Bütün faşistlərin tipik modeli: Sparta

E.ə. 8-ci əsrə yaxın Lukurgus adlı biri tərəfindən hərbi bir dövlət olaraq qurulduğu məlum olan Sparta, sözün əsl mənasında bir döyüş və şiddət dövləti idi. Spartada qatı bir təhsil sistemi qurulmuşdu. Buna görə də dövlət insandan daha çox əhəmiyyətli idi. Buna görə də insanların həyatı, dövlətə faydalı olub olmayacaqları meyarına görə təyin olunurdu. Sağlam və güclü olaraq dünyaya gələn Spartalı oğlanlar bütün ömürlərini dövlətin xeyri naminə sərf etdiyi halda, xəstə körpələr dağlarda ölümə məhkum edilirdi. (Nasist Almaniyasında da spartalıların bu tətbiqləri nümunə götürülmüş və Darvinizmin də təsiriylə "sağlam və üstün bir irq" üçün xəstə olanların yox edilməsi lazım olduğu müdafiə olunmuşdur) Spartada valideynlər oğlan uşaqlarına yeddi yaşına qədər baxmaqda məsuliyyət daşıyırdılar. Uşaqlar 7 yaşdan 12 yaşına qədər 15 nəfərlik bir qrupun üzvü olurlar və qanunlara tabe olmaqla uğur qazananlar lider olaraq seçilirdi. Uşaqlar yalnız idman edərək bədənlərini gücləndirər və döyüşə hazırlanarlardı. Oxuyub-yazmaq əhəmiyyətli sayılmaz, musiqi və incəsənətə çox maraq göstərilməzdi. Uşaqların öyrənmələrinə və oxumalarına izn verilən mahnılar yalnız döyüş və şiddət xarakterli mahnılardı. (Mussolini və Hitlerin 4 yaşından etibarən faşist təhsilə almağa başlatdığı uşaqlar da spartalı uşaqlar ilə demək olar ki, bənzər təhsili almışdırlar.) Faşizmin incəsənətə, ədəbiyyata və təhsilə əhəmiyyət verməyərək, yalnız döyüşçü ruhlu insanlar yetişdirməsi, bir Sparta ənənəsidir. Sparta haqqında ən ətraflı izahlar verən mütəfəkkirlərin başında, məşhur yunanlı filosof Platon gəlir. Platon demokratiya ilə idarə olunan Afinada yaşamasına baxmayaraq, Spartadakı faşist rejimə heyran qalmış və kitablarında Spartanı nümunəvi bir dövlət modeli olaraq göstərmişdir. Platonun bu faşist meylindən ötrü 20-ci əsrin qabaqcıl mütəfəkkirlərindən biri olan Karl Popper, The Open Society and Its Enemies (Açıq Cəmiyyət və Onun Düşmənləri) adlı məşhur kitabında, Platonu açıq cəmiyyətin ilk düşməni və repressiv rejimlərin ilk ilham mənbəyi olaraq göstərər. Popper Platonun Spartadakı körpə cinayətlərini belə soyuqqanlılıqla müdafiə etdiyini izah edir və onun "yevgenika" anlayışının ilk nəzəri müdafiəçisi olduğunu belə bəyan edir: [Platona görə] idarəçi sinfin özünü üstün bir irq olaraq hiss etməsi çox əhəmiyyətlidir. Platon "əsgərlərin irqi xalis olaraq saxlanılmalıdır" deyərkən (və beləcə körpə cinayətlərini müdafiə edərkən), o vaxtdan bəri təkrar edilən və heyvanları böyük bir diqqətlə cütləşdirərkən öz irqimizə laqeyd yanaşdıq istiqamətindəki irqçi tezisini inkişaf etdirir. (Körpə cinayətləri Afinanın bir tətbiqi deyil, Platon bunun Spartada yevgenik məqsədlərlə tətbiq edilmiş, bunun antik bir tətbiq olduğunu və buna görə də yaxşı olmalı olduğunu düşünmüşdür). Bu prinsiplərin təcrübəli bir heyvan tərbiyəçisi tərəfindən itlərə, atlara və ya quşlara tətbiq olunan cütləşdirmə üsulu kimi, üstün irqin yetişdirilməsi üçün də tətbiq olunmasını istəyir. Platon: -"Əgər onları bu şəkildə cütləşdirməsəniz, quşlarınızın və ya itlərinizin irqinin tezliklə dəyişikliyə uğrayacağını düşünmürsünüzmü?"-deyə soruşur və sonra da bu nəticəyə gəlir, "bu prinsiplər insan irqi üçün də məqbuldur". Yəni bir əsgərdən və ya mühafizəçidən tələb olunan irqi xüsusiyyətlər, bir çoban itindən tələb olunan xüsusiyyətlər kimidir. Platon "döyüşçü-idmançılarımız gözətçi itlər kimi ayıq-sayıq olmalıdır" deyir və sonra da bunları qeyd edir: "Əlbəttə ki, gözətçilik etmək üçün normal uyğunluqları nəzərə alındıqda, cəsur bir gənclə yaxşı qidalanmış bir it arasında fərq yoxdur".

Platonun insanları bir heyvan növü kimi qəbul edən və "cütləşdirmə" üsuluyla insanların "təkamül keçirəcəyini" irəli sürən bu fikirləri 19-cu əsrdə Darvinizmlə birlikdə yenidən dünyanın gündəminə gələcək, 20-ci əsrdə də nasistlər tərəfindən tətbiq ediləcəkdi. Bunu sonrakı səhifələrdə araşdıracağıq. Platon Spartadakı modeli müdafiə edərkən, faşizmin digər bir xüsusiyyətini, yəni cəmiyyətin dövlət tərəfindən böyük bir təzyiqlə idarə edilməsini də müdafiə etmişdir. Platona görə bu təzyiq gündəlik həyata o qədər hakim olmalıdır ki, insanlar dövlətin əmrlərindən kənar heç bir şey düşünə bilməz hala gəlməli, öz ağıl və iradələrini tamamilə bir kənara qoyaraq, sanki beyinləri yuyulmuş bir şəkildə hərəkət etməlidirlər. Karl Popperin kitabının dərhal başında faşist zehniyyətin tam bir ifadəsi olaraq qeyd etdiyi Platona aid aşağıdakı sözlər, faşist rejimin quruluşunu təsvir edir:

Ən əsas prinsip budur ki, erkək və ya dişi olsun heç kəs lidersiz olmamalıdır. Heç kimin beyni, bir şeyi öz təşəbbüsü ilə etməsinə izn verəcək şəkildə düşünməyə alışdırılmamalıdır... Ən kiçik mövzuda belə liderliyin rəhbərliyi altında olmalıdır. Məsələn, səhər yuxudan oyanması, hərəkət etməsi, yuyunması və ya yemək yeməsi, yalnız əgər bunları etməsi əmr edilmişsə reallaşmalıdır. Bir sözlə, ruhunu elə bir şəkildə tərbiyə etməlidir ki, əsla müstəqil olaraq davranmağı xəyal etməməli və bunu etmə qabiliyyətindən də tamamilə məhrum hala gəlməlidir.

Bu düşüncə və tətbiqləriylə, spartalılar və Platon, faşizmin əsas xüsusiyyətlərini də ortaya qoymuşlar: Bu xüsusiyyətlər insanları heyvan növü kimi görən bir anlayış, fanatik bir irqçilik, müharibənin və qarşıdurmanın ucaldılması, cəmiyyətin dövlətin təzyiqiylə və "beyin yuma" üsullarıyla idarə olunmasıdır.

Bənzər faşizm tətbiqləri, bəzi digər bütpərəst cəmiyyətlərdə də müşahidə olunmuşdur. Qədim Misiri idarə edən Fironların qurduğu sistem, bəzi istiqamətləriylə Sparta faşizmini xatırladar. Misir Fironları da güclü bir hərbi intizama sahib dövlət sistemləri qurmuşlar və bundan öz xalqlarına təzyiq göstərmək üçün istifadə etmişdirlər. Hz. Musa dövründə Misiri qəddarcasına idarə edən Firon -tarixi mənbələrdə II Ramzes olaraq adlanar- Spartadakı körpə qırğınlarını xatırladan bir zalımlıqla ölkəsindəki bütün yəhudi oğlan uşaqlarının qətl edilməsini əmr etmişdir. Bu Fironun öz xalqına qarşı tətbiq etdiyi fikri təzyiq də, Platonun tərif etdiyi faşist təzyiq sistemini xatırladır. Allahın Quranda bildirdiyi kimi, Firon bütün xalqına, Firon dedi: “Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm” (Mümin surəsi, 29) deyərək totalitar bir təlqin vermişdir. Özünün bütpərəst inancını rədd edərək, hz. Musanın gətirdiyi haqq dinə inanan kəsləri isə “…Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz?” (Əraf surəsi, 123) “əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm” (Əraf surəsi, 124) deyə təhdid etmişdir.

Geri