Faşizm, irqçilik və darvinizm

Faşizmin xüsusiyyətləri ələ alındıqda, avtoritar dövlət rəhbərliyi, lider despotizmi, təcavüzkar bir xarici siyasət kimi anlayışlar qeyd olunur. Ancaq bütün bunlarla yanaşı, faşizmin bəlkə də ən fundamental xüsusiyyəti irqçilikdir. Xüsusilə, nasist ideologiyasına baxdığımız təqdirdə, faşizmi faşizm edən amilin əslində irqçilik olduğunu görərik. Nasistlər üstün irq hesab etdikləri alman irqini bütün dünyaya hakim etmək xəyalıyla yola düşmüşlər və bütün siyasi və ictimai cəhdlərindən bu xəyallarını həyata keçirmək məqsədiylə istifadə etmişdirlər. Vilhelm Reyxin ifadəsiylə "irq nəzəriyyəsi, alman faşizminin nəzəri oxunu meydana gətirir". İrqçilik nasizm qədər olmasa da, Mussolininin, Frankonun rejimləri kimi digər faşist nümunələrdə də təməl ideologiya olmuşdur. Mussolini Roma İmperatorluğunu idarə edən Romalıların üstün bir irq olduğunu və italyanların bu irqin nəvələri olaraq üstünlük daşıdıqlarını irəli sürmüşdür. Efiopiyanı işğal edərkən bu "üstün irq" ifadəsinə əsaslanmış və qara dərili efiyopiyalıların italyanlara boyun əymək məcburiyyətində olduğunu, bunun normal bir irq iyerarxiyası olduğunu müdafiə etmişdir. Franko isə bənzər iddiaları ispanlar üçün dilə gətirmişdir. II Dünya müharibəsindən əvvəl meydana gələn və Hitler-Mussolini ittifaqına daxil olan yapon faşizmində belə "üstün irq" inadkarlığı vardır. Dövrün irqçi ideoloqlarından prof. Çikao Fujisava belə yazmışdır: İnsan nəslinin və universal sivilizasiyanın beşiyi olan Yaponiya, döyüşən bəşəriyyəti böyük universal bir ailədə toplamaq üçün başlatdığı müqəddəs müharibədən xoşbəxt bir nəticə əldə etmək üzrədir. Bu ailə içərisində hər xalqın özünə görə yeri olacaq, hamısının əvvəlində bütün xalqları dünyaya gətirən və sonunda hamısının qayıdacağı, müqəddəs və düzgün həyatın mərkəzində, Günəş Tanrısının oğlu yapon imperatoru olacaqdır.

İşin qəribə tərəfi, hər biri də özünü "üstün irq" olaraq görən faşistlərin arasında qurulmuş ittifaqlardır. Məsələn, nasistlər yaponların "üstün irq" olma iddialarına səslərini çıxarmamış, hətta onları "fəxri aryanlar" olaraq xarakterizə edərək təşviq etmişlər. Bəs bütün faşist rejimlərə və kütlələrə təməl meydana gətirən irqçiliyin mənşəyi nədir? Nəticələri nə olmuş, bəşəriyyətə necə ziyan vermişdir? Bu hissədə sualların cavablarını nəzərdən keçirəcəyik.

 

İrqçilik və Darvinizm
Kitabın əvvəlki hissələrində irqçiliyin bütpərəst mədəniyyətin bir parçası olduğunu, ilahi dinlər tərəfindən ortadan qaldırıldıqdan sonra 18-ci və 19-cu əsrdə Avropaya geri qayıtdığını ifadə etmişdik. İrqçiliyin yenidən inkişafındakı ən böyük faktor isə, bütün insanları Allahın bərabər hüquqlu olaraq yaratdığını qəbul edən xristian inancının yerinə, Darvinizmin yerləşdirilməsidir. Darvinizm insanların hələ ibtidai canlılardan təkamül keçirdiyini, üstəlik bu təkamül prosesi ərzində bəzi irqlərin digərlərindən daha çox inkişaf etdiyini irəli sürməklə, irqçiliyə elmi bir maska ​​qazandırmışdır. Bir sözlə Darvin irqçiliyin atasıdır. Darvinin nəzəriyyəsi, Artur Qobino, Hyuston Stüart Çemberlen kimi irqçiliyin "rəsmi" qurucuları tərəfindən izah edilmiş və ortaya çıxan irqçi ideologiya, nasistlər və digər faşistlər tərəfindən tətbiq edilmişdir. Oxford, Stanford, Harvard kimi universitetlərdə illərlə tarix professoru olaraq işləmiş Jemis Joll hələ də universitetlərdə dərs kitabı olaraq oxudulan Europe Since 1870 (1870-ci ildən bu yana Avropa) adlı kitabında, Darvinizm ilə irqçilik arasındakı bu ideoloji əlaqəni belə izah edir: İngilis naturalist Çarlz Darvin, 1859-cu ildə nəşr olunan Növlərin Mənşəyi və onun ardınca da 1871-ci ildə nəşr edilmiş İnsanın Törəməsi adlı kitablarıyla böyük bir mübahisə başlatmış və Avropa düşüncəsinin fərqli sahələrinə eyni anda təsir etmişdir... Darvinin fikirləri və Herbert Spenser kimi onunla eyni əsrdə yaşamış bəzi insanların düşüncələri, çox sürətli bir şəkildə elmdən kənar sahələrdə də tətbiq edilmişdir... Darvinizmin ictimai inkişafa ən çox tətbiq oluna biləcək cəhəti isə, dünyada təbii resursların ödəyə biləcəyi bir əhali artıqlığı olduğu və bunun həmişə güclülərin və ya "uyğun olanların" qalib gələcəyi daimi bir həyat mübarizəsi tələb etdiyi inancıdır. Bəzi sosioloqlar üçün, bu nöqtədən hərkət etməklə, ən "uyğun" ifadəsinə əxlaqi bir məna qazandırmaq və dolayısı ilə həyat mübarizəsində üstün gələn növlərin və ya irqlərin əxlaqi cəhətdən üstün olduqlarını müdafiə etmək çox asan olmuşdur. Bundan ötrü də təbii seleksiya doktrinası, asanlıqla fransız yazıçı Artur Qobino tərəfindən yaradılan başqa bir fikir cərəyanı ilə də birləşmişdir. Qobino 1853-ci ildə İnsan İrqlərinin Bərabərsizliyi İlə Əlaqədar Bir Məqalə adlı işi nəşr edən adamdır. Qobino inkişafdakı ən əhəmiyyətli amilin irq olduğunu müdafiə etmiş və digərlərinə üstünlük təmin edən irqlərin, öz irqlərinin xalisliyini ən yaxşı qoruya bilənlər olduğunu irəli sürmüşdür. Qobinoya görə, tarixdəki bu həyat mübarizəsində ən üstün gələn irq, Aryan irqi olmuşdur...

Bu fikirləri bir pillə də irəli aparan adam isə, ingilis yazıçı Hyuston Stüart Çemberlendir... Hitler yazıçıya (Çemberlenə) o qədər heyran olmuşdur ki, onu 1927-ci ildə ölüm anında ziyarət etmişdir. Saytın əvvəlki hissələrində nasizmin baniləri arasında təkamülçü alman bioloq Ernst Hekkelin də böyük bir əhəmiyyət daşıdığını ifadə etmişdik. Hekkel Darvinin nəzəriyyəsini Almaniyaya daşımış və nasistlər üçün hazır bir proqram halına gətirmişdir. Hitler yuxarıdakı sitatda adları keçən Arthur Qobino və Hyuston Stüart Çemberlen kimi irqçilərdən siyasi məzmunlu bir irqçilik, Hekkeldən isə bioloji bir irqçilik götürmüşdür. Diqqət yetirilsə, bütün bu irqçilər Darvinizmdən ilham almış kəslərdir. Belə ki, nasist ideoloqlarında da Darvinizmin güclü bir təsiri müşahidə olunur. Adolf Hitler və Alfred Rozenberq tərəfindən formalaşdırılan bu nəzəriyyə nəzərdən keçirildikdə, "təbii seleksiya", "seçici cütləşmə", "irqlər arasındakı həyat mübarizəsi" kimi, Darvinin Növlərin Mənşəyi kitabında onlarla təkrarlanan anlayışlara rast gəlinir. Hitler məşhur kitabı "Döyüşüm"ün adını da, Darvinizmin həyatın bir mübarizə meydanı olduğu və bu mübarizədə üstün gələnlərin həyatda qaldıqları prinsipindən ilhamlanaraq qoymuşdur. Hitler kitabında xüsusilə irqlər arasındakı mübarizədən bəhs etmiş və belə demişdir: "Tarix təbiətin öz-özünə meydana gətirəcəyi yeni bir irqi iyerarxiya nəticəsində tayı bərabəri olmayan bir imperatorluq meydana gətirəcək". 1933-cü ildəki məşhur Nurnberg mitinqində isə, "yüksək irqin aşağı irqləri idarə etdiyini, bunun təbiətdə müşahidə olunan bir həqiqət olduğunu və yeganə məntiqli həqiqət olduğunu "irəli sürmüşdür.

Nasistlərin Darvindən təsirləndikləri bu gün bu mövzu üzrə ixtisaslaşmış olan tarixçilərin demək olar ki, hamısı tərəfindən qəbul edilən bir həqiqətdir. "Faşizmin Yüksəlişi" (The Rise of Fascism) adlı kitabın yazıçısı Peter Chrisp də bu həqiqəti belə ifadə edir: "Çarlz Darvinin insanların meymunlardan təkamül keçirməsi nəzəriyyəsi ilk dəfə ortaya atıldıqda lağ mövzusu olmuşdu, lakin daha sonra böyük bir miqyasda qəbul edilmişdi. Nasistlər Darvinin nəzəriyyələrindən... müharibə və irqçiliyi haqlı göstərmək məqsədiylə istifadə etdilər" (80). Tarixçi Hikman da Hitlerin Darvinizmdən təsirləndiyini belə bildirir: Hitler qatı bir təkamülçüydü. Psixi pozğunluğunun dərəcəsi nə olursa olsun Mein Kampf kitabı bir sıra təkamül fikrini nümayiş etdirir, xüsusilə də ən uyğun olanların həyat döyüşü və daha yaxşı bir cəmiyyət üçün zəiflərin qətl edilməsi fikirlərinə yer verir.

 

Nasizmin irq nəzəriyyəsi

Vilhelm Reyx The Mass Psychology of Fascism (Faşizmin Kütlə Psixologiyası) adlı kitabında, nasist irq nəzəriyyəsini belə izah edir: İrq nəzəriyyəsi, hər heyvanın yalnız öz növüylə cütləşməsinin təbiətdəki "dəmir qanun" olduğu fərziyyəsindən yola çıxır. Yalnız müstəsna hallarda bu qanun pozulur və irqlər arası qarışıq cinsi əlaqə meydana gəlir. Ancaq bu baş verdikdə isə, təbiət bunun intiqamını alır və əlindəki hər cür imkandan istifadə edərək bu anormallığı dayandırır, ya dünyaya gələn canlı sonsuz olur və ya sonrakı nəsillərin çoxalma qabiliyyəti məhdudlaşdırılır. Fərqli "səviyyələr"dəki iki canlı varlığın cütləşməsi nəticəsində ortaya çıxan bala, qaçılmaz olaraq ortaq bir xarakterdə olacaq. Amma təbiət daha yüksək həyat tərzləri yaratmaq istəyir və bundan ötrü də qarışıq cütləşmə təbiətin məqsədinə ziddir. Digər tərəfdən, gündəlik həyat döyüşü içində təbii seleksiya öz funksiyasını yerinə yetirir və bu yolla zəiflər, yəni irqi cəhətdən aşağı olanlar onsuz da aradan götürülür. Bu "təbiətin məqsədinə" uyğundur, çünki əgər sayca üstünlük təşkil edən zəiflər, güclü olanlara qarşı qalib gəlsələr, inkişafı təmin edən yüksək cütləşmə də aradan qalxacaqdır. Göründüyü kimi nasistlərin irq nəzəriyyəsinin təməlini meydana gətirən bu bioloji görüş, hər cəhətiylə Darvinizmdir. Təbiətin "üstün növləri təkamül prosesindən keçirmək" kimi bir məqsədi olduğu, bunun üçün təbii seleksiyandan istifadə etdiyi, zəiflərin qaçılmaz olaraq aradan götürüldüyü kimi boş sözlər həqiqətdə Darvinin təkamül nəzəriyyəsinin bir xülasəsidir. Elmi bir əsası olmayan, əslində bütpərəstliyin "təbiətə şüur istinad etmə" axmaqlığının bir uyğunlaşdırması olan bu təkamülçü fikirlər nasist vəhşiliyinin də çıxış nöqtəsi olmuşdur. Çünki bu nəzəriyyəni -yenə Darvinizmə uyğun bir formada- insan cəmiyyətlərinə tətbiq etmişdirlər. Vilhelm Reyx yuxarıdakı izahlarından sonra belə yazır:

Nasional sosialistlər daha da irəli gedərək əsaslandıqları bu təbiət qanununu insanlara uyğunlaşdırmağa başladılar. İcra etdikləri məntiq əsas cəhətləriylə belədir: Tarixi təcrübələr göstərir ki, "Aryan qanının aşağı irqlərə qarışması", həmişəlik mədəniyyətin qurucusu olan aryanların degenerasiyalarıyla nəticələnir. Üstün irqin sayı azalır, buna görə də fiziki və zehni geriləmə dövrü başlanır və bu "eniş"ə səbəb olur. Hitler şimal ölkələrinin ancaq "almanların qanının pozulmadığı", yəni almanların alman olmayan xalqlarla əlaqədə olub çoxalmadığı müddətcə güclü qalacağını demişdir (83). Hitlerin "Şimali Avropa almanlarını bəşəriyyət tarixindən çıxarsanız, geridə meymun rəqsindən başqa bir şey qalmaz" deyərkən əsaslandığı düşüncə də insanların meymundan təkamül keçirdiyini müdafiə edən və buna görə də bəzilərinin hələ "meymun" olaraq qaldığı nəticəsini verən Darvinist fikirlərdir.

Bu azğın məntiqlər, insanın bir heyvan növü kimi görülməsinin və bu heyvan növü içində də "üstün irqlər" və "aşağı irqlər" olduğuna inanılmasının bir nəticəsidir. Darvinin Növlərin Mənşəyiİnsanın Törəməsi adlı kitablarında irəli sürdüyü tezis də onsuz da tam olaraq budur. Nasistlər Darvinin nəzəriyyəsini tətbiq etməkdən başqa bir şey etməmişlər. Halbuki, insanların üstünlüyü irqlərə görə deyil. İnsanlar, hansı irqdən olurlarsa olsunlar insandırlar. Hər biri Allah tərəfindən yaradılmış və yer üzünə yerləşdirilmişdir. Quranda bu həqiqət belə xəbər verilir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (irq və ya nəsil cəhətdən üstün olanınız deyil) Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

 Yuxarıdakı ayədə bildirilən həqiqət çox aydındır. İnsanlar bu dünyada bir-birlərini hansı meyarlara əsasən qiymətləndirirlərsə qiymətləndirsinlər, Allah Qatında üstünlük "təqva", yəni Allaha yaxınlıq, Allah qorxusu ilədir. Hər hansı bir adamın və ya qrupun bir irqi üstün görməsi, üstün göstərməyə çalışması yalnız özünü buna inandırması olar. Çünki hər insan haqq-hesab günü Allahın hüzuruna çıxacaq, tək başına olaraq sorğu-sual olunacaqdır. Dünyada öz aləmində üstünlük kimi gördüyü xüsusiyyətləri isə özünə bir fayda verməyəcək. Əksinə dünyada Allahın bildirdiklərinin xaricində meyarlar müəyyənləşdirənlər, öz aləmlərində üstünlük iddia edərək digər insanlara zülm edənlər, zəifləri əzərək güclənməyə çalışanlar həm dünyada, həm də haqq-hesab günündə etdikləri əməllərin əvəzini mütləq alacaqlar. Ayələrdə bu mövzu belə bildirilir:

Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini tora salar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir. (Fatir surəsi, 43-44)

Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. (Şura surəsi, 42)

Geri