləcəkləri zərərlərin qarşısını almaq olduğunu deyirdi. Oğlu Udeyin vəzifəsi ailədəki "xainləri" yox etmək idi. Səddamın şəxsən qurduğu sui-qəsd şəbəkəsi ilə nasist SS stili xüsusi bir kəşfiyyat vahidi meydana gətirmişdir. Səddamın bu qrupuna Ruminiyanın diktatoru Nikolay Çavuşeskunun devrilişini və edamını videoda göstərərək, onların da belə bir aqibətlə qarşılaşa biləcəklərini və buna görə də ciddi olmalarının lazım olduğunu xatırlatdığı məlumdur.

Geri