Faşist dövlətin xəyali düşmənləri

Faşizm içi olduqca boş olan bir ideologiyadır və ayaqda qalmaq üçün daimi bir təşviqat mühitinə ehtiyac duyar. "Daxili və xarici düşmənlər" əfsanəsi, faşist dövləti xalqının gözündə gücləndirən ən əhəmiyyətli faktordur. Hər faşist dövlət xəyali düşmənlər meydana gətirər və bu xəyali düşmənlərə qarşı bütöv halda bir döyüş elan edir. Mətbuat orqanlarında bu düşmənə qarşı əldə olunan qələbələr hər gün elan edilməklə diktatorluq gücləndirilər. Və "xalqı bu böyük təhlükələrdən qorumaq üçün müxaliflərə qarşı sərt və mərhəmətsiz bir rəftar göstərilməlidir" təlqini verilər. Daima "biz və onlar" fəlsəfəsi ilə xalqın xəyali düşmənlərə qarşı faşist rəhbərliklə birləşməsi təmin edilər. Beləliklə də hüququn tapdalanmasına, insan hüquqlarının pozulmasına və dövlət terroruna səbəb olar. Faşizmi tənqid edənlər isə dərhal xəyali düşmənlə əməkdaşlıq etməklə itham olunurlar.  Hitler kommunizmi və yəhudiləri, Mussolini kommunistləri, dövrümüzdəki faşistlərdən olan Miloşeviç isə müsəlmanları bir təhlükə olaraq seçmiş və bu təhlükəyə qarşı süni bir birlik meydana gətirmişlər. Bu süni təhlükə faşist dövlətin ən böyük təbliğat silahıdır. Çünki ortada böyük bir təhlükə varmış kimi göstərilir və xalqı bu təhlükədən qoruyacaq tək "qəhrəman" da faşist lider olaraq görülür. Bu xəyali ssenariyə görə, süni düşmən həmişə haqsızlıqla hücum edər, faşist lider isə qəhrəmancasına millətini müdafiə edərək lazım gələn cavabı verər. Faşist liderlərin xalqlarına etdikləri bütün zülmə baxmayaraq, xalqın bağlılığının davam etməsinin bir səbəbi də budur. Bu liderlər öz mərhəmətsizliklərini mətbuatdan istifadə edərək məharətli bir manevrlə xəyali "düşmənlərə" isnad etməyi bacararlar.

Geri