Faşizmin din qarşısında geri çəkilməsi

Avropaya hakim olan faşist-bütpərəst mədəniyyət 2-ci və 3-cü əsrlərdə xristianlığın əvvəlcə Romaya sonra da bütün Avropaya yayılmasıyla birlikdə mərhələli şəkildə ortadan qalxdı. Xristianlıq nə qədər ki, əhəmiyyətli təhriflərə məruz qalsa da, hz. İsanın insanlara təbliğ etdiyi haqq dinin əsas əxlaqi xüsusiyyətlərini Avropa cəmiyyətlərinə daşıdı. Əvvəllər zorakılığı, qarşıdurmanı, qan tökməyi müqəddəs və qanuni hesab edən, daima bir-biri ilə zidd düşən fərqli qəbilələrdən, irqlərdən, şəhər dövlətlərindən ibarət Avropa əhəmiyyətli bir dəyişiklik keçirdi:
1) İrqçilik və qəbilə döyüşləri aradan qalxdı: Bütpərəst aləmdə hər fərqli qəbilə, hər fərqli irq digərini düşmən kimi görür və bu fərqli qruplar arasında daimi bir qarşıdurma yaşanırdı. Hər bütpərəst cəmiyyətinin öz-özünə uydurduğu müxtəlif bütlər, müxtəlif totemlər vardı və bunlar üçün döyüşürdülər. Xristianlıqla birlikdə, tək bir inanc, tək bir mədəniyyət və hətta tək bir dil bütün Avropaya hakim oldu və bütpərəst aləmin qarşıdurmaları aradan qalxdı.
2) Şiddət əvəzinə sülh və mərhəmət anlayışları müqəddəs hala gəldi: Bütpərəst cəmiyyətlərdə qan tökmək, insanlara əzab vermək, işgəncə vermək, bir qəhrəmanlıq kimi görülür, xəyali "döyüş tanrı"larını razı salacaq qanuni bir hərəkət hesab edilirdi. Xristianlıqla birlikdə, insanların bir-birlərinə, (düşmənlərinə belə) sevgi və mərhəmətlə yaxınlaşmaları lazım olduğu, qan tökmənin Allah Qatında böyük bir cinayət olduğu həqiqəti Avropa cəmiyyətləri tərəfindən öyrənildi.
3) İnsanı bir heyvan növü kimi görən anlayış aradan qalxdı: Spartalıların döyüşçülərini "mühafizəçi itlər"lə bir tutması, bütpərəst cəmiyyətlərdə geniş yayılmış azğın "animist" inancların bir növü idi. Animizm təbiətin və təbiətdəki heyvanların bir ruha sahib olduğu mənasını verirdi. Buna görə də animizmə görə bir insanla bir heyvan və ya bir bitki arasında əhəmiyyətli bir fərq yox idi. Din əxlaqının hakimiyyəti ilə birlikdə, bu batil inanc ortadan qalxdı və insanın Uca Allahın verdiyi bir ruha sahib olduğu, heyvanlardan tamamilə fərqli bir varlıq olduğu və bundan ötrü də heyvanlarla eyni qanunlara tabe ola bilməyəcəyi həqiqəti Avropa cəmiyyətləri tərəfindən başa düşüldü.
Bu üç maddədə göstərilən bütpərəst xüsusiyyətlər, yəni irqçilik və qan tökmək və insanın bir heyvan növü hesab edilməsi, faşizmin əsas xüsusiyyətləridir. Bu meyllər, Avropada xristianlıq tərəfindən məğlubiyyətə uğradılmışdır. Yaxın Şərqdə isə eyni qələbə, İslam əxlaqı tərəfindən ərəb bütpərəstliyinə qarşı əldə olunmuşdur. Ərəblər (və digər Yaxın Şərq və Orta Asiya cəmiyyətləri də) İslamdan əvvəl döyüşçü, qan tökən, irqçi bir mədəniyyətə sahib idilər. Hətta Spartada tətbiq olunan "istənilməyən körpələrin ölümə məhkum edilməsi" vəhşiliyi, bütpərəst ərəblərdə də qız uşaqlarının diri-diri torpağa basdırılması şəklində tətbiq olunmuşdur. Quranda bu vəhşi tətbiq belə xəbər verilir:
Diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman – hansı günaha görə öldürülmüşdür.
(Təkvir surəsi, 8-9)
Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar. (Zuxruf surəsi, 17)
Ərəblər və digər Yaxın Şərq və Orta Asiya cəmiyyətləri, ancaq İslam əxlaqıyla şərəfləndikdən sonra qan tökməkdən uzaq, sülhsevər, mülayim, mədəni bir mədəniyyətə qovuşmuşlar, keçmiş qəbilə döyüşlərindən, bədəvi vəhşiliyindən xilas olaraq dini bir birlik içində dinclik və sabitlik tapa bilmişdirlər.