Nasistlərdəki yəhudi düşmənçiliyinin əsl mənası

Nasistlərin din mövzusundakı düşüncə və siyasətlərini başa düşmək üçün, yəhudilərə və yəhudiliyə qarşı göstərdikləri qatı düşmənçiliyi də araşdırmaq lazımdır. Nasistlərin yəhudi düşmənçiliyi, həqiqətdə sözü gedən din düşməni ideologiyalarının bir parçası idi. Çünki nasistlərin məntiqinə görə, əvvəllər bütpərəst və döyüşçü bir cəmiyyət olan almanlar, xristianlığın yayılmasıyla birlikdə bu mədəniyyəti tərk etmişdilər, xristianlıq isə yəhudiliyin bir davamı idi. Xristianlıqdan nifrət edən nasistlər həqiqətdə onu bir "yəhudi sui-qəsdi" kimi görürdülər.

Allah Qatında müqəddəs və mübarək bir insan olan hz. İsaya tabe olmurdular. Öz azğın məntiqlərinə görə almanların yol göstəricisinin alman nəslindən gəlməli olduğunu irəli sürürdülər. Sahib olduqları vəhşi ideologiya, özlərinə yalnız alman mədəniyyətinin kobudluq tərəfdarı olan və zalım döyüşçülərini nümunə almağı öyrədirdi.

Nasist ideologiyasına baxdıqda, dünya tarixinin, "Aryan irqi" ilə "Sami irqi" arasındakı bir qarşıdurma olaraq şərh olunduğu görülə bilər. Nasistlərə görə Aryan irqi Hind-Avropa mədəniyyətinin, Sami irqi (yəhudilər və ərəblər) isə Yaxın Şərq mədəniyyətinin qabaqcıllarıdır. Hind-Avropa mədəniyyətinin əsas xüsusiyyəti isə, bütpərəst inanclara sahib olmasıdır. Nasistlər məhz bu səbəblə də özlərini bütpərəst bir mədəniyyətin varisləri olaraq görmüşlər, yəhudiləri isə, bütpərəstliyə qarşı çıxıb tövhid (Allahın Birliyi) inancını dünyaya yayan düşmən bir irq olaraq qəbul etmişlər. Nasistlərin bütpərəst ideologiyalarını mövzu götürən The Pink Swastika adlı əsərdə, bu mövzu qısaca olaraq belə qeyd olunur: Nasistlərin əvvəlcə yəhudi xalqına hücum etməsinin və onları yox etmək istəmələrinin səbəbi, müqəddəs Kitabın, yəni Tövrat və İncilin, xristian əxlaqının təməllərini meydana gətirməsidir.

Nasizmin bu azğın inancı digər bir çox faşist cərəyanda da müşahidə olunur. Bu gün hələ də bir çox neo-nasist qrupu, "Aryan irqinin dini" olaraq gördükləri bütpərəst inanclara bağlanır, başda haqq din olan İslam olmaqla, xristianlıq və yəhudilik kimi vəhyə əsaslanan ilahi dinləri isə guya "sami əfsanələr" olaraq görüb bunlara qarşı düşmənçilik bəsləyirlər. İslam aləmində də bu yanlış məntiq əsasında "ərəb düşmənçiliyi" şəklində yeni bir antisemitizm meydana gətirməyə çalışan faşist meyillər olmuşdur. Halbuki, ilahi dinlər, yalnız sami irqlərə deyil, dünyadakı bütün insanlara xitab edir və dünyadakı bütün insanların xilası da təhrifə məruz qalmayan son haqq din olan İslamdadır. Allahın insanlara göndərdiyi dini rədd edərək, atalarının azğın dini olan bütpərəstliyə sitayiş edən faşizm isə, böyük bir ağılsızlıqdan ibarətdir. Allah "atalarının dini"nin arxasınca gedən bu kimi ağılsız insanların vəziyyətini Quranda belə bildirilmişdir:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)

Geri