Yaxın Şərqdəki faşist diktator: Səddam Hüseyn

21-ci əsrin əvvəlində olduğumuz bu günlərdə, 1960-cı və 1970-ci illərin müxtəlif faşist diktatorları da artıq tarixə qarışmış vəziyyətdədir. Ancaq faşizm, hər an yeni bir ərazidə yeni şərtlər altında yenidən kök sala bilir. Yaxın Şərq də faşist rejim və təşkilatların vəhşiliyindən çox yara almış bir regiondur. Və belə bir zamanda hələ də faşist diktator Orta Şərqi təhdid edir: Bu Səddam Hüseyndir. Səddam Hüseynin keçmişini araşdırmaq, faşist xarakterini görmək baxımından əhəmiyyətlidir. Səddamı İraqın başına gətirən hadisələr bir çevrilişlə başladı. 1963-cü ilin fevralında, özlərinə "Baas" (Diriliş) Partiyası adı verən bir qrup zabit və sokak militanı, o vaxta qədər hakimiyyətdə olan polkovnik Qasımı hakimiyyətdən devirdilər. Bu militanların arasında, çevriliş günü polkovnik Qasımı öldürməklə vəzifələləndirilmiş altı nəfərlik xüsusi qrupun da üzvü olan gənc bir adam diqqət çəkirdi: Bu adam Səddam Hüseyn əl-Tikrit, yəni Tıkritli Səddam Hüseyndi. Əsgər olmamasına baxmayaraq daima əsgər formasıyla gəzən Səddam, çevrilişdən dərhal sonra Baas rəhbərliyi tərəfindən terror və sui-qəsdlərdən məsul olan xüsusi bir qrupun başına gətirildi. İlk gördüyü iş isə, çevriliş müxaliflərini sorğuya çəkmək üçün yeni və təsirli işgəncə üsulları meydana gətirmək oldu. Diriliş partiyasının saray çevrilişiylə meydana gələn bu hakimiyyətə həmin ilin noyabr ayında son qoyulduqda, Səddam Hüseynin işgəncə mərkəzi ortaya çıxarılmışdı. İşgəncə mərkəzi, Səddamın xüsusi icadı olan qorxunc işgəncə alətləriylə dolu idi. Diriliş partiyasının on aydan az vaxt çəkən qısa hakimiyyətinə, yenə bir çevrilişlə son qoyulmuşdu. Ancaq diriliş partiyası 17 iyul 1968-ci ildə ikinci bir çevriliş həyata keçirdi. Bu dəfəki, çevriliş daimiydi.

Diriliş partiyasının bu ikinci çevrilişin ikinci lideri məşhur "işgəncə ustası" olan Səddam Hüseyndi. Səddam, rejimin düyün nöqtələrinə öz qohumlarını yerləşdirərək və siyasi rəqiblərini öldürdərək vaxt ərzində bütün siyasi gücü əlində topladı. Qəddar işgəncə ustası, İraqın diktatoru olmuşdu. Səddam hakimiyyəti ələ keçirdikdən sonra daima döyüş və qarşıdurma arxasınca getdi. 1980-ci ildə, heç bir səbəb olmadığı halda, ani bir hücumla İranı işğal etdi və 8 il ərzində yüz minlərlə iraqlı və iranIının həyatını itirməsinə gətirib çıxaracaq bir müharibəni başlatdı. Bu müharibənin bitməsindən 2 il sonra bu dəfə yenə heç bir səbəb olmadığı halda, Küveyti işğal etdi və Körfəz müharibəsinə səbəb oldu. Alman torpaqlarını genişləndirmək üçün dörd bir yana dəlicəsinə hücum edən Hitler kimi, Səddam da ətrafına terror yaymışdır. Üstəlik, öz xalqına qarşı da ən zalım üsullardan istifadə etməkdən çəkinmədi. Səddamın hakimiyyəti ərzində, rejimə müxalif görülən kəslər, siyasi və hətta etnik qruplar cürbəcür vəhşiliklərə məruz qaldılar. Newsweek jurnalı bir buraxılışında Səddamın faşist xarakteri üçün belə bir tərif verir:

"...Bəziləri ona" qaniçən bir despot", "Bağdadın qəssabı" deyərlər. Səddam Hüseyn İraqı arxasındakı 1 milyonluq ordu, müxbir, sui-qəsdçi və işgəncə verən şəxslərdən ibarət olan bir legion ilə polad əlcək içindəki dəmir bir əl kimi idarə edir. Səddam Yaxın Şərqdə özünün və ölkəsinin böyüklüyü naminə etdiyi olduqca insafsız rəftarlarıyla tanınır. Belə ki, həm içəridəki, həm də çöldəki düşmənləri üçün zəhərli qazdan istifadə etməkdən çəkinməz. Həqiqətən də Səddam xeyli iraqlı insanın qanını axıtdı. İrana qarşı başlatdığı müharibənin sonunda İraqın 17 milyonluq əhalisindən 1 milyonu ölmüş və ya yaralanmışdır.

(Xalqın 1 milyonundan çoxu da ölkəni siyasi və iqtisadi səbəblərlə tərk ediblər). Vaşinqton mərkəzli Middle East Watch adlı insan hüquqları təşkilatı, İraqda məcburi təcrid və deportasiya, göstərişə əsaslanan həbs və cəza, işgəncə və gizli işlər, tez-tez tətbiq olunan siyasi edam olduğunu xəbər verir. Beynəlxalq Əfv Təşkilatının hesabatına görə, yalnız şübhədən ötrü həbs olunan on minlərlə insanın böyük bir hissəsi sərbəst buraxılmamış, böyük əksəriyyəti isə itmişdir. Məhbuslara və nəzarətə götürülənlərə, üzərlərində siqaret söndürmək, barmaqlarını kəsmək kimi çox ağır işgəncələr tətbiq edilir. Səddam Hüseyn 1988-ci ildə Halepçedə törətdiyi qırğın ilə fərqli etnik mənşəyə sahib xalqa qarşı faşist rəftarını göstərmişdir. Halepçedəki sivil kürd mühacirlərə qarşı sinir qazından istifadə edərək 6 min günahsız insanın, körpə, yaşlı, qadın, kişi demədən qıvranaraq ölmələrinə səbəb olmuşdur. İraqdakı faşist rejimin siyasi məhbuslara verdiyi işgəncələr daha qorxuncdur. İraqdan qaçan bir həkim, bu işgəncələri belə izah edir: "Cənubda bir xəstəxanada staj keçirdim. Həbsxanadan gətirilən şəxsləri yalnız həkimlər görə bilərdi. Bir ət yığını halında olan insanların çoxu ölürdü. İşgəncələrdən sağ çıxan siyasi günahkar yox idi. Nəzarətə alınacağımı başa düşdüyüm vaxt dərhal qaçdım''.

Səddamın zalımlıqlarından bu günə qədər ailəsi və yaxın ətrafı da öz payını almışdır. İraq lideri Səddam Hüseynin ögey qardaşı Bərzan Tikrit Səddamın və oğlu Udeyin onu öldürtmə ehtimalından Birləşmiş Ərəb Əmirliklərinə qaçmışdır. Səddamın iki kürəkəni Hüseyn və Səddam Kamil də 1995-ci ildə Saddamdan qorxaraq İordaniyaya qaçmışlar. Bununla da Səddam onlara can təhlükəsizliyi zəmanəti vermiş və ölkəyə geri qayıtmalarını istəmişdir. Ancaq can təhlükəsizliklərinin qorunacağına dair vəd alan iki qardaş Bağdada qayıdar-qayıtmaz atalarıyla birlikdə öldürülmüşlər. Daha sonra da analarının cəsədi parça-parça edilmiş vəziyyətdə tapılmış, bu hadisələr bütün dünya ictimaiyyətin gözü qarşısında baş vermişdir. İraq lideri, ölkədən qaçan müxaliflərə isə alçaq üsullarla gözdağı verir. Məsələn, 1995-ci ildə İordaniyaya qaçan General Nəcib Selahi, ailə yaxınlarına təcavüz edilərək, təcavüz kasetlərinin özünə göndərildiyini və bunun yalnız özünə deyil, bir çox müxalifə edildiyini bildirmişdir.  Bu nümunələrdən də göründüyü kimi, Səddamın İraq xalqı üzərində qurduğu hakimiyyət tamamilə onları məhv etməyə, qorxutmağa, gözdağı verməyə və işgəncəyə əsaslanır. Səddam Hüseynin faşist rejimiylə idarə olunan xalq isə ac, işsiz və səfil haldadır. Kiçik körpələr aclıqdan və dərman tapa bilməməkdən ötrü ölür, böyük bir millət daima ölümə və yox olmağa doğru gedir.

Buna baxmayaraq xalq ya qorxudan ya da içində olduğu kütlənin təsirindən Səddama toz qondurmur, olduğu səfalətdən həmişə "onları", yəni Səddamın düşmənlərini günahkar hesab edir. Səddamı araşdırdığımızda faşist xarakterin digər xüsusiyyətlərini də tapmaq mümkündür. Bunun bir nümunəsi, Səddamın, eynilə nasistlər və digər faşistlər kimi, özünü tarixdə yaşamış bütpərəst diktatorlara bənzətməsidir. Səddamın özü üçün seçdiyi "Sparta", Orta Şərqin bütpərəst imperatorluqlarından biri olan Babildir. Səddam özünü, "üfüqdən göyə qədər rəqib"i olmadığı deyilən Babil padşahı Nebukadnezarın varisçisi olaraq görür və göstərir. İraqda nasistlərin bütpərəst mərasimlərini xatırladan şəkildə, Babil imperatorluğunun yenidən dirçəlməsini təsvir edən mərasim və ayinlər keçirilmişdir. Süleyman məbədini dağıdan və İsrail oğullarını Babilə sürgün edən Nebukadnezar, tarixdə iki xüsusiyyəti ilə tanınır: Bu xüsusiyyətlər mərhəmətsiz bir komandir və böyük bir memar olmasıdır. Ağılsızlıq dərəcəsində qürurlu olan Nabukadnezarı inşa etdirdiyi binaların bütün kərpicləri üzərində tək-tək öz adını yazdırdığı məlumdur. Səddam Nebukadnezarın bu xüsusiyyətini də təqlid edir və xalqının bütün səfalət və yoxsulluğuna baxmayaraq böyük bir israfçılıqla inşa etdirdiyi saraylarında istifadə edilən kərpiclərin üzərinə öz adını yazdırır. İraq xalqının əhəmiyyətli bir hissəsi isə, faşizmin meydana gətirdiyi güclü romantik təşviq içində bu sarayları ona edilmiş bir haqsızlıq və ədalətsizlik kimi görmürlər. Əksinə Səddamın azğınlıq içində yaşadığı bu saraylar milli fəxr məsələsi halına gəlmiş, əcnəbilərə qarşı İraqın bir fəxri kimi qəbul edilmişdir.

 

Səddamın faşist xarakterinin başqa bir nümunəsi isə, dinlə heç bir əlaqəsi olmamasına rəğmən, bəzən saxta bir dindarlıq maskası taxması və dini siyasi cəhətdən istifadə etməsidir. Halbuki, dinə zidd bir iş görmək (Saddam kimi haqsız yerə işğallar həyata keçirib yer üzündə fitnə-fəsad törətmək) üçün dini simvollardan istifadə etməyə çalışmağın bir ikiüzlülük olduğu çox aydındır. İraq xalqına və faşizmlə qarşılaşan hər kəsə düşən vəzifə, bu kimi sadə təbliğat və aldatma üsullarına aldanmamaq, həqiqi bir dindar ilə özünü dindar kimi göstərən bir faşisti ayırd etmək və ona uyğun davranmaqdır. Bunu ayırd etmək isə çətin deyil, çünki bir faşistin heç bir şəkildə dindar olmayacağı aydındır. Allah güc və mövqe sahibi olduğu təqdirdə yer üzündə fitnə-fəsad törədən bu kimi ikiüzlü insanlardan Quranda belə bəhs etmişdir:

 

İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir. O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!
(Bəqərə surəsi, 204-206)

Geri