Darvinizmin faşizmə yaratdığı zəmin

Şumer və yunan bütpərəstlərindən miras qalan "Təkamül" əfsanəsi, Çarlz Darvinin 1859-cu ildə nəşr olunan Növlərin Mənşəyi adlı kitabıyla Qərb dünyasının gündəminə gəldi. Darvin, bununla və daha sonra nəşr olunacaq İnsanın Törəməsi adlı kitabıyla, xristianlıqla birlikdə Avropadan silinmiş bəzi bütpərəst anlayışları yenidən gündəmə gətirirdi. Həm də bunları "elm" pərdəsi altında qanuniləşdirirdi. Darvinizmin qanuniləşdirdiyi- və sonradan faşizmin ortaya çıxışına zəmin hazırlayacaq- bütpərəst anlayışlar, belə sıralana bilər:

1) Darvinizm irqçiliyə qanunilik qazandırırdı: Darvin Növlərin Mənşəyi adlı kitabının alt başlığında belə yazmışdı: "Təbii seleksiya və həyat mübarizəsində üstün irqlərin qorunması yoluyla". Darvin bu ifadəylə, təbiətdəki bəzi irqlərin digərlərinə görə üstün olduğunu iddia edirdi. Bu iddiasının insan irqlərinə aid cəhətini İnsanın Törəməsi adlı kitabında izah etdi: Avropalı ağ irqlərin, zəncilər, asiyalılar, türklər kimi irqlərə görə üstün olduğunu və onları kölələşdirilə biləcəklərini irəli sürdü.

2) Darvinizm qan tökməyə qanunilik qazandırırdı: Darvin yenə kitabının alt başlığından da aydın olduğu kimi, təbiətdə daimi bir "həyat mübarizəsi" olduğunu irəli sürmüşdü. Bu həyat mübarizəsinin həm irqlər, həm də fərdlər arasında yaşandığını, bunun daimi bir mübarizə olduğunu, hər irqin və ya fərdin öz mənfəətləri üçün digərlərini məhv etməsinin çox normal olduğunu iddia etmişdi. Bir sözlə, Darvin xristianlıqla birlikdə Avropaya hakim olan yardımlaşma, fədakarlıq və qənaətkarlıq anlayışları əvəzinə, yeganə qaydanın zorakılıq və qarşıdurma olduğu bir "meydan" təsvir etmiş və bunu müdafiə etmişdi. Bütpərəst dünyaya (Roma İmperasiyasına) aid bir vəhşilik səhnəsi olan "meydan", Darvinizmlə birlikdə yenidən dirilmiş olurdu.

3) Darvinizm insanların bioloji islahı olan (yevgenika) anlayışını yenidən gündəmə gətirirdi: Spartada tətbiq olunan və Platonun "döyüşçü-idmançılarımız gözətçi itlər kimi ayıq-sayıq olmalıdır" deyərək müdafiə etdiyi irq islahı (yevgenika) anlayışı, Darvinizmlə birlikdə yenidən Qərb dünyasının gündəminə gəlirdi. Darvin Növlərin Mənşəyi adlı kitabında fəsillər boyu "heyvan irqlərinin islahı"ndan bəhs etmiş, İnsanın Törəməsi adlı kitabında isə insanların da bir heyvan növü olduğunu müdafiə etmişdi. Necə ki, qısa müddət sonra Darvinin əmisi oğlu Frensis Qalton, əmisinin bu iddialarını bir addım irəli aparacaq və müasir yevgenika nəzəriyyəsini ortaya atacaqdı. (Yevgenikayı rəsmi siyasət kimi tətbiq edən ilk dövlət isə nasist Almaniyası olacaqdı.)

Göründüyü kimi, Darvinin nəzəriyyəsi ilk başda yalnız biologiya elmini maraqlandıran bir qayda kimi görünsə də, birbaşa yeni bir ictimai və siyasi anlayışın əsasını meydana gətirirdi. Necə ki, bu həqiqət qısa zamanda özünü büruzə verdi və Darvinizmin qurduğu bu yeni anlayışa "sosial darvinizm" adı verildi. Sosial Darvinizm bu gün bir çox tarixçinin qəbul etdiyi kimi, faşizmin və nasist ideologiyasının ən əhəmiyyətli əsasını meydana gətirdi. Darvinizmin döyüşü və münaqişəni qanuni kimi göstərən təsiri, Amerikalı tarixçi Paul Krookun Kembric Universiteti tərəfindən çap olunmuş Darwinism, War and History: The Debate over the Biology of War from the `Origin of Species' to the First World War (Darvinizm, Döyüş və Tarix: "Növlərin Mənşəyi"ndən I Dünya müharibəsinə qədər döyüşün biologiyası üzərindəki müzakirə) adlı kitabında çox təfərrüatlı olaraq analiz edilir. Krookun bildirdiyinə görə, Darvinizm, döyüşü "bioloji bir lazımlılıq" olaraq göstərərək, istər I Dünya müharibəsinin, istərsə də müxtəlif döyüşçü faşist kütlələrin fikri əsasını meydana gətirmişdir. Krook belə yazır:

...Darvinist təlimlər gücü, statusu, üstünlüyü, hücum və zorakılığı təsdiq etdi. Mədəniyyətlər, cinsiyyətlər, siniflər və irqlər arasındakı fərqliliklər, insanın seçilmə mübarizəsində sabit bioloji ayrı-seçkiliklərə nisbətən zəifləmişdi. Darvinin döyüş modeli, döyüşləri və imperialist mübarizəni "bioloji bir lazımlılıq" kimi göstərərək hərbi və irqçi tətbiqlərə haqq qazandırdı. ... (Darvinizm nəticəsində) Döyüş məntiqli hala gətirildi... Frederik Verthamın irəli sürdüyü kimi əgər vəhşilik bütün insanların təbiətində varsa və əgər hamımız günahkarıqsa, onda heç kim günahkar deyildi... I Dünya müharibəsi, neo-Darvinist genetikada və instinkt nəzəriyyəsində yeni bir terminlə şifrələnən vəhşilik əfsanəsinin son haqlılığı olaraq təsvir edilə bilər.

Darvin Tomas Hobbesin deyimi olan "döyüşün təbiəti" sözünü böyük kitabı olan "Təbii seleksiya"da paraqraf başlığı olaraq istifadə etməyi düşünmüşdü... "Darvin təbiətdəki orqanizmlərin həyatını təmsil edən olduqca dramatik bir dildən istifadə edərək, döyüşlərlə, müvəffəqiyyətlərlə, qıtlıqlarla, yoxsulluqlarla və qırğınlarla dolu bir həyat mübarizəsi olduğu imicini yaratdı Növlərin Mənşəyini tamamilə dolduran bir imic.(11) Krookun da ifadə etdiyi kimi Darvin "Növlərin Mənşəyi"ni qarşıdurma və döyüş olaraq göstərmiş və insanların da heyvanlardan törəmiş bir "növ" olduğunu irəli sürmüşdü. Bu hiyləgərlik, döyüş çığırtılarının, qan tökmə ideologiyasının, bir sözlə, faşizmin yarğan kimi böyüməsinə səbəb olacaqdı.

Geri